Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-380/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, Ramil Firudin oğlu Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv olunmasl və borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh3 və qeyrilərinə qarşı kredit müqaviləsinin ləğv olunmasl və borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki"TBC KREDİT” Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh3 arasında illik 27% faizlə 24 ay müddətinə 2 000 manat kredit verilməsini nəzərdə tutan 13 yanvar 2022-ci il tarixli ACAM2-2727-497 saylı kredit müqaviləsi imzalanıb və kreditin aylıq 110.00 manat olmaqla ödənilməsi müəyyən edilib. Yuxarıda qeyd olunan "Kredit müqaviləsindən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "TBC Kredit” BOKT MMC, Cavabdeh3, X2 və Cavabdeh2 arasında 13 yanvar 2022-ci il tarixli ACAM2- 2727-497+ACAM2-2759 saylı zaminlik müqaviləsi bağlanıb.Cavabdeh3 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlib.Cavabdeh3 01 novabr 2022-ci il tarixinədək verilən kredit üzrə 1659.58 manat əsas borcu, 170.52 manat faiz borcu və 189.12 manat cari dəbbə borcu olmaqla, cəmi 2019.22 manat məbləğində borcu yaranıb və həmin borc ödənilməyib.Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilən vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanan faizlə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə kredit verən gecikdirilən günlər üçüm də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər. Bu vasitənin xüsusiİiyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir.Qeyd edilənlərə əsasən Cavabdeh3 ilə "TBC KREDİT” Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanılmış xx.xx.2022-ci il tarixli ACAM2-2727-497 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1659,58 manat əsas borc, 170.52 manat cari faiz borcu və 189,12 manat cərimə borcu olmaqla, cəmi 2019,22 manat kredit borcunun və 41 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nümayəndəsi Nümayəndə2 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan; "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcalana "xxxx" MMC tərəfindən illik 27 faizlə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilib. "xxxx" MMC ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zaminlər həmin kredit müqaviləsi ilə əlaqədar öz üzərlərinə zaminlik öhdəlikləri götürüb. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 13 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1659,58 manat əsas borc, 170.52 manat faiz borcu, 189,12 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2019,22 manat borcu vardır. Ödəniş qəbzindən görünür ki,iddiaçı 41 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh3 arasında 13 yanvar 2022-ci il tarixdə qanunla müəyyən olunan qaydada kredit müqaviləsi, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında eyni tarixdə zaminlik müqavilələri bağlanmışdır."xxxx" MMC müqavilə öhdəliklərinə əməl edərək razılaşdırılmış məbləğdə kredit vəsaitini X3 versə də, sonuncu müqavilənin şərtlərinə əməl etməmiş, öz öhdəliklərini tam və layiqincə yerinə yetirməmişdir.Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir.Nəticədə Cavabdeh3 banka 2019,22 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə əsas və faiz borcunun, məhkəmə xərclərinin tutulması hissəsində iddia tələblərini əsaslı hesab edir. Məhkəmə 189,12 manat cərimə borcunu əsas borca nisbətdə yüksək olduğunu nəzərə alaraq cərimənin azaldılaraq 20 manat müəyyən olunmasını məqsədəuyğun hesab edir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli ACAM2-2727-497 kredit müqaviləsi ləğv edilməli, 13 yanvar 2022-ci il tarixli ACAM2-2727-497 saylı kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 1659,58 manat əsas borc, 170.52 manat cari faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 1850,1 manat kredit borcu və 41 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" MMC ilə Cavabdeh3 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli ACAM2- 2727-497 kredit müqaviləsi ləğv edilsin. 13 yanvar 2022-ci il tarixli ACAM2-2727-497 saylı kredit müqaviləsi üzrə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə 1659,58 manat əsas borc, 170.52 manat cari faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 1850,1 manat kredit borcu və 41 manat məbləğində dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-380/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-380/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver