Məhkəmə qərarları › İş №2(007)-367/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-367/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-367/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanuna zidd hərəkətlərin nəticəsində ona dəymiş 3 000 (üç min) AZN maddi ziyanın ona ödənilməsini Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanının 1-ci mərtəbəsində yerləşən mənzildə yaşayır. Həmin binanın 3-cü mərtəbəsində yerləşən 27-ci mənzilinin sahibi Cavabdeh tərəfindən mənzilin təmiri aparılan zaman kanalizasiya trubası (mənzilə daxil olan) 10 sm aşağıdan kəsilərək plastik boru ilə əvəz olunmuş yerdən boru çatlanmış və aşağı çirkab kanalizasiya suları sızaraq 2-ci mərtəbəyə və oradan mülkiyyətçi olduğu 1-ci mərtəbədə yerləşən 21 saylı mənzilə axmışdır. Nəticədə evinin dəhlizi, sanitar qovşağı və mətbəxinin təmirinə ziyan dəyib, yararsız vəziyyətə düşmüşdür, ondan əlavə kanalizasiya sularının iyinin ucbatından mənzildə yaşamaq qeyri mümkün olmuşdur. Yuxarıda göstərdiyi kimi, cabvabdehin qanuna zidd əməlləri nəticəsində ona xeyli miqdarda maddi ziyan dəymişdir. Belə ki, onun əməli nəticəsində onun mülkiyyətində olan mənzilinin təmirinə 3 000 (üç min) AZN məbləğində ziyan dəymişdir. Bu fakt 19 oktyabr 2019-cu il tarixdə Nizami rayonu 50 saylı MKİS-in rəisi və işçiləri tərəfindən imzalanmış aktı ilə təsdiq olunur. Hal-hazırda yuxarıda sözügedən mənzili təmir etmək üçün 300 (üç min) AZN vəsait tələb olunur. O, isə təqaüdçü yaşlı qadındır, onun üçün bunu etmək çox çətindir, eyni zamanda həmin şəraitdə yaşamağı da mümkünsüzdür. Cavabdehin qanuna zidd əməlləri olmasaydı o, həmin çətinliklərlə rastlaşmazdı. Bu vaxta qədər cavabdeh tərəfindən ona vurulmuş maddi ziyan heç bir şəkildə ödənilməyib. Yuxarıda dediklərinə əsasən cavabdehin qanuna zidd əməllərinin nəticəsində ona dəymiş maddi ziyan 3 000 (üç min) AZN təşkil etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmsaını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq göstərdi ki, mənzilin su borularında problem olmuş, lakin həmin boruları təmir etmişdir. Onun evindən 1-ci mərtəbəyə su axmamışdır. Onun mənzilinin altında yerləşən İkinci mərtəbədəki mənzilə su axımadığı halda birinci mərtəbəyə su axıdıla bilməzdi. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmamsını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri, Nizami rayonu 50 saylı MKİS tərəfinfən verilmiş 19 oktyabr 2019-cu il tarixli arayışdan görnür ki, İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - ünvan 2 tərəfindən 19 oktyabr 2019-cu il tarixdə tərtib edilmiş aktdan görünür ki, baxış zamanı məlum oldu ki, 3-cü mərtəbədə yaşayan Cavabdeh adına olan mənzildə təmir zamanı kanalizasiya turbasında 30 sm aşağıdan kəsilərək plastik turba ilə əvəz olunmuş yerdən turba çatlamış və aşağı su sızaraq 2-ci mərtəbə və oradan da 1-ci mənzilə daxil olmuşdur. Bu haqda mənzilin sahibinə məlumat verilmişdir. Həmin turba yenisiylə əvəz olunmuşdur. Su sızıntısının qarşısı alınmışdır. Hal-hazırda su sızıntısı yoxdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 30 iyul 2020-ci il tarixli rəyindən görünürki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 26 nömrəli evin 21 saylı mənzilinin yuxarıda göstərilən tikililərinin konstruktiv elementlərinin (divar, tavan, döşəmə və s.) üzərində müxtəlif həcmdə qüsurların mövcudluğunu və həmin qüsürların su sızmaya aid olduğu müəyyən edilmişdir. Mənzillərin planlı yerləşməsini, 21 saylı mənzilin üst bir mərtəbə üstündə 27 saylı mənzilin yerləşdiyini və AKT-ın göstəricilərini nəzərə alaraq 21 saylı mənzilə 27 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Baxış zamanı faktiki olaraq susızması baş vermədiyindən, su və kanalizasiya xətləri gizli şəkildə olduğundan, o cümlədən mülki iş materiallarında hər hansı bir məlumat olmadığından susızmanın texniki səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsindəki 26 nömrəli evin 21 saylı saylı mənzilində susızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 500,0 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan ünvan 1 ünvanına həmin evin Cavabdeh məxsus olan 27 nömrəli mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının mətbəx mebellərində qüsur yaranmış və maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. 50 saylı MKİS-nin əməkdaşları tərəfindən 19 oktyabr 2019-cu il tarixdə tərtib edilmiş aktın məlumatları əsasında mübahisəli 24 nömrəli mənzilə 27 nömrəli mənzildən su sızması baş verdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının mənzilinə maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının 30 iyul 2020-ci il tarixli rəyinə əsasən, iddiaçıya məxsus mənzilə dəymiş zərər 500 manat məbəğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində maddi ziyan qismində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə əlavə olaraq hesab edir ki, məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 500 (beş yüz) manat məbləğində maddi ziyan qismində vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manatın vəsaitin əvəzi Cavabdeh tutularaq ona ödənilsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50,00 manat pul Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar