Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-375/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi məqsədləri üçün 36 (otuz alti) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 3000 (üç min manat) manat məbləğində kredit verilmiş va bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 03.04.2019-cu il tarixli ******* sayli Kredit Müqavilesi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh 31.05.2020-ci il tarixinə asas borcu 2453.61 (iki min dörd yüz əlli üç manat 61 qəpik) manat, faiz borcu 175.3 (bir yüz yetmiş beş manat 30 qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tadbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılmasi üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya mektubları da cavabsız qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinn təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan 03 aprel 2019-cu il tarixli ******* saylı fiziki şəxlərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə, illik 22% olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh 36 ay müddətinə hər ayın 24-ü tarixindən gec olmayaraq ayda 114.57 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.04.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən X3 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində pul vəsaiti verilmişdir. İş materiallarında olan 06.05.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh borcunu 5 gün müddətində ödəməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 03 aprel 2019-cu il tarixli ******* saylı müqavilə üzrə 31.05.2020-ci il tarixə İddiaçı ASC-yə əsas borcundan 546.39 manat, faiz borcundan 519.61 ödəmiş və onun banka 2453.61 manat əsas borcu, 175.3 manat faiz borcu olmaqla cəmi 2628.91 manat borcu vardır. İş materiallarında olan 22.06.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 aprel 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh 03 aprel 2019-cu il tarixli ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 2453.61 (iki min dörd yüz əlli üç manat altmış bir qəpik) manat əsas, 175.3 (yüz yetmiş beş manat otuz qəpik) manat faiz borcu, cəmi 2628.91 (iki min altı yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2453.61 manat məbləğində əsas borc, 175.30 manat məbləğində faiz borcu, cəmi 2628.91 manat borcu və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 2453.61 (iki min dörd yüz əlli üç manat altmış bir qəpik) manat məbləğində əsas borc, 175.30 (yüz yetmiş beş manat otuz qəpik) manat məbləğində faiz borcu, cəmi 2628.91 (iki min altı yüz iyirmi səkkiz manat doxsan bir qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-375/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-375/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver