Məhkəmə qərarları › İş №2(007)-3864/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3864/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3864/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə , Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondunun Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığorta Fondu Cavabdeh qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu ilə İddiaçı ASC arasında 09.07.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsinə əsasən borcluya illik 23 faiz olmaqla 36 ay müddətində 7612.83 manat kredit verilib. Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq borcunu ödəmədəyi üçün banka ümumilikdə 5572.73 manat borcu yaranıb. Dəfələrlə borcun ödənilməsi tələb olunsa da, bunun müsbət nəticəsi olmayıb. Qeyd olunanlarıa əsasn Cavabdeh oğlundan "xxxx" ASC-nin xeyrinə 4831.51 manat əsas,741.22 manat faiz,cəmi 5572.73 manat kredit borcunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahat verərək göstərdi ki,bəli bankdan kredit götürmüşdir. Ona 17612.83 manat kredit verilib, lk vaxtlar borcunu vaxtlıvaxtında ödəsə də, sonradan ödəniş qabiliyyətini itirdiyi üçün vaxtlı-vaxtında ödənişlər edə bilməmişdir.O, borcunu hissə-hissə ödəməyə öz verir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin olunmamalıdır. İş materiallarında olan: Cavabdeh ilə İddiaçı ASC arasında 09.07.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsindən görünür borcluya 23 faiz olmaqla 36 ay müddətində 7612.83 manat kredit verilib.Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq borcunu ödəmədəyi üçün banka 4831.51 manat əsas,741.22 manat faiz,cəmi 5572.73 manat borcu yaranıb. Dəfələrlə borcun ödənilməsi tələb olunsa da, bunun müsbət nəticəsi olmayıb. 31.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında 09.07.2019-cu il tarixdə imzalanmış kredit müqaviləsi müqavilısi üzrə banka 4831.51 manat əsas, 741.22 manat faiz,cəmi 5572.73 manat borcu qalmışdır. Ödəniş qəbzindən görünür ki, Bank of Baku” ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat ödənilmişdir. Xəbərdarlıq məktubundan görünür ki,iddaçı pretenziya qaydasına əməl etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi baölanmışdır.İddiaçı müqavilənin şərtlərinə əməl edərək raazılaşdırılmış məbləğdə krediti cavabdehə versə də,cavabdeh müqavilə öhdəliklərini tam və layiqincə əməl etməmişdir. Onun banka 09.07.2019-cu il tarixli kredit müqavilısi üzrə 4831.51 manat əsas,741.22 manat faiz,cəmi 5572.73 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən nməhkəmə iddianı əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli srsşdırıb sübutları qiymətləndirib, cavabdehin iddianı qəbul etdiyini nəzərə alaraq hesab edir ki iddia təmin olunmalı, Cavabdehdan "xxxx" ASC-nin xeyrinə 4831.51 manat əsas, 741.22 manat faiz, cəmi 5572.73 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İlk iddia təmin edilsin. X2 oğlunadan "xxxx" ASC-nin xeyrinə 4831.51 manat əsas, 741.22 manat faiz,cəmi 5572.73 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar