Məhkəmə qərarları › İş №2(007)-3738/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3738/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3738/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğvi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə İddia tələbini onunla əsaslandırdı ki,Cavabdeh ilə İddiaçı ASC arasında 28.11.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən borcluya illik 23 faiz olmaqla 27 ay müddətində 8000 manat kredit verilib. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq borcunu ödəmədəyi üçün banka 7113.6 manat əsas,2142.53 manat faiz borcu olmaqla ümumilikdə 9256,13 manat borcu yaranıb. Dəfələrlə borcun ödənilməsi tələb olunsa da, bunun müsbət nəticəsi olmayıb. Qeyd olunanlara əsasən tərəflər arasında bağlanmış 28.11.2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması, Cavabdeh 7113.6 manat əsas,2142.53 manat faiz borcu olmaqla ümumilikdə 9256,13 manat borcun,30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmas barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etdi,və izahat verərərk göstərdi ki,həqiqətən də bankdan kredit götürmüşdür. İlk vaxtlar borcunu vaxtlı-vaxtında ödəsə də, sonradan ödəniş qabiliyyətini itirdiyii üçün vaxtlı-vaxtında ödənişlər edə bilməmişdir.O,hal-hazırda işlə təmin olunmuşdur və hər ay ödəniş edir.Ona vaxt verilsə hər ay hissə-hissə ödəyər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh oğlu ilə İddiaçı ASC arasında 28.11.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki borcluya illik 23 faiz olmaqla 27 ay müddətində 8000 manat kredit verilib. İş materiallarında olan məxaric orderindən görünür ki, Cavabdeh oğluna 8000 manat kredit verilmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 23.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki,qeyd olunan kredit müqaviləsi üzrə cavabdehin 7113.6 manat əsas borc,2104.99 manat faiz borcu olmaqla cəmi 9218.59 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından göründüyü kimi tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, Cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Nəticədə Cavabdeh oğlunun banka əsas borca görə 7113.6 manat əsas borc,2104.99 manat faiz borcu olmaqla cəmi 9218.59 manat borcu qaımışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 7113.6 manat əsas,2142.53 manat faiz borcu olmaqla ümumilikdə 9218.59 manat kredit borcunu və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı,kredit müqaviləsi ləğv olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 28.11.2019-cu il tarixli ikredit müqaviləsi ləğv olunsun. Cavabdeh oğlundan İddiaçı ASC-nin xeyrinə 7113.6 manat əsas borc, 2104.99 manat faiz borcu olmaqla cəmi 9218.59 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar