Məhkəmə qərarları › İş №2(007)-373/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-373/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-373/2022 22.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı2 Akı̇ m oğlu, onun vəkili və nümayəndəsi, İddiaçı1 nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla 58.428,74 ABŞ dolları məbləğində borcun İddiaçı1, 34.578,64 ABŞ dolları məbləğində borcun və 5600 manat məbləğində əlavə borcun, habelə 454,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onlar Cavabdeh qazanc əldə etmək vədinə inanaraq xx.xx.2020-ci ildə 16.000 ABŞ dolları, 2020-ci ilin iyun ayında 30.000 ABŞ dolları, əlavə olaraq İddiaçı2 5.600 manat hər ay 5% qazanc ödəmək şərtilə borc pul vermişlər. Cavabdeh onlardan pulları alanda bildirmişdir ki, gəliri hər ay ödəmək şərti ilə 2020-ci ilin sonunda onlardan almış olduğu əsas pulu geri qaytaracaq. Lakin o, verdiyi sözə, vədə və qarşılıqlı razılaşmalarına riayət etməyərək pullarını qaytarmamış və onlara hər hansı bir məbləğdə gəlir verməmişdir. Ona görə də Cavabdeh almış olduğu pulları geri qaytarılmasını tələb etmişlər. Buna baxmayaraq cavabdeh onlarla danışıqlara gəlməyərək telefon zənglərinə cavab verməmiş, hətta zənglərini qara siyahıya atmışdır. Dəfələrlə onunla görüşmək üçün yaşadığı evinə getmələrinə, atası Mübariz Məmmədova müraciət etmələrinə baxmayaraq onlarla görüşdən yayınmışdır. Cavabdehin onları aldatması ilə əlaqədar tərəflərindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə cinayət işinin başlanılması, Cavabdeh məsuliyyətə cəlb edilərək vurduğu maddi zərərin qaytarılması (ödənilməsi) barədə şikayət etsələr də, tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olması səbəbi ilə toplanmış material üzrə cinayət işinin başlanmasından imtina edilmişdir. Bu haqda Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə HK-1/746 saylı material üzrə cinayət işinin rədd edilməsi qərara alınmışdır. Yuxarıda sözügedən HK-1/746 saylı material üzrə araşdırma aparılarkən Cavabdeh onlardan aldığı pulları, habelə bununla bağlı tələblərini qəbul etsə də, onlardan aldığı pulun qaytarılmasını maddi imkanın olmaması ilə əlaqələndirmişdir. Halbuki, aralarındakı razılaşmaya görə cavabdeh 2020-ci ilin axırına kimi verdikləri pulu gəliri ilə birlikdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bütün bunları nəzərə alaraq onlar borc verdikləri pulu almaq üçün və tapdalanmış hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Məhkəmə iclasında İddiaçı2 Akı̇ m oğlu iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, iddiaçı ondan pul istəmiş, iş görəcəyini bildirmiş və 13 faiz qazanc qalacağını, həmin faizdən 3 faiz vergi çıxacağını, hər ay 5 faizini ona verəcəyini, 5 faizinin də özünə qalacağını bildirmişdir. Həmin pulun bir hissəsini yəni 16000 ABŞ dolları və 5600 manatı o, 2020-ci ilin may ayında, bir hissəsini, yəni 30000 ABŞ dollarını iyun ayında qardaşı vermişdir. Laçın ona 34.578,71 ABŞ dolları və 5600 manat, qardaşına isə 58.428,74 ABŞ dolları borcludur. Onlar əsas məbləği hər ay beş faizə vurmaqla ümumi borcu hesablamışlar. Ona dediyinə görə Laçın armatur, tros alqı-satqısı edəcəkdi. Laçın ona əgər pulu verə bilməsə əmlakını satıb verəcəyini demiş və o da ona güvənərək pulu vermişdir. O, Laçının onların pulunu qaytarmadığını görüb ona ana məbləğin qaytarmasını təklif etmişdir, o da xx.xx.2020-ci il ana məbləği qaytaracaqdı. Laçın hara şikayət edirsə etsin ona pulu qaytara bilmədiyini, pulu olmadığını demişdir. Laçın başqalarından aldığı pula görə girov qoymuş, amma ona heç bir girov qoymamışdır. Onun yoldaşından da pul almış, 4 ildir qaytarmarmamış, Laçın əvvəlcə onun işlədiyi şirkətdən mal almış, lakin pulunu verməmiş, onun da pulunu ondan tutmuşlar. O, Laçına borcu insanlıq üçün vermiş, amma Laçın onları pis vəziyyətdə qoymuşdur. O, Laçına güvəndiyi üçün müqavilə bağlamaq istəməmiş, müqavilə bağlanılmasını o, Laçına deməmiş, Laçın müqavilə gətirərək formal da olsa müqavilənin bağlanılmasını bildirmişdir. Cavabdeh ona 5600 manat olan şəxsi borcundan 500 manat ödəmişdir. O, həmçinin qeyd etdi ki, aralarında olam müqavilədə belə bir şərt yoxdur ki, Akkordan gələn pul ilə onların pullarının verilməsi göstərilsin. Həmin müqaviləyə o zaman xitam verilə bilər ki, Laçın ya pulu versin, ya da o müqavilə pul ödənilənə qədər davam etməli idi. Laçın ondan pulu borc olaraq alıb və ona oradan qazanc qalacaqdır. Laçın öz şəxsi əmlaklarını başqalarının adına keçirtmişdir. Onun hal-hazırda 30.000 manatlıq avtomobilini əlindən alırlar, hansı ki, bu iş üçün dostundan 15000 ABŞ dolları almışdır. Laçının pulu var, Qəbələ rayonunda atasına adına obyekti var, hal-hazırda da orada tikinti gedir. Laçın pulu mala vermiş, həmin mal da İranda qalmışdır. Bundan başqa Laçın onunla şərik olduğunu demiş, əgər o şərik olsaydı Laçın imzaladığı müqavilələri o da imzalayardı. Laçının onunla bağladığı müqavilə ikibaşlıdır, orada həm xalis gəlirin faizi, həm də gəlirin faizi yazılmışdır. Cavabdeh barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsində araşdırılma aparılmış və cavabdehin izahatları alınmışdır. Eyni zamanda cavabdeh məhkəmə iclaslarında iddianın əsas məşləğ hissəsindəki pulu etiraf etmiş, öhdəliyin qoyulmasını qeyd etmiş, hətta dəlillərinə təsdiq olaraq, onunla bağlı özü məhkəməyə müqavilələr təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı2 Akı̇ m oğlunun vəkili və nümayəndəsi, İddiaçı1 nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, onlar iddia tələblərində əməkdaşlıq haqqında müqavilələrə istinad etməmişlər. İddiaçılar cavabdehin arzusuna görə verilmiş pulu sonradan bu qaydada rəsmiləşdirmişlər. Bunların arasında borc münasibəti olmuşdur və burada iş birliyi yoxdur. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh iddianı qismən, yəni 5100 manat şəxsi borcu, ana məbləğ olan 16000 ABŞ dolları və 30000 ABŞ dolları qəbul etdiyini, əsas məbləğləri etiraf etdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, "xxxx" MMC-nin təsisçısi və rəhbəridir. O, bitum və metal tros satırdı. O, Fuadla tələbə yoldaşı olmuş və 2005-ci ildən bir-birlərini tanıyır və birlikdə işlər görmüşlər. O, Fuada "xxxx" ASC ilə iş gördüyünü və pul lazım olduğunu bildirmişdir. O, həmin şirkətlə təchizat işi görmüş və əlavə 7-8 nəfərdən pul almışdır. O, pul yeməmiş, sadəcə həmin şirkətlə bu günki gündə iş məhkəmədədir, məhkəmə "xxxx" ASC-ni 10.000 ABŞ dollar məbləğində cərimə etmişdir. İşlədiyi "xxxx" ASC-dən onun şirkətinə vəsaitlərin alınıb verilməsi barədə məhkəmə qərarları var. 300000 ABŞ dolları pulu sadəcə olaraq ala bilməmişdir. Bakı Kommersiya Məhkəməsində qətnamə onun xeyrinə çıxmışdır. Buna görə də faiz məbləğlərini qəbul etmir, iddiaçılara 5 faiz vəsait ödəyə bilməyəcək. O, əlavə olaraq bildirmişdir ki, faizi hesabladıqlarına görə 93000 ABŞ dolları gəlib çıxmış, o, "xxxx" ASC-dən alsa onlara faizi verəcəyini demiş, çünki o da "xxxx" ASC-ni cərimə etmişdir. O, şirkətinin adına yazılı olaraq hər ay gələn gəlirdən 5 faiz verəcəyini demiş, həmin şirkətə 6000 ABŞ dolları vermişdir. O, bu günki gün heç bir məbləğ qaytara bilmir, çünkü onun pulu Akkord şirkətindədir. Bundan əlavə İddiaçı2 ilə onun arasında olan 5600 manat onun şəxsi borcudur və bu borcdan 500 manat ödəmiş, 5100 manat qalmışdır. Onlar biznes qurmuş, Fuadın verdiyi vəsaitlə 5-6 dəfə dövriyyə olmuşdur. O dövriyyədən nə qazanılıbsa onun faizi onun üzərində veriləcək. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Direktoru Cavabdeh şəxsində təmsil olunan "xxxx" MMC və İddiaçı2 Akı̇ m oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əməkdaşlıq müqaviləsindən görünür ki, müqavilənin predmetini əməkdaşlıq çərçivəsində Fuad Altına 16000 ABŞ dolları ödəniş etməyi (sərmayə), Altın isə əlavədə razılaşdırılan işlərin görülməsini (xidmətlər) və göstərilən xidmətlərdən əldə ediləcək xalis gəlirin 5%-ni sərmayə ilə birlikdə Fuada ödəməyi öhdəsinə götürmək təşkil etmiş, Altın bu müqavilənin predmetində göstərilən xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediləcək gəlirin razılaşdırılan hissəsini sərmayə ilə birlikdə xx.xx.2020-ci il tarixində Fuada ödəməyi, Fuad isə xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediləcək gəlirin razılaşdırılan hissəsi ilə birlikdə sərmayəni tələb etməyi, sərmayənin ödənişini əlavədə müəyyən edilmiş qaydada və vaxtda yerinə yetirməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə xx.xx.2020-ci il tarixli, 01 №-li əlavədən görünür ki, əgər "xxxx" MMC malları ayın 25-dək alıcıya çatdırarsa, müqavilədə nəzərdə tutulan ödənişin Fuada növbəti ayın 20-dək ödəniləcəyi, əgər "xxxx" MMC malları ayın 25-dən sonra alıcıya çatdırarsa, müqavilədə nəzərdə tutulan ödənişin Fuada növbəti 45 təqvim günü ərzində ödəniləcəyi müəyyən olunmuşdur. - Direktoru Cavabdeh şəxsində təmsil olunan "xxxx" MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əməkdaşlıq müqaviləsindən görünür ki, müqavilənin predmetini əməkdaşlıq çərçivəsində Rəşad Altına 30000 ABŞ dolları ödəniş etməyi (sərmayə), Altın isə əlavədə razılaşdırılan işlərin görülməsini (xidmətlər) və göstərilən xidmətlərdən əldə ediləcək xalis gəlirin 5%-ni sərmayə ilə birlikdə Rəşada ödəməyi öhdəsinə götürməyi təşkil etmiş, Altın bu müqavilənin predmetində göstərilən xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediləcək gəlirin razılaşdırılan hissəsini sərmayə ilə birlikdə Rəşada ödəməyi, Rəşad isə xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediəcək gəlirin razılaşdırılan hissəsi ilə birlikdə sərmayəni tələb etməyi, sərmayənin ödənişini əlavədə müəyyən edilmiş qaydada və vaxtda yerinə yetirməyi öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli Əməkdaşlıq müqaviləsinə xx.xx.2020-ci il tarixli 01 №-li əlavədən görünür ki, əgər "xxxx" MMC malları ayın 25-dək alıcıya çatdırarsa, müqavilədə nəzərdə tutulan ödənişin Rəşada növbəti ayın 20-dək ödəniləcəyi, əgər "xxxx" MMC malları ayın 25-dən sonra alıcıya çatdırarsa, müqavilədə nəzərdə tutulan ödənişin Rəşada növbəti 45 təqvim günü ərzində ödəniləcəyi müəyyən olunmuşdur. - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda Cavabdeh qeyd etmişdir ki, M.Abdullayevlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli rəsmi müqaviləyə əsasən tikintidə istifadə olunan mallarla təmin etməyini öhdəliyinə götürmüşdür. Lakin qeyd olunan mallarının hamısını alıb təmin etməyinə maddi imkanı çatmadığına və əlavə maliyyəyə ehtiyacı olduğuna görə İddiaçı2la danışıb bu barədə ona məlumat verib təklif etmişdir ki, ona pul verdiyi təqdirdə həmin pulun müqabilində əldə olunacaq qazancdan 5 faiz ödəyəcək. İddiaçı2 da təklifi ilə razılaşıb xx.xx.2021 -ci il tarixdə onunla görüşüb 15.000 (on beş min) ABŞ dolları pul vermişdir. O da həmin pulu qəbul edib inşaat trosu, bitum və digər tikinti mallarını alıb "xxxx" ASC-yə təqdim etmişdir. Təxminən 10 gün ərzində İddiaçı2 onunla yenidən görüşüb əlavə 1000 (bir min) ABŞ dolları pul vermişdir. Daha sonra İddiaçı2 ona demişdir ki, Türkiyə Cümhuriyyətində yaşayan qardaşı İddiaçı1 da tikinti üçün sərmayə qoymaq istəyir. O da onsuzda əlavə pula ehtiyacı olduğuna və özü İddiaçı1 tanıdığına görə telefonla əlaqə saxlayıb iş birliyi barədə ətraflı məlumat vermişdir. R.Əsgorov da 2020-ci ilin iyul ayının sonunda X1 şəhərindən onun adına bank vasitəsi ilə 30.000 (otuz min) ABŞ dolları pul göndərmişdir. Həmin pulu da bankdan götürüb tikinti malları almış, "xxxx" ASC-yə təqdim etmişdir. - Bakı Kommersiya Məhkəməsinin e-2(113)-3232/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 161.065,56 ABŞ dolları əsas borc, 7543,23 ABŞ dolları faiz borcu və 2122 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 170730,79 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-187/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2(113)-3232/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, direktoru Cavabdeh şəxsində təmsil olunan "xxxx" MMC və İddiaçı2 Akı̇ m oğlu arasında bağlanmış xx.xx.20220-ci il tarixli Əməkdaşlıq müqaviləsi ilə müqavilənin predmetini əməkdaşlıq çərçivəsində Fuad Altına 16000 ABŞ dolları ödəniş etməyi (sərmayə), Altın isə əlavədə razılaşdırılan işlərin görülməsini (xidmətlər) və göstərilən xidmətlərdən əldə ediləcək xalis gəlirin 5%-ni sərmayə ilə birlikdə Fuada ödəməyi öhdəsinə götürməyi təşkil etmiş, Altın bu müqavilənin predmetində göstərilən xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediləcək gəlirin razılaşdırılan hissəsini sərmayə ilə birlikdə xx.xx.2020-ci il tarixində Fuada ödəməyi, Fuad isə xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediəcək gəlirin razılaşdırılan hissəsi ilə birlikdə sərmayəni tələb etməyi, sərmayənin ödənişini əlavədə müəyyən edilmiş qaydada və vaxtda yerinə yetirməyi öhdəsinə götürmüşdür. Direktoru Cavabdeh şəxsində təmsil olunan "xxxx" MMC və İddiaçı1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli Əməkdaşlıq müqaviləsi ilə isə müqavilənin predmetini əməkdaşlıq çərçivəsində Rəşad Altına 30000 ABŞ dolları ödəniş etməyi (sərmayə), Altın isə əlavədə razılaşdırılan işlərin görülməsini (xidmətlər) və göstərilən xidmətlərdən əldə ediləcək xalis gəlirin 5%-ni sərmayə ilə birlikdə Rəşada ödəməyi öhdəsinə götürməyi təşkil etmiş, Altın bu müqavilənin predmetində göstərilən xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediləcək gəlirin razılaşdırılan hissəsini sərmayə ilə birlikdə Rəşada ödəməyi, Rəşad isə xidmətlərin yerinə yetirilməsindən sonra əldə ediəcək gəlirin razılaşdırılan hissəsi ilə birlikdə sərmayəni tələb etməyi, sərmayənin ödənişini əlavədə müəyyən edilmiş qaydada və vaxtda yerinə yetirməyi öhdəsinə götürmüşdür. İddiaçı2 Akı̇ m oğlu xx.xx.2020-ci il tarixdə cavabdehlə görüşüb 15.000 (on beş min) ABŞ dolları, daha sonra təxminən 10 gün ərzində yenidən görüşüb əlavə 1000 (bir min) ABŞ dolları pul vermişdir. Daha sonra İddiaçı2 Akı̇ m oğlu Cavabdeh demişdir ki, Türkiyə Cümhuriyyətində yaşayan qardaşı İddiaçı1 da tikinti üçün sərmayə qoymaq istəyir. O da əlavə pula ehtiyacı olduğuna və özü İddiaçı1 tanıdığına görə telefonla əlaqə saxlayıb iş birliyi barədə ətraflı məlumat vermiş, İddiaçı1 da 2020-ci ilin iyul ayının sonunda X1 şəhərindən onun adına bank vasitəsi ilə 30.000 (otuz min) ABŞ dolları pul göndərmişdir. Cavabdeh İddiaçı2 Akı̇ m oğlu Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında verdiyi izahatda, eyni zamanda məhkəmə iclaslarında borcu etiraf etmiş və iddia tələbini qismən, yəni 5100 manat şəxsi borcu, ana məbləğ olan 16000 ABŞ dolları və 30000 ABŞ dolları qəbul etdiyini bildirmişdir. O, bu günə kimi borcundan cəmi 500 manatı qaytarmışdır. Hazırda iddiaçılar cavabdehə verdikləri borcu və illik 5% olaraq hesabladıqları faiz borclarını tələb edərək iddia qaldırmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 404.5-ci maddəsinə əsasən qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Akı̇ m oğlunun iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr "xxxx" MMC-nin adına bağlanılsa da, Cavabdeh cəmiyyətin direktor və onu təmsil edən şəxs olmuş, iddiaçılardan pulu özü almışdır. Bu fakt onun tərəfindən məhkəmədə etiraf edilmişdir. Lakin cavabdeh alınan vəsaitləri "xxxx" MMC-nin kassasına mədaxil etməsini, hesablaşma hesabına köçürülməsi, onları sırf "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə üzrə istifadə etməsini, həmin məbləği şəxsi ehtiyacı üçün istifadə etməməsi ilə bağlı məhkəməyə əsaslı sübutlar təqdim etməmişdir. Belə ki, İddiaçı2 tərəfindən Cavabdeh pulu olduğu, hal-hazırda onun atasının Qəbələdə yerləşən obyektində tikinti işləri getdiyini bildirmiş, cavabdeh isə sırf bu pulu şəxsi məqsədlər və ehtiyac üçün istifadə etmədiyini sübut edə bilməmişdir. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərinə uyğun gəldiyindən, eləcə də cavabdeh pul almaqla iddiaçılar qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada iddiaçıya qaytarmalı olduğundan və vəsaiti aldığını etiraf etdiyindən, 5100 manat şəxsi borcu, ana məbləğ olan 16000 ABŞ dolları və 30000 ABŞ dolları qəbul etdiyindən, məhkəmə iclasında iddiaçı və cavabdeh tərəfindən 5600 manat məbləğdən 500 manatın cavabdeh tərəfindən ödənildiyi sübut olunduğundan işin materiallarına əlavə olunmuş sənədlər və sübutlara əsasən Cavabdeh İddiaçı2 Akı̇ m oğlunun xeyrinə 5100 (beş min yüz) manat, məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 16.000,00 (on altı min) ABŞ dolları əsas məbləğ, İddiaçı1 Akı̇ m oğlunun xeyrinə 30.000 (otuz min) ABŞ dolları əsas məbləği ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Akı̇ m oğlu borc olaraq cavabdehə verilən 16000 ABŞ dolları və 30000 ABŞ dollarını hər ay hər məbləğini 5%-ə vuraraq İddiaçı2 Akı̇ m oğluna 34.578,71 ABŞ dolları və İddiaçı1 58.428,74 ABŞ dolları borclu olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericiliyə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tərəflər həmin pul vəsaitləri ilə bağlı xidmətlərin göstərilməsindən əldə edilən gəlirdən məcburi ödənişlər (vergilər və s.) çıxıldıqdan sonra qalan xalis gəlirdən 5% vəsaitin iddiaçılara veriləcəyi razılaşdırılsa da bununla bağlı məhkəmə iclasında konkret olaraq əsaslı sübutlar təqdim olunmamışdır. Belə ki, məhkəmə iddiaçılar tərəfindən cavabdehə onun təmsil etdiyi şirkətlə əməkdaşlıq çərçivəsində sərmayə adı altında verilmiş vəsaitin cavabdeh tərəfindən həqiqətən də onlar arasında bağlanmış müqailələr əsasında şirkətin kassa və ya hesablaşma hesabına mədaxil etməsi, bu vəsaitlərin xidmətlərin göstərilməsi üçün istifadə olunması və bunun nəticəsində şirkət tərəfindən gəlir əldə edilməsi, bu gəlir əsasında şirkətin xalis gəlirinin formalaşması, iddiaçıların qoymuş olduğu vəsaitlərin şirkət tərəfindən əldə olunmuş ümumi gəlirlərdə onların xüsusi çəkisinin müəyyən olunmaqla və bu gəlirdən xalis gəlirin 5 % vəsaitin tutulmalı olmasına dair hallar məhkəmədə sübut olunmamışdır. Buna görə də məhkəmə 16000 ABŞ dolları və 30000 ABŞ dolları məbləğ üzrə faiz miqdarını müəyyən edərkən gecikdirilmiş vaxt üçün illik 5% müəyyən edilərək faiz məbləğinin tutulmasını ağlabatan və əsaslı hesab etmişdir. Belə olan halda cavabdeh iddiaçıların pul vəsaitlərini özündə saxlamaqla və onu qaytarmamasına görə faizlər ödəməlidir. Ona görə də 2020-ci ilin iyun ayından iddiaçılar tərəfindən məhkəməyə iddia qaldırıldığı vaxta, (xx.xx.2021-ci il tarixdə iddia qaldırılmışdır) yəni 2021-ci il oktyabr tarixinə kimi faiz borcu cavabdehdən tutulmalıdır. Həmin müddət 1 il 5 ay olduğundan borc məbləğləri ayrı ayrılıqda illik 5%-ə vurulmalıdır. İddiaçı2 Akı̇ m oğlunun cavabdehə 16000 ABŞ dolları borc pul verdiyini nəzərə alaraq, 1 ilə faiz dərəcəsi (16000 ABŞ dolları *5%) 800 ABŞ dolları müəyyən edilməli, bir ay üçün məbləğ (800 ABŞ dolları:12 ay ) 66,6 ABŞ dolları olduğundan 5 ay üçün (5 * 66,6 ABŞ dolları) 333 ABŞ dolları olmaqla ümumilikdə 1133 ABŞ dolları faiz borcu Cavabdeh tutulmalıdır. Həmçinin digər İddiaçı1 cavabdehə 30000 ABŞ dolları borc pul verdiyini nəzərə alaraq, 1 ilə faiz dərəcəsi (30000 ABŞ dolları *5%) 1500 ABŞ dolları müəyyən edilməli, bir ay üçün məbləğ (1500 ABŞ dolları:12) 125 ABŞ dolları olduğundan 5 ay üçün (5*125 ABŞ dolları) 625 ABŞ dolları olmaqla ümumilikdə 2125 ABŞ dolları faiz borcu Cavabdeh tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı2 Akı̇ m oğlunun xeyrinə 5100 (beş min yüz) manat, məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 16000,00 (on altı min) ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 1133 (min yüz otuz üç) ABŞ dolları faiz borcu, dövlət rüsumuna görə ödənilmiş 454 manat vəsaitin əvəzi, İddiaçı1 Akı̇ m oğlunun xeyrinə 30000 (otuz min) ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 2125 (iki min yüz iyirmi beş) ABŞ dolları faiz borcu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı2 Akı̇ m oğlunun xeyrinə 5100 (beş min yüz) manat, məhkəmə qətnaməsinin icra edildiyi vaxta ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 16000,00 (on altı min) ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 1133 (min yüz otuz üç) ABŞ dolları faiz borcu, dövlət rüsumuna görə ödənilmiş 454 manat vəsaitin əvəzi, İddiaçı1 Akı̇ m oğlunun xeyrinə 30000 (otuz min) ABŞ dolları əsas məbləğ, həmin vəsaitə görə 2125 (iki min yüz iyirmi beş) ABŞ dolları faiz borcu tutulsun. İddia tələbı̇ qalan hı̇ ssədə təmı̇ n edı̇ lməsi. Qətnətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar