Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3784/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2, Cavabdeh1 Hüseynəli qızına və Cavabdeh3 qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh2, X1 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 1 faiz olmaqla 9817.76 manat məbləğində kredit verilib. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanıb, onlar Cavabdeh2 öhdəliyinin yerinə yetirilməsi üçün zaminlik öhdəlikləri götürmüşlər. Lakin borclular müqavilənin şərtəlrini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.Hal-hazırda onların banka 9813.27 manat əsas, 99.68 manat faiz, 160.28 manat cərimə borcları vardır. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2,Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9813.27 manat əsas, 99.68 manat faiz, 160.28 manat cərimə olmaqla cəmi 10073.23 manat borcun ödənilmiş 30 manat dövlət rüsumunun tutulması,tərəflər arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh2 iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki,həqiqətən də bankdan kredit götürmüşdür. İlk vaxtlar ödənişi qaydasında etsə də, sonradan ödəmə qabiliyyətimi itirdiyi üçün ödənişləri edə bilməmişdir.Ona vaxt versələr adına olan əmlakı satıb borcunu bağlayar. Cərimə və faizin silinməsi mümkün olduğu halda silinməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 Hüseynəli qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barədə 20 dekabr 2019-cu il tarixli müqavilədən görünür ki, bank tərəfindən Cavabdeh2 60 ay müddətinə, illik 1 faiz olmaqla 9817.76 manat məbləğində kredit verilib. İddiaçı ASC Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsində qeyd olunur ki,zamin Cavabdeh3 İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barədə 20 dekabr 2019-cu il tarixli müqavilə ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. İddiaçı ASC Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsində qeyd olunur ki,zamin Cavabdeh1 Hüseynəli qızı İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barədə 20 dekabr 2019-cu il tarixli müqavilə ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Maliyyə arayəşəndan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barədə 20 dekabr 2019-cu il tarixli müqavilə üzrə cavabdehin 9813.27 manat əsas, 99.68 manat faiz, 160.28 manat cərimə olmaqla cəmi 10073.23 manat borcu borcu vardır. Ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə, illik 1 faiz olmaqla 9817.76 manat məbləğində kredit verilib.Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunaraq razılışdırılmış məbləğdə kredit Cavabdeh2 verilsə də sonuncu öz öhdəliklərini tam və lazimi qaydada icra etməmişdir. Digər cavabdehlər Cavabdeh1 Hüseynəli qızı və Cavabdeh3 isə zaminlik öhdəliklərinə əməl etməmişlər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia əsas borc və faiz borcunun tələb olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, mübahisələndirilən müqavilə üzrə 160.28 manat cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 160.28 manat məbləğində dəbbə pulu azaldılmalı və 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 9813.27 manat əsas, 99.68 manat faiz, 10 manat cərimə olmaqla cəmi 9922.95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı,tərəflər arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv olunması Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanan problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri barədə 20 dekabr 2019-cu il tarixli müqavilə ləğv olunsun. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada 9813.27 manat əsas, 99.68 manat faiz, 10 manat cərimə olmaqla cəmi 9922.95 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3784/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3784/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver