Məhkəmə qərarları › İş №2(007)-383/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-383/2023

22.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-383/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğlunun iştirakı ilə, İddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğlunun cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş zərərin əvəzi olaraq 1949 manat və ödənilmiş 40 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh mülkiyyətində olan eyni zamanda idarə etdiyi “Lexus” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində, saat 20:00 radələrində General Mehmandarov küçəsində hərəkətdə olan ona məxsus “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hərəkətsiz vəziyyətdə olarkən vurmuş və zərbə nəticəsində onun avtomobili vətəndaş X4 məxsus “Renault Meqane” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin toqquşma səbəbindən X5 xəsarət almışdır. Hadisə ilə əlaqədar olaraq X5 tərəfindən Xətai RPİ-yə müraciət olunmuş, hər birinin izahatları alınmışdır. Lakin Xətai RPİ-nin TŞ-nin baş tədqiqatçısı, polis mayoru Laiq Muradov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin, həmin qərarda "Lexus” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh əməlinə müvafiq hüquqi qiymətin verilməsi, inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin DYPŞ-yə göndərilmişdir. Belə ki, tərəfindən iddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin qiymətləndirmə aktının surətindən də göründüyü kimi Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində ona məxsus “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, ehtiyat hissələrinin ümumi qiyməti 1499 (min dörd yüz doxsan doqquz) manat, dəmirçi 150 (bir yüz əlli) manat, boya 300 (üç yüz) manat məbləği təşkil etməklə, ümumilikdə, 1949 manat (bir min doqquz yüz qırx doqquz) manat məbləğində maddi ziyan dəymişdir. Lakin bu maddi zərərin qarşılığı ona hələ də ödənilməmişdir. Bundan başqa, dövlət rüsumu qismində isə 40 (qırx) manat pul vəsaitini ödəmişdir. Hal-hazırda avtomobili yararsız vəziyyətdədir və ondan istifadəsi məhdudlaşmışdır. Ona dəyən maddi və mənəvi ziyandan əlavə həm də mülkiyyətçi kimi avtomobili ilə bağlı hüquqları da realizə edə bilmir. Cavabdehin törətdiyi inzibati xəta nəticəsində onun mülkiyyətçi kimi konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh X1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktının görünür ki, “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1949 manat zərər dəymişdir. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, X3 baş vermiş YNH-si nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2625 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı, “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1661 manat müəyyən edilir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğlu tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə General Mehmandarov küçəsində Cavabdeh idarə etdiyi “Lexus” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hərəkətdə olan “Hundai Sonata” minik markalı, **-SP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hərəkətsiz vəziyyətdə olarkən vurmuş və zərbə nəticəsində avtomobil “Renault Meqane” minik markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Həmin toqquşma səbəbindən X5 xəsarət almışdır. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərarla X3 baş vermiş YNH-si nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nəticədə “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hazırda iddiaçı 1949 manat məbləğində zərərin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Lexus” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı və “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə cavabdeh tərəfindən mübahisələndirilən hal, yalnız dəymiş maddi zərərin məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğlunun Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində iddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğluna maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğlu mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, "xxxx" MMC-nin xx.xx.2022ci il tarixli qüsur aktından görünür ki, “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1949 manat zərər dəymişdir. Mübahisəli hal yarandığından, məhkəmə tərəfindən məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir, verilmiş ekspert rəyi ilə 2015-ci il buraxılışlı, “Hundai Sonata” minik markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1661 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq, belə qənaətə gəlir ki, maddi zərərin məbləği məhz məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi əsas götürülməklə müəyyən edilməlidir, ekspertin rəyi işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən mötəbər sübut növündə qəbul edilməlidir. Rəylə müəyyən edilmiş 1661 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Kəngərlı̇ Adı̇ l Savalan oğlundan yol nəqliyyat hadisəsi zamanı dəymiş 1661 manat məbləğində maddi zərər tutularaq Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğluna ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş 40 manat dövlət rüsumunun 34 manatı cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğluna, 6 manatı iddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğluna aid edilməli, məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 42.61 manatı cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğlundan və 7.39 manatı iddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğlundan tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Kəngərlı̇ Adı̇ l Savalan oğlundan yol nəqliyyat hadisəsi zamanı dəymiş 1661 manat məbləğində maddi zərər tutularaq Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğluna ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 40 manat dövlət rüsumunun 34 manatı cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğluna, 6 manatı iddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğluna aid edilsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 42.61 manatı cavabdeh Kəngərlı̇ Adı̇ l Savalan oğlundan və 7.39 manatı iddiaçı Tarverdı̇ yev Şəmı̇ stan Təbı̇ ət oğlundan tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar