Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3835/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 2018-ci ilin fevral ayından iki dəfə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740-cı maddəsinin tələblərinə uyğun olaraq, hər dəfə beş min manat olmaqla, ümumilikdə 10000 (on min) manat məbləğinə borc pul vermiş, həmin məbləğləri öz adına Azərbaycan Beynəlxalq Bankı və Exspressbankdan kredit yolu ilə almışdır. Danışıqları belə olmuşdur ki, Cavabdeh kredit müddətinin sonuna qədər borcu və müəyyən məbləğdə əlavəni ödəyəcəkdir. Azərbaycan Beynəlxalq Bankdan adına olan 5000 (beş min) krediti Cavabdeh iddiaçıya məxsus “4127 2255 5562 7093” nömrəli ƏLA kartdan yaşadığı Keşlə qəsəbəsi ərazisində bankomatdan çıxararaq nağdlaşdırmışdır, digər 5000 (beş min) manat məbləği isə ona Yasamal Rayon ərazisində (o vaxt Yasamal Rayon Polis İdarəsində işləyirdi) vermişdir. Cavabdeh tərəfindən ona heç bir məbləğ ödənməmişdir, işlədiyi Yasamal Rayon Polis İdarəsində axtaranda onun sərəncama verildiyi (deyilənə görə başqa adamlardan pul alıb qaytarmaması səbəb olub) bildirildi, İddiaçı məlum olan telefonu bağlı idi. Daha sonra, şəxsi işlərində olan problemlər və pandemiya şəraitində onu axtara bilməmişdir. 2021-ci ilin iyun ayında Cavabdeh Binəqədi RPl-də işlədiyini öyrənmiş, onunla görüşüb pulunun qaytarılmasını xahiş etmiş və bildirmişdir ki, həmin məbləğlərin üstündə banklara tərəfindən əlavə olaraq 2000 (iki min) manat ödənmişdir. Cavabdeh borcu ödəyəcəyinə söz versədə, 3 ay ərzində heç bir məbləğ ödəməmişdir. İddiaçıya məxsus “4127 2255 5562 7093” nömrəli ƏLA kartdan məbləğin harada və kim tərəfindən nağdlaşdırılması ilə əlaqədar banka müraciətinə cavab olaraq ancaq nağdlaşdırılmanın nə zaman və harada olması barədə arayış verilmişdir. Kim tərəfindən nağdlaşdırılmanın SD və foto görüntünün polis və ya məhkəmə sorğusu ilə verildiyi bildirildi. İddiaçı onun barəsində 102 xidmətinə şikayət etsə də, Bakı Şəhər Baş Polis idarəsi işə lazımı qaydada araşdırılma aparılmadan yanaşmışdır. Sənədlərin təqdim edilməsinə baxmayaraq, ən azından ona məxsus kartdan Cavabdeh tərəfindən pul çıxarılaraq nağdlaşdırılması müəyyən oluna bilərdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs X3 cavabdehi qardaşı Fərid Məmmədov vasitəsi ilə tanıdığını, Ramilə 2 dəfə olmaqla 12500 manat pul verdiyini bildirdi. Həmçinin O, Ramilin ondan pul istədiyini, pulunu mala verdiyi üçün ona pul verə bilmədiyini və pul götürməsi üçün Arifi məsləhət gördüyünü, ilk vaxtlar Ramilin Arifdən nə qədər pul aldığını bilmədiyini, sonradan iddiaçının dedikləri əsasında ondan 2 dəfə pul götürdüyünü, iddiaçının cavabdehə 10000 manat verdiyini eşitdiyini, Ramilin Arifdən aldığı vəsaitin ondan aldığı məhkəmə qətnaməsi çıxarılmış 12500 manat məbləğində vəsaitlə əlaqəsinin olmamasını, Ramilin ona olan borcunu ödəyib qurtardıqdan sonra onun əmək haqqı kartını Arifə verəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini və Pərvanə adlı şəxsdən 10000 manat borc pul istədiyini, 5000 manat pulun Pərvanə özü əlbə-əl ona verdiyini, sonra ona Arif adlı şəxslə görüşməsini və 5000 manatı da ona Arifin verəcəyini, Pərvanənin ona Arifin telefon nömrəsini verdiyini və Ariflə əlaqə saxladığını bildirmişdir. Həmçinin o, Ariflə 20 yanvar metrostansiyasının yanında görüşdüyünü və ona 5000 manat kartdan çıxarması üçün kart verdiyini, kartdan 5000 manat çıxardığını, Pərvanədən 5000 manat əlbə-əl götürəndə əmək haqqı kartını ona verdiyini və hər ay 1000 manat pul çıxarıldığını, onun kartından bunlar 12000 manat pul çıxarmış olduqlarını, Ariflə Pərvanənin bankla işlədiyini, bankdan kreditə pul götürüb və vətəndaşa faizə verdiklərini, borcu danmadığını və aldığı borcu iddiaçının və Arifin kartından çıxardıqlarını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Beynəlxalq Bankının 22.06.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı bank hesabından 5000 manat məbləğində pul çıxarmışdır. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli 2(007)-159\2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh X1 xeyrinə cavabdehə qarşı qaldırılmış 12500 manat iddia tələbi qismən təmin edilmiş 3170 manat məbləğində vəsaititn tutulması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 2018-ci ilin fevral ayında kartını vermiş və cavabdeh də kartdan 5000 manat çıxarmışdır. Cavabdeh iddiaçının kartından 5000 manat çıxarmasını etiraf etsə də bunu iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 olan borcun tərkibində olması ilə əlaqələndirmiş, lakin bu halın mövcudluğunu məhkəmədə əsasladıra bilməmişdir. İddiaçının cavabdehə borc məbləğinin qaytarılmasına dair etdiyi müraciətlərə baxmayaraq, cavabdeh həmin borc məbləğini ona qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Beləliklə məhkəmə araşdırılması ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh şifahi formada borc müqaviləsi bağlamış, iddiaçı cavabdehə 5000 manat məbləğində borc vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçının kartı vasitəsilə bank hesabından götürmüşdür. Cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Həmçinin iddiaçı cavabdehə 12000 manat məbləğində borc verdiyini iddia etsə də 7000 manat vəsaitlə bağlı məhkəməyə sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh oğlundan tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5000 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 5030 manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3835/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3835/2021
04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver