Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3809/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavadeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 15.09.2006-cı il təvəllüdlü X5 və 03.11.2008-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğinin Cavabdeh tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizamı rayon Məhkəməsinin (hakim Habil Əhmədov) 2(007)-340/2018 saylı 16 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 aralarındakı nikah pozulmuş və məhkəməsinin qətnaməsi ilə birgə nikahdan doğulmuş X5 və X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 220 (iki yüz iyirmi) manat aliment məbləğinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq Cavabdeh ilə birgə nikahdan doğulmuş 15.09.2006cı il təvəllüdlü X4 və 03.11.2008-ci il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsilə təyin edilmiş hər uşağa görə ayda 110 (yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat alimenti vaxtı-vaxtında ödəmir və başqa heç bir maddi köməklik göstərmir. Hal-hazırda X5 15 (on beş) yaşı bu ilin sentyabr ayında, X3 isə 13 (on üç) yaşı bu ilin noyabr ayında tamam olacaq. Nizami rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatlarının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2021-ci ildə hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğini belə həmin vaxtdan bəri 2-3 ayda bir dəfə ödəyir. Uşağın bütün qayğılarını, ehtiyaclarını tamamilə iddiaçı və onun valideynləri çəkir, İddiaçı heç bır yerdə işləmir. Böyüdükcə uşaqlarda atalarına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. Buna görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. O, qeyd elədi ki, hər ay 110 manatı atası və bacısının köməyi ilə ödəyir, əsgərlikdə vərəm olduğu üçün işləyə bilmir. Alimentin 110 manat qalmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, əgər aliment 175 manat olsa ödəyə bilməyəcək. İddiaçı uşaqları saxlaya bilmirsə, onlardan birini özünün saxlaya biləcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, - AZ-İİ Seriyalı 096137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 15.09.2006-cı il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır; - AZ-İİ Seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03.11.2008-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh oğlu, anası İddiaçıdır; - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 2(007)- 340/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17 iyun 2008-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış 388 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan 15.09.2006-cı il təvəllüdlü X5 və 03.11.2008-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində qalmaları, 15.09.2006-cı il təvəllüdlü X5 və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla ümumilikdə 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 205365 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 dekabr 2014-cü il tarixdə 363 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə15.09.2006-cı il tarixdə X8 və 03.11.2008-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən, tərəflər arasında olan nikah pozulmuş, tərəflərin birgə nikahdan olan 15.09.2006-cı il təvəllüdlü X5 və 03.11.2008-ci il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılması, 15.09.2006-cı il təvəllüdlü X5 və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 110 manat olmaqla ümumilikdə 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbinin alimentin alınması hissədə tam təmin edilməsi aşağıdakılara görə məqsədəuyğun deyil. Belə ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın (cavabdehin) maddi öhdəliyini tanıyaraq alimentin məbləğini 350 manat miqdarında müəyyən etmək Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Qeyd olunanlara əsasən, uşağın saxlanılması üçün zəruri olan maddi təminatın həm də iddiaçının vəzifəsi olduğunu, tərəflərin maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə , Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan 15.09.2006-cı il təvəllüdlü X12 qızının və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmas üçün iddiaçının xeyrinə tutulan aliment məbləğinin hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 300 manat sabit pul məbləğində müəyyən olunmasını ədalətli hesab edir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan 15.09.2006-cı il təvəllüdlü X12 qızının və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 2(007)-346/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15.09.2006-cı il təvəllüdlü Nəsirli İlahə Röyal qızının və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə hər ay 150,0 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub, Dostəliyeva Arzu Adilşah qızına verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan 15.09.2006-cı il təvəllüdlü X12 qızının və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 oktyabr 2014-cü il tarixli, 2(007)-346/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15.09.2006-cı il təvəllüdlü Nəsirli İlahə Röyal qızının və 03.11.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150,0 manat olmaqla ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulub, Dostəliyeva Arzu Adilşah qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Nəsı̇ rov Röyal Vı̇ dadi oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3809/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3809/2021
13.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver