Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3974/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artrılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2(007)-2260/2019 saylı qətnaməsi və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli 2(007)-2536/2019 saylı qətnamələri ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay aylıq qazancının, başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və X1 müalicə və müayinəsi üçün əlavə xərclərə görə hər ay 100 manat məbləğində əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28.06.2019-cu il tarixli qətnaməsi ilə Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli qətnaməsinə əsasən, tutulan alimentin məbləği artırılaraq, Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Bundan başqa, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X1 müalicə və müayinəsi üçün əlavə xərclərə görə hər ay 50 manat tutularaq X3 ödənilməsi qət edilmişdir. Cavabdeh məhkəmənin müəyyən etdiyi aliment məbləğindən heç bir məbləğdə ödəniş etmir. Halhazırki vaxtadək birgə nikahdan olan uşaqlarının tələbatları artdığından o, təkbaşına uşağı saxlamaqda maddi çətinlik çəkir. Cavabdehlə birgə nikahdan olan uşaqları X2 doğulandan xəstədir. Psixi saxlamlıq mərkəzlərində mütəmadi olaraq müalicə olunur və ona “Asperger sindromu F84.5” “Üzvi emosional labil Astenik pozuntusu” diaqnozu ilə qeydiyyatdadır və həmin xəstəlikdən əziyyət çəkir. Azyaşlı uşağın doğulandan xəstə doğulduğu üçün bugünki günədək onu daim müalicə etdirib və daim həkim müayinə və müalicəsinə ehtiyacı vardır. Uşağının yaşı artdıqca sağlamlığındakı problemlər daha da kəskinləşməyə başlamış və hər ay müalicə və müayinəsinə 100 manatdan çox vəsait tələb olunur. Mütəmadi olaraq hər aydan bir uşağın müalicəsi üçün 400-500 manat sərf edir. Cavabdehin isə rəsmi iş yeri və aylıq qazancının məbləği artsa da, uşaqlarının müalicə və müayinə xərclərini ödəməkdən yayınır, 50 manatdan əlavə uşağın heç bir tələbatını ödəmir. Cavabdeh "xxxx" MMC Catering Şirkətində baş aşpaz işləyir, aylıq əmək haqqı 1500 manat təşkil edir. Cavabdehin aylıq qazancı və digər gəlirləri mövcud olduğundan ondan tutulacaq alimentin məbləği artırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, xərclər çıxıldıqdan sonra o, 700-800 manat alır, 230 manat ödəyə bilər, daha artıq ödəməyə imkanı çatmır. Yeni nikaha daxil olmuş, xərcləri artmışdır. Uşağın heç bir problemi yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(007)- 2260/2019 nömrəli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli qətnaməsinə əsasən, tutulan alimentin məbləği artırılaraq, Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(007)- 2536/2019 nömrəli qətnaməsi ilə Cavabdeh X1 müalicə və müayinəsi üçün ödənilmiş 423 manatın 211,50 manatının cavabdehdən tutulmuş və eyni zamanda əlavə xərclərə görə ondan hər ay 50 manat tutularaq X3 ödənilməsi qət edilmişdir. - AZ-İİİ 646591 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 25 fevral 2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. - AZ-İ 243937 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah 20 iyul 2016-cı il tarixdə ləğv edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı X5 ilə Cavabdeh birgə nikahlarından 25 fevral 2013-cü il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(007)-2260/2019 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, Nizami Rayon Məhkəməsinin 04 may 2016-cı il tarixli qətnaməsinə əsasən, tutulan alimentin məbləği artırılaraq, Cavabdeh X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli, 2(007)-2536/2019 nömrəli qətnaməsi ilə Cavabdeh X1 müalicə və müayinəsi üçün əlavə xərclərə görə hər ay 50 manat tutularaq X3 ödənilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin hər ay dörddə bir hissəsi miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2021-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2020-ci il tarixli Qanununa əsasən 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2019cu ildə müəyyən edilmiş 160 manat aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin alimentin miqdarı dəyişdirilməli, cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarınd müəyyən edilməli, iddia müalicə və müayinə ilə bağlı əlavə xərclər hissəsində qismən təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(007)-2260/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 25 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 30,0 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli, 2(007)-2260/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 25 fevral 2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirinin) ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3974/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3974/2021
18.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver