Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-399/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 05.05.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 10587 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 04.11.2021 -ci il tarixinə "xxxx" KB ASC-yə 10587 manat əsas, 1309,82 manat faiz, 36,78 manat cərimə, cəmi 11933,60 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “Unibank" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən cavabdehdən iddiaçı "xxxx" KB ASCnin xeyrinə 10587 manat əsas, 1309,82 manat faiz, 36,78 manat cərimə, cəmi 11933,60 manat borcun, dövlət rüsumu olaraq ödənilmiş 125,81 manat və 40 qəpik xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X1” ASC-nin nümayəndəsi06.01.2022-ci il və 19.01.2022-ci il tarixlərdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini müdafiə etdiyini və mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin 07.01.2022-ci il tarixli iclasında iştirak edən cavabdeh iddia tələbini etiraf edərək, izahatında bildirmişdir ki, bankdan kredit götürmüşdür, iddiada qeyd edilən məbləğlə razıdır. Məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını, tərəflərin ərizələrini, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X1” ASC ilə Cavabdeh arasında 05.05.2021-ci il tarixli 1540nkNAR/21 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 10587 manat məbləğində kredit verilmişdir. - 05.05.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, borclu 36 ay müddətinə hər ayın 05-dən gec olmayaraq 422 manat ödəməyi öhdəsinə götürmüşdür. - “X1” ASC-nin 08.09.2021-ci il tarixli bildirişdən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 05.05.2021-ci il tarixli 1540nkNAR/21 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" KB ASC-yə 10587 manat əsas, 1309,82 manat faiz, 36,78 manat cərimə, cəmi 11933,60 manat borcu vardır. Kredit müqaviləsi üzrə borcun 3 iş günü müddətində tam ödənilməsi təmin edilməlidir. Əks təqdirdə, bank borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. İş materiallarında olan 04.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 05.05.2021-ci il tarixli 1540nkNAR/21 saylı kredit müqaviləsi üzrə 10587 manat əsas, 1309,82 manat faiz, 36,78 manat cərimə, cəmi 11933,60 manat “X1” ASC-yə borcu vardır. İş materiallarında olan 15.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X1” ASC məhkəməyə müraciət etmək üçün 125.81 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 05.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə 04.11.2021-ci il tarixədək yaranmış 10587 manat əsas, 1309.82 manat faiz, 36.78 manat cərimə, ümumilikdə 11933.60 manat borc, ödənilmiş dövlət rüsumu kimi 125.81 manat və 40 qəpik xidmət haqqı tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05.05.2021-ci il tarixli kredit müqaviləsi üzrə 04.11.2021-ci il tarixədək yaranmış 10587 manat əsas, 1309.82 manat faiz, 36.78 manat cərimə, ümumilikdə 11933.60 manat borc, ödənilmiş dövlət rüsumu kimi 125.81 manat və 40 qəpik xidmət haqqı tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-399/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-399/2022
21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver