Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3946/2021 24.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 oğluna qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 Cavabdeh2 oğluna qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanan 06.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən «Yelo Bank” ASC-dən cavabdehə illik 1 faizlə 60 ay müddətinə 7485.08 manat kredit verilmişdir. Cavabdeh2 ilə bank arasında 06.12.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanıb. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırırlar.27.08.2021-ci ilə tarixədək Cavabdeh1 banka cəmi 7463.49 manat əsas,80.86 manat faiz və 143.51 cərimə olmaqla cəmi 7687.86 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar.Qeyd olunanlara əsasən iddianın təmin edilməsi,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7463.49 manat əsas,80.86 manat faiz və 143.51 cərimə olmaqla cəmi 7687.86 manat borcun və 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: «Yelo Bank” ASC- ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, cavabdehə illik 1 faizlə 60 ay müddətinə 7485.08 manat kredit verilməsi barədə tərəflər arasında razılıq əldə olunmuşdur. «Yelo Bank” ASC- ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki,zamin Cavabdeh2 «Yelo Bank” ASC- ilə Cavabdeh1 arasında bağlanmış 06.12.2019-cu il tarixli kredit müqaviləsi ilə əlaqədar öz üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Maliyyə arayışından görünür ki,cavabdehin 06.12.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7463.49 manat əsas, 80.86 manat faiz və 143.51 cərimə olmaqla cəmi 7687.86 manat borcu vardır. Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, iddiaçı Cavabdeh1 ilə «Yelo Bank” ASC arasında 06.12.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən «Yelo Bank” ASC-dən cavabdehə illik 1 faizlə 60 ay müddətinə 7485.08 manat kredit verilmişdir. Bank tərəfindən müqavilənin şərtlərinə əməl olunaraq razılışdırılmış məbləğdə kredit Cavabdeh1o oğluna verilsə də sonuncu öz öhdəliklərini tam və lazimi qaydada icra etməmişdir. Digər Cavabdeh2 oğlu isə zaminlik öhdəliklərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsas borc hissəsində əsaslı hesab edir. Məhkəmə 143.51 manat cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7463.49 manat əsas,80.86 manat faiz və 10 manat cərimə olmaqla cəmi 7554.35 manat borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06.12.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7463.49 manat əsas, 80.86 manat faiz və 10 manat cərimə olmaqla cəmi 7554.35 manat borc və 30 manat dövlət rüsumu“ tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-3946/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3946/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver