Məhkəmə qərarları › İş №2(007)-3866/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3866/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3866/2021 16.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qızına qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında 10.12.2019-cu il tarixdə kredit müqaviləsinə əsasən borcluya illik 1% faiz olmaqla 60 ay müddətində 5286.86 manat kredit verilib. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək bank qarşısında borcu yaranıb. Dəfələrlə borcun ödənilməsi rəsmi qaydada tələb olunsa da, bunun müsbət nəticəsi olmayıb.Buna görə də, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 5278.09 manat məbləğində əsas borcun,11.77 manat məbləğində faiz borcunun, cəmi 5289.86 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında 10.12.2019-cu il tarixdə imzalanmış güzəştli kredit müqaviləsindən görünür ki, borcluya 10.12.2019-cu il tarixdə illik 1 faiz olmaqla 60 ay müddətində 5286.86 manat kredit verilmişdir. İş materiallarında olan 31.08.2021-ci tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.12.2019-cu il tarixində bağlanmış müqaviləyə əsasən 5278.09 manat məbləğində əsas borcu, 11.77 manat məbləğində faiz borcu, cəmi 5289.86 manat borcu vardır İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh Bank tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş əks halda məhkəməyə müraciət olunacağı bildirilkmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından göründüyü kimi tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, Cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Nəticədə Cavabdeh banka 5278.09 manat məbləğində əsas borcu, 11.77 manat məbləğində faiz borcu, cəmi 5289.86 manat borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia əsaslı olduğundan təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5278.09 manat məbləğində əsas borc, 11.77 manat məbləğində faiz borcu, cəmi 5289.86 manat borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. "Bank of Baku” ASC ilə Cavabdeh arasında bağlanmış 10.12.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh "Bank of Baku” ASC-nin xeyrinə 5278.09 manat məbləğində əsas borc,11.77 manat məbləğində faiz borcu,cəmi 5289.86 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar