Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3942/2025 18.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi zərərin ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh öhdəliyini icra etməməsi nəticəsində İddiaçı vurmuş olduğu 7000 manat pul məbləğində maddi zərərin, həmçinin ödənilmiş 90 manat dövlət rüsumunun, toplam olaraq 7090 manat pul məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ilin dekabr ayında iddiaçının qohumu X5 Rayon Polis Şöbəsi tərəfindən həbs edilmiş və daha sonra məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı Elşən Hüseynovun cəzasının azaldılması məqsədilə müxtəlif yollar axtarırmışdır. Həmin dövrdə vəkil axtarırkən tanışı Nizami vasitəsilə Cavabdeh adlı şəxslə tanış olmuşdur. Cavabdeh iddiaçıya çoxlu tanışlarının olduğunu və məsələni həll etmək imkanına malik olduğunu bildirmişdir. Daha sonra Mirdamədlə danışaraq Nəsimi rayonu, A.Mustafayev küçəsi, 3004-cü məhəllədə yerləşən ofisində görüşmək barədə razılığa gəlmişlər. Görüş zamanı Cavabdeh özünü vəkil kimi təqdim etmiş, lakin məsələni vəkil kimi deyil, guya Baş Prokurorluqda çalışan tanışlarına bahalı hədiyyə verməklə həll edə biləcəyini söyləmişdir. İddiaçı isə bu barədə ailəsilə məsləhətləşib ona cavab verəcəyini bildirmişdir. 2016-cı ilin aprel ayında Cavabdeh iddiaçıya zəng edərək qohumunun işinin bir ay ərzində həll olunacağını və bunun üçün 15000 manat gətirməyini tapşırmışdır. Bu müddətdə iddiaçı qohumu X14 da məsələ barədə məlumat vermiş və ona işin yeni tanış olduğu vəkil Cavabdeh vasitəsilə həll edilə biləcəyini söyləmişdir. 12 aprel 2016-cı il tarixdə, saat 16:00 radələrində o, tanışı Nizami və qohumu X33 ilə birlikdə Nəsimi rayonu, A.Mustafayev küçəsi, 3004-cü məhəllədə yerləşən Cavabdeh ofisinə gedərək ona 15000 manat məbləğində pulu vermişlər. Verdikləri 15000 manatın 8000 manatı Aygünə, 7000 manatı isə iddiaçıya məxsus idi. Pulu Cavabdeh verərkən bu barədə onu məlumatlandırdı. Lakin Cavabdeh verdiyi vədlərə əməl etmədi, onları aldadaraq məsələni həll etmədi. Bu günədək iddiaçıya dəymiş maddi ziyanın (7000 manat) heç bir hissəsi ödənilməmişdir. Əlavə olaraq bildirilir ki, Cavabdeh yalnız iddiaçını və qohumu X15 deyil, həmçinin X3, X6, X16, X17, X18, X1, X28, X7 hüquqi varisi X19, X39, X34, X35, X8 və X4 da aldadaraq etibardan sui-istifadə etmə və aldatma yolu ilə onların əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Buna görə də Cavabdeh barəsində onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 1(006)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü qəbul edilmişdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Cavabdeh poçt vasitəsilə ərizə verərək iddia müddətinin ötürülməsi ilə əlaqədar iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxmağı mümkün hesab etmişdir.
İş materialları:
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixə qədər 02 (iki) gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər 02 (iki) gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 02 (iki) gün, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 11 (on bir) gün və ev dustaqlığında olduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər 02 (iki) ay 21 (iyirmi bir) gün, ümumilikdə 03 (üç) ay 08 (səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 03 may 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən zərər çəkmiş şəxslər X14 8000 manat, X20 9800 manat, X29 12000 manat, X10 10000 manat, X41 3000 manat, X36 10000 manat, X11 11000 manat, İddiaçı 7000 manat, X30 2000 manat, X21 10000 manat, X22 3965,75 manat, X45 3350 manat, X23 6000 manat, X2 12000 manat, X31 10000 ABŞ dolları, X37 40000 manat, X9 2600 manat və X38 10000 manat maddi ziyan vurmaqla törədilmiş dələduzluq əməlinə görə Cavabdeh qarşı verilmiş ittihamın bu hissələri üzrə cinayət təqibinə xitam verilməsi, zərər çəkmiş şəxs və mülki iddiaçı X12 mülki iddiası baxılmamış saxlanılması və ona hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, zərər çəkmiş şəxslər və mülki iddiaçılar X13 və X24 mülki iddiaları üzrə icraata xitam verilməsi, X7 mülki iddiası təmin edilməsi, Cavabdeh dəymiş maddi zərərə görə 8500 manat məbləğində pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 106 manat məbləğində pul vəsaiti tutularaq X7 hüquqi varisi X25 ödənilməsi, X7 digər hüquqi varislərinə ödəniləcək pul vəsaiti ilə bağlı gələcəkdə öz aralarında mübahisə yaranarsa mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməsi hökm edilmişdir.
9. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmdən görünür ki, İddiaçı ifadə verərək bildirmişdir ki, 2015-ci ilin dekabr ayında tutulan qohumu X26 cəzasını azaltmağa çalışmışlar. Həmin dövrdə vəkil axtaran zaman tanışı Nizami adlı şəxs vasitəsi ilə Cavabdeh adlı şəxslə tanış olmuş, sonuncu ona çoxlu tanışlarının olduğunu və məsələni həll etmək imkanına malik olduğunu bildirmişdir. O, da Mirdamədlə danışaraq Nəsimi rayonu, A.Mustafayev küçəsi 3004-cü məhəllədə yerləşən ofisində görüşmək barədə razılığa gəlmişlər. Söhbət zamanı Mirdaməd vəkil kimi fəaliyyət göstərdiyini, lakin onun məsələsini vəkil kimi deyil, Baş prokurorluqda olan tanışlarına bahalı hədiyyə verməklə həll edə biləcəyini söyləmişdir. O, da məsləhətləşib cavab verəcəklərini bildirmişdir. Daha sonra 2016-cı ilin aprel ayında Mirdaməd ona zəng edərək qohumunun işinin bir aya həll olunacağını bildirib 15000 manat gətirməyi tapşırmışdır. O, da bu səbəbdən xx.xx.2016-cı il tarixdə saat 16 radələrində Nəsimi rayonu, A.Mustafayev küçəsi 3004-cü məhəllədə yerləşən Cavabdeh ofisində sonuncuya 15000 manat vermiş, həmin vaxt orada Nizami və X33 olmuşdur. Mirdamədə verdiyi 15000 manat məbləğin 8000 manatı Aygünə, 7000 manatı isə özünə məxsus olmuşdur. Pulu Mirdamədə verərkən bu barədə bildirmişdir. Buna baxmayaraq Mirdaməd verdiyi vədinə əməl etməyərək onları aldatmış və aldığı pulu da qaytarmamışdır. Daha sonra ona dəymiş ziyanın bugünədək ödənilmədiyini, Cavabdeh şikayətçi olduğunu bildirmiş və məhkəmədən onun cəzalandırılmasını xahiş etmişdir. İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı etibarından sui-istifadə edərək qohumu X26 cəzasını azaltmağa komək edəcəyini vəd edərək ondan 2016-cı il tarixində 7000 manat məbləğində pul vəsaiti almışdır. Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-3/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci, 178.2.4-cü maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə baxılan zaman iddiaçıya mülki mühakimə qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
12. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarı:
Qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
14. İddiaçı tərəfindən Cavabdeh qarşı “7000 manat məbləğində pul vəsaitinin tutulması” tələbi cavabdehin onun etibarından sui-istifadə edərək 7000 manat məbləğində pul vəsaitini ələ keçirməsi ilə əsaslandırılmışdır.
15. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilərək iddia müddətinin keçməsi ilə əlaqədar, iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
16. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
17. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
18. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
19. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
20. İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəməyə bildirmişdir ki, cavabdeh həbsdə olan qohumu X26 cəzasının azaldılması və onu azadlığa buraxılmasına kömək etmək imkanına malik olduğunu bildirmiş və bu məqsədlə o, cavabdehə 2016-cı ildə 7000 manat məbləğində pul vəsaiti vermişdir. Cavabdeh vədini yerinə yetirməmiş, və dələduzluq etdiyi üçün qeyd edilən əmələ görə cinayət məsuliyyətinə cəlb edilmişdir.
21. Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddiaçı tərəfindən ona 2016-cı il tarixində faizlə qaytarmaq şərtilə 7000 manat borc olaraq pul vəsaiti verildiyini, lakin qaytara bilmədiyindən iddiaçı onun barəsində polisə şikayət edərək pul vəsaitini qohumu X26 cəzasının azaldılması üçün verdiyini bildirmişdir.
22. İşin müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, Cavabdeh İddiaçı onun qohumu X26 cəzasının azaldılması məsələsini həll edilməsində kömək edəcəyini vəd edərək odan 7000 manat məbləğində pul vəsaiti almışdır.
23. Qeyd edilən hal Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(006)-3/2025 saylı hökmü ilə öz təsdiqini tapmışdır. Hökmdən görünür ki, Cavabdeh təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı İddiaçı özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi kimi təqdim edərək etibarından sui-istifadə edib, sonuncunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş qohumu Elşən Hüseynovun cəzasının dövlət orqanlarında olan əlaqələrindən istifadə etməklə azaldılması məsələsini həll edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 12 aprel 2016-cı il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A Mustafayev küçəsi 3004-cü məhəllədə yerləşən ofisdə 7000 manat pulunu alıb ələ keçirməklə, verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs İddiaçı xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.
24. Belə olan halda məhkəmə iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusu”na dair müddəalarının təşkil etdiyi qənaətinə gəlir.
25. Mülki qanunvericiliyə əsasən hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl mülki hüquq pozuntusudur (1096.1m). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1 m).
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur:
1. törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir;
2. əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir;
3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması - qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır;
4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
27. Mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18.04.22-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
28. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçını aldadaraq, ona qarşı dələduzluq edərək qohumunun cəzasının azaldılmasına köməklik etmək adı ilə pul vəsaiti ələ keçirmişdir. Cavabdehin hərəkətlərinin yəni, azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş şəxsin cəzasının azaldılması üçün pul almasının qanunsuz olması, qanuni əsaslara söykənməməsi işin mübahisəsiz halı olub, həmçinin məhkəmənin qanuni qüvvəsini almış hökmü ilə də öz təsdiqini tapmışdır.
29. Belə ki, Bakı Şəhəri Nəsmi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(006)- 3/2025 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni cinayət əməlinin olub-olmaması və bu əməlin kim tərəfindən törədilməsi ilə bağlı cinayət işinə baxmış məhkəmənin hökmdə gəldiyi nəticələr mülki işə baxan məhkəmə üçün məcburidir.
31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli Qərarı).
32. Məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, cavabdehin hərəkətləri hər hansı qanuni əsasa söykənmədiyindən, öhdəlik bilavasitə ziyanvurmadan irəli gəldiyindən mübahisəyə ümumi iddia müddəti (10 il) şamil olunmalıdır. Belə olan halda isə iddia müddəti keçmiş hesab oluna bilməz.
33. Belə ki, həm hökm, həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, pul vəsaiti 2016-cı ilin aprel ayında verilmişdir. Belə olan halda, iddia müddətinin keçməməsi işin mübahisəsiz halı olduğundan iddia müddətinin axımının başlanması anının araşdırılmasına zərurət yoxdur.
34. Beləliklə, Cavabdeh qanunsuz, təqsirli hərəkətləri nəticəsində İddiaçı 7000 manat maddi ziyan dəyməsi sübuta yetirildiyindən iddiaçının cavabdehə qarşı olan dəymiş ziyanın əvəzi olaraq 7000 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi əsaslıdır.
Məhkəmə baxışının hədləri:
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Məhkəmə xərcləri:
36. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 90 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə:
37. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 90 manat tutularaq İddiaçı ödənilməlidir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia təmin edilsin. Cavabdeh 7000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 90 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova