Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-373/2021 09.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsinə üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı "xxxx" ASC iddia tələbinin həcminin artırılması barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmış və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 14 mart 2019-cu il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 26.06.2020-ci il tarixinə olan əsas borcu 4954.92 manat, 617.18 manat faiz borcu, cəmi 5572.10 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, bank tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Eyni zamanda 14.03.2019-cu ikl tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurmuşdur. Bununla da cavabdehin, kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır.Qeyd olunanlara əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə Cavabdeh əsas borca görə 4954.92 manat, faiz borcuna görə 1549.76 manat, cəmi 6504.68 manat borcun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 30.40 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək izahatında bildirdi ki, bankdan 5000 manat pul götürüb, lakin məlum pandemiya ilə bağlı ölkə ərazisində sahibkarlıq fəaliyyəti demək olar ki, çökmüş vəziyyətdədir. Mərkəzi bankın tövsiyyə məktubunda qeyd olunanlara baxmayaraq iddiaçı vətəndaşa hər hansı bir güzəşt etmədən, faizi şişirdib hətta hər hansı bir güzəşt şərtləri də təqdim etməyib. Belə olan halda iddia tələbi əsassızdır. Ona görə də iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsi və vəkili Vəkil izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 28 faiz dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan 26.06.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 26.06.2020-ci il tarixə İddiaçı ASC-yə 4954.92 manat əsas, 617.18 manat faiz borcu, cəmi 5572.10 manat borcu vardır. İş materiallarında olan 10.01.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsindən irəli gələn pul tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan 30.06.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/2411 nömrəli 07.07.2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,hesabdan çıxarılmış məlumatlar və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu 26.06.2020-ci il tarixinə 4954.92 manat əsas, 605.65 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı müqavilə üzrə cavabdehə illik 28 faiz ödəməklə 24 ay müddətinə 5000 manat məbləğində kredit xətti açıımışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. İş materiallarında əlavə edilmiş 26.06.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 26.06.2020-ci il tarixə İddiaçı ASC-yə 4954.92 manat əsas, 617.18 manat faiz borcu, cəmi 5572.10 manat borcu olduğu qeyd olunsa da, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 9/2411 nömrəli 07.07.2021-ci il tarixli məhkəmə-mühasibatlıq üzrə ekspert rəyindən də göründüyü kimi, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarılmış məlumatlar və "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan borcu 26.06.2020-ci il tarixinə 4954.92 manat əsas, 605.65 manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmədə işə baxılarkən iddiaçının nümüyəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə verərək cavabdehdən əsas borca görə 4954.92 manat, faiz borcuna görə 1549.76 manat, cəmi 6504.68 manat tələb etsə də,son tələbini əsaslandıran yeni maliyyə arayışı verməmiş və ya təkrar mühasibatlıq ekspertizası keçirilməsini xahiş etməmişdir.Belə olan halda məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi son maliyyə arayışını və ekspert rəyini əsas götürür. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh həmin müqavilə üzrə yaranmış 4954.92 manat əsas borcu, 605 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddia təmin olunmamalıdır. Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14.03.2019-cu il tarixli ******* saylı kredit müqaviləsi xitam verilsin. Cavabdeh həmin müqavilə üzrə yaranmış 4954.92 manat əsas borc, 605 manat faiz borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Cavabdeh 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-373/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-373/2021
09.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver