Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3954/2021 27.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 2/1 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi əsasında cavabdehin aylıq qazancının 2/1 hissəsi miqdarında alimentin məbləği 210-220 manat aliment ödəyir. Cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğindən başqa heç bir məbləğdə ödəniş etmir. Hal-hazırkı vaxtadək birgə nikahdan olan uşaqlarnın təlabatları artdığından, o, təkbaşına uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin aylıq qazancı və digər gəlirləri mövcud olduğundan ondan tutulacaq alimentin məbləği artırılaraq, hər ay hər uşağa sabit pul məbləğində 175 manat aliment tutulması müəyyən edilməlidir. Hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində aliment olmaqla cəmi 525 manat aliment tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 175 manat sabit pul məbləğində aliment olmaqla cəmi 525 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 17 aprel 2007-ci il tarixdə bağlanmış və 273 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 19 aprel 2007-ci il təvəllüdlü X4, 28 fevral 2009-cu il təvəllüdlü X5 və 15 oktyabr 2010-cu il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdeh 07 aprel 2017-ci il tarixdən başlayaraq 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 274534 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındakı nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında № 281 nömrəsi ilə 22 sentyabr 2017-ci il tarixdə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 925857 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 19 aprel 2007-ci il təvəllüdlü X4 anadan olmuşdur. Ata Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 254363 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 28 fevral 2009-cu il təvəllüdlü X5 anadan olmuşdur. Ata Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 500814 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından olan 15 oktyabr 2010cu il təvəllüdlü X6 anadan olmuşdur. Ata Cavabdeh, ana qrafasında isə İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 27.10.2021-ci il tarixli elektron portaldan çıxarışda görünür ki, Cavabdeh rəsmi iş yeri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında 17 aprel 2007-ci il tarixdə bağlanmış və 273 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan anadan olmuş 19 aprel 2007-ci il təvəllüdlü X4, 28 fevral 2009-cu il təvəllüdlü X5 və 15 oktyabr 2010-cu il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdeh 07 aprel 2017-ci il tarixdən başlayaraq 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) yarışı miqdarında aliment İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli 2(007)-2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü X1,28 fevral 2009-cu il təvəllüdlü X2 və 15 oktyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 140 (yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalı, məhkəmə xərcləri Cavabdeh aid edilməli, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 avqust 2017-ci il tarixli 2(007)- 2684/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. Cavabdeh 19 aprel 2007-ci il təvəllüdlü X1, 28 fevral 2009-cu il təvəllüdlü X2, 15 oktyabr 2010-cu il təvəlüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 140 (yüz qırx) manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-3954/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3954/2021
27.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver