Məhkəmə qərarları › İş №2(007)-394/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-394/2023

01.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-394/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş zərərin əvəzi olaraq 5190 manat (beş min yüz doxsan) manat, dövlət rüsumu qismində 72 (yelmiş iki) manat məbləğində nağd pulun Cavabdeh tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan eyni zamanda idarə etdiyi “Lexus" minik markalı ** SJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində saat 20:00 radələrində General Mehmandarov küçəsində hərəkətdə olan zaman X1 məxsus “Hyundai Sonata" minik markalı ** SP *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini hərəkətsiz vəziyyətdə olarkən vurmuş və zərbə nəticəsində həmin avtomobil ona məxsus “Renault Meqane" minik markalı ** LL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Sözü gedən qəzada o, xəsarət almış, xəsarəti yüngül qiymətləndirilmişdir. Hadisə ilə əlaqədar olaraq tərəfindən Xətai RPİ-ə müraciət olunmuş, hər birinin izahatları alınmışdır. Lakin Xətai RPİ-əin TŞ-nin baş tədqiqatçısı, polis mayoru Faiq Muradov tərəfindən xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmçinin, həmin qərarda “Lexus" minik markalı ** SJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh əməlinə müvafiq hüquqi qiymətin verilməsi, inzibati məsuliyyətə cəlb olunması üçün Xətai RPİ-nin DYPŞ-ə göndərilmişdir. Belə ki, tərəfindən iddia ərizəsinə əlavə edilmiş RENAULT Servis Mərkəzi tərəfindən verilmiş qiymətləndirmə aktının surətindən də göründüyü kimi Cavabdeh tərəfindən törədilmiş inzibati xəta nəticəsində ona məxsus "Renault Meqane" minik markalı ** LL *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə, ehtiyat hissələrinin ümumi qiyməti 3520 (üç min iyirmi) manat, təmir işlərinin cəmi 1670 (bir min altı yüz yetmiş) manat məbləği təşkil etməklə, ümumilikdə, 5190 manat (beş min yüz doxsan) manat məbləğində maddi ziyan dəymişdir. Lakin bu maddi ziyanın qarşılığı ona hələ də ödənilməmişdir. Bundan başqa, dövlət rüsumu qismində isə 72 (yetmiş iki manat) manat pul vəsaitini ödəmişdir. Hazırda avtomobili tamamilə yararsız vəziyyətdədir və ondan istifadəsi məhdudlaşmışdır. Ona dəyən maddi və mənəvi ziyandan əlavə həm də mülkiyyətçi kimi avtomobili ilə bağlı hüquqlarını da realizə edə bilmir. Cavabdehin törətdiyi inzibati xəta nəticəsində onun mülkiyyətçi kimi konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Bütün yuxarıda göstərilənləri əsas götürərək, pozulmuş hüquqlarının bərpası üçün ədalət mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir, cavabdeh tərəfindən avtomobilinə dəymiş 5190 manat (beş min yüz doxsan) manat, dövlət rüsumu qismində 72 (yetmiş iki manat) manat məbləğində ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, İddiaçı məhkəməyə gəlməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİİ № 413534 saylı, xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən X4 tərəfindən İddiaçı "Renault Meqane" minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dair xx.xx.2023-cü il tarixinədək sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ verilmişdir. - Bakı şəhəri Xətai RPİ-nin Tətqiqat Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Lexus” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü Cavabdeh inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün toplanmış material və qərarının surəti Xətai RPİ-nin DYPŞ-nə göndərilmişdir. - “RENAULT” Servis Mərkəzinin qüsur aktından görünür ki, "Renault Meqane" minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilinin təmiri üçün 5190 manat tələb olunur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 8/784 nömrəli rəyindən görünür ki, Yol-nəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtsasdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol- nəqliyyat hadisələri ekspertizaları tədqiqat aparılmır. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1903 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Renault” servis mərkəzinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Renault Megane” markalı, **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 4890 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı idarə etdiyi "Renault Meqane" minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cavabdeh məxsus olan “Lexus" minik markalı **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə cavabdehin təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdehnın Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçıya məxsus "Renault Meqane" minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2023-cü il tarixli 9/1903 saylı rəyi ilə avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 4890 manat olduğu müəyyən edilmişdir. İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 5190 manat kimi göstərmiş, ekspertiza rəyi ilə isə həmin məbləğ 4890 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 4890 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edərək, cavabdehdən iddiaçının xeyrinə 4890 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 72 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 8/784 saylı və xx.xx.2023-cü il tarixli 9/1903 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 72 manat dövlət rüsumunun 4,16 manatı iddiaçıya, 67,84 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan 100 manatın 5,78 manatı iddiaçıdan, 94,22 manatı cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4890 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67,84 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 4,16 manatı İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 5,78 manatı İddiaçı və 94,22 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4890 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 67,84 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 4,16 manatı İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun 5,78 manatı İddiaçı və 94,22 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X2, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar