Məhkəmə qərarları › İş №2(007)-3715/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3715/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3715/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanan 18.02.2019-cu il tarixli, BPM**********05 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla 2550 manat məbləğində kredit verilib. Kredit müqaviləsinə əsasən borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri, gecikmə zamanı hesablanan cərimə məbləğlərini, “Bank”ın xidmət şərtlərindən və tariflərindən irəli gələn digər xidmət haqlarını qaytarmağı öz öhdəsinə götürüb. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bankla Cavabdeh2 arasında 18.02.2019-cu il tarixli, BPM **********05 saylı zaminlik müqaviləsi imzalanıb.Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyini icra etməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır.Tərəflər arasında bağlanan kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilib ki, borcalan müqavilə ilə müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.Lakin cavabdehlər müqavilə üzrə verilən vəsaiti və ona hesablanan faizləri tam və vaxtında ödəməyib. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar.Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2264.33 manat əsas borcun,996.45 manat faiz borcunun,cəmi 3260.78 manat borcun,30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh2 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, həqiqətən də, Gülnarə bakndan kredit götürüb və o,Gülnarəyə zamin durub.O, həmin pulu nə görmüş, nə də ki, xərcləmişdir.O, fəhləlik edir, bundan sonra ömrünün sonuna kimi işləsə də, bu borcu ödəyə bilməz. Xahiş edir ki, Gülnarə tapılsın və həmin borc ondan tutulsun. Cavabdeh Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2019-cu il tarixli, BPM**********05 nömrəli kredit müqaviləsindən görünür ki,Bank tərəfindən cavabdehə 60 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 2500 manat kredit verilməsi barədə tərəflər arasaında razılıq əldə olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18.02.2019-cu il tarixli, BPM**********05 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 "xxxx" qarşısındakı kredit öhdəlikləri ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 18.02.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki,"xxxx"tərəfindən Cavabdeh1 2524.50 manat kredit verilmişdir.

19. 08. 2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin banka 2264.33 manat əsas,996.45 manat faiz borcu olmaqla cəmi 3260.78 manat borcu borcu qalmışdır. Ödəniş tapşırığından görünür ki,məhkəmnədə iddia qaldırmaq üçün cavabdeh 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdehə ünvanlanmışş 18.08.2021-ci il tarixli məktubun məzmunundan görünür ki,cavabdehlərdən borcun qaytarılması tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış,tərəflər öz üzərinə həmin müqavilə ilə şərtləşdirilmiş öhdəliklər götürmüşlər.Bank öz öhdəliklərinə əməl edərək müqavilə ilə razılaşdırılmış məbləğdə krediti cavabdehə versə də cavabdeh öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir. Belə ki,qeyd olunan kredit müqaviləsi üzrə cavabdehin banka 2264.33 manat əsas,996.45 manat faiz borcu olmaqla cəmi 3260.78 manat ödənilməmiş borcu qalmışdır. Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2264.33 manat əsas borc, 996.45 manat faiz borcu, cəmi 3260.78 manat borc,30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar