Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3752/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxılır. M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 24.07.2008-cü il tarixli uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılıb. Tərəflərin imzaladıqları 13.10.2017-ci il tarixli sazişlə kredit xəttinə tərəflərin qarşılıqlı razılığı ilə əlavə və dəyişiklik edilərək,kredit xəttinin müddəti 228 ay müddətinə artırılıb kredit xəttinin məbləği isə 100000 ABŞ Dolları məbləğində müəyyən edilib. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.01.2020-ci il tarixli kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürüb. Kreditin qaytarılmasının təminatı məqsədi ilə digər Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır.Tərəflərin imzaladıqları 28.08.2020-ci il tarixli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilib. Cavabdeh1 Maiis oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubadıb, kredit borcu və faiz, borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.11.2020-ci il tarixdən banka qaytarmayıb.X5 götürdüyü kredit borcundan 775.38 manat ödəmiş, onun 3224.62 manat məbləğində kredit borcu qalıb.Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunan aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19.08.2021-ci il tarixə 276 gün üçün hesablanan faiz borcu 771.55 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 19.08.202-ci il tarixə 276 gün üçün hesablanan cərimə 889.98 manat təşkil edir. Lakin xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Qeyd olunanlara əsasən Cavabdeh1 ilə bağlanmış kredit razılaşmasının ləğv edilməsi,cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada iddaiaçı İddiaçı QSC-nin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 3224.62 manat məbləğində kredit borcunun,771.55 msnst faiz borcununvə 889.98 manat cərimənin,cəmi 4886.15 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də, bankdan kredit götürmüşdür.O, uzun illərdir ki, həmin bankın daimi müştərisidir. Dəfələrlə kreditlər götürüb vaxtında qaytarmışdır, lakin pandemiya dövründə götürdüyü krediti vaxtında qaytara bilimədiyi üçün banka müraciət edib ona köməklik etmələrini xahiş etsə də, bunun müsbət nəticəsi olmadı. O xahiş edir ki, cərimə borcu silinsin qalan borca görə ona şərait yaradılsın ki, borcu hissə-hissə ödəsin. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar edilsə də məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Kredit xətti müqaviləsinə dəyişiklik eddilməsi haqqında 13 oktyabr 2017-ci il tarixli tarixli 02L000003172 saylı razılaşmadan görünür ki, Cavabdeh1 228 ay müddətinə (24 iyul 2027-ci ildən gec olmayaraq)100000 manatlıq kredit xətti açılmışdır. 16 yanvar 2020-ci il tarixli 002R********** saylı kredit razılaşmasından görünür ki,24.07.2008-cü il tarixli tarixli 02L000003172S saylı kredit müqaviləsinnə dəyişiklik edilmiş, cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki,sonuncu "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik eddilməsi haqqında 13 oktyabr 2017-ci il tarixli tarixli 02L000003172 saylı razılaşma üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 28 avqust 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 16 ay müddətinə 4643.71 manat ödəməyi öhdəsinə götürmüşdür. 23.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 002R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 3224.62 manat əsas,771.55 manat faiz,889.98 manat cərimə olmaqla cəmi 4886.15 manat borcu vardır. Cavabdeh1 oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, o, kredit müqaviləsi üzrə yaranmış borc tələbinin təmin olunması barədə xəbərdar olunmuş, əks təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 oğlu arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 002R********** nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir.Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 3224.62 manat əsas,771.55 manat faiz,889.98 manat cərimə olmaqla cəmi 4886.15 manat məbləğində borcu qalmışdır. Digər Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Ona görə də iddia əsas borcun və faizlərin tələb olunması hissəsində əsaslıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, kredit müqaviləsi üzrə 889.98 manat manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 889.98 manat məbləğində dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin edilməli, "xxxx" QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış razılaşma ləğv olunmalı, Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 3224.62 manat əsas,771.55 manat faiz,50 manat cərimə ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" QSC ilə Cavabdeh1 oğlu arasında bağlanmış razılaşma ləğv olunsun. Cavabdeh1 oğlundan və Cavabdeh2 müştərək qaydada 3224.62 manat əsas,771.55 manat faiz,50 manat cərimə, 30 manat dövlət rüsumu "xxxx" QSC-nin xeyrinə tutulsun Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3752/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3752/2021
13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver