Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ləğv prosesində olan "xxxx" kommersiya bankı qapalı səhmdar cəmiyyətinin Cavabdeh3, Cavabdeh2 qızına, Cavabdeh1 Mirzəşah oğluna, X13, X14, X2, X8, X9, Cavabdeh1 və X15 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: "xxxx" Kommersiya Bankı” qapalı səhmdar cəmiyyəti Cavabdeh3, Cavabdeh2 qızına, Cavabdeh1 Mirzəşah oğluna, X13, X14, X2, X8, X9, Cavabdeh1 və X15 qarşı 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsi üzrə ödənilməmiş əsas kredit borcu qismində 29592,98 manat, faiz borcu qismində 1915,06 manat, cərimə qismində 269,68 manat, cəmi 31777,72 manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 31 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməsi, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət olan 11 saylı evin 3 otaqlı 2 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində yerləşən, 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət olan 11 saylı evin 3 otaqlı 2 saylı mənzilə tutma yönəldikdə və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh3, Cavabdeh2 qızının, Cavabdeh1 Mirzəşah oğlunun, X10, X11, X1, X6, X7, Cavabdeh1 və X12 həmin yaşayış sahəsindən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 18 iyul 2018-ci il tarixdə iddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, QSC "xxxx" KB ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 29.592,98 manat məbləğində əsas borcun, 1915,06 manat məbləğində faiz borcun, 269,68 manat məbləğində cərimə üzrə borcun, 1598.79 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümumilikdə isə 33376.51 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 mant məbləğində dövlət rüsumunun tutulmasına; ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına; mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qızı və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh1 Mirzəşah oğlu, X21, X22, X5, X18, X19, Cavabdeh1 və X23 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, 22 may 2019-cu il tarixdə "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, QSC "xxxx" KB ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 29860.51 manat məbləğində əsas borcun, 1915,06 manat məbləğində faiz borcun, 269,68 manat məbləğində cərimə üzrə borcun, 2835.9 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümumilikdə isə 34881.14 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 mant məbləğində dövlət rüsumunun tutulmasına; ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına; mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh3 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxsin mənzildən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, 22 oktyabr 2021-ci il tarixdə iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin iddiası üzrə Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi Departamentinin Məhkəmələrlə iş şöbəsinin müdiri Azər Əmirov Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarının 2-ci bəndinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 29.592,98 manat məbləğində əsas borcun, 1915,06 manat məbləğində faiz borcun, 269,68 manat məbləğində cərimə üzrə borcun, 6518,46 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin, ümumilikdə isə 38269,18 manat məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 mant məbləğində dövlət rüsumunun tutulmasına; ipoteka predmetinin ilkin satış qiymətinin 70.000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh3 tutulmalı olan məbləği Bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına; mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 qızı və onunla birlikdə yaşayan ailə üzvləri Cavabdeh3, Cavabdeh1 Mirzəşah oğlu, X21, X22, X5, X18, X19, Cavabdeh1 və X23 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh3 17 iyun 2014-cü il tarixdə QSC "xxxx" Kommersiya Bankına ərizə ilə müraciət edərək ona 43 800 manat məbləğində kredit verilməsini xahiş etmişdir. Bankın “Səkkizinci” filialı ilə Cavabdeh3 arasında kredit verilməsi haqqında 17 iyun 2014cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh3 illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 43 800 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 qızına tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binada yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzili 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin borclu şəxs hazırki iş üzrə Cavabdeh3 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 29592,98 manat məbləğində əsas borcu, 1915,06 manat məbləğində faiz borcu, 269,68 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 31777,72 manat məbləğində borcu qalmışdır. 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsinin 5.4.5-ci bəndinə əsasən, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borc alanın vəzifəsidir. Həmin müqavilənin 5.1.6-cı bədinə əsasən Kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh3 dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa, Bankın “Səkkizinci” filialı ilə Cavabdeh2 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndinə əsasən, borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi ipoteka qoyanın vəzifəsidir. 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri 70 000 manat məbləğində müəyyən edilmişdir. Sonda F.F.Fərhadova iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı verilmiş mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 qızına, Cavabdeh1 Mirzəşah oğluna, X13, X14 və X2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, iddiaçının nümayəndəsini və Cavabdeh3 nümayəndəsi və vəkilini dinləyərək, işdə olan sənədləri tədqiq edib və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilə QSC "xxxx" Kommersiya Bankının “Səkkizinci” filialı ilə Cavabdeh3 arasında bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh3 illik 20 % ödəmək şərti ilə 36 ay müddətinə 43800 namat məbləğində kredit Bağ evinin təmiri üçün verilmişdir. Həmin müqavilənin 5.4.5-ci bəndinə əsasən, alınmış krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək, ödənişləri vaxtında və tam həcmdə yerinə yetirmək borc alanın vəzifəsidir. Həmin müqavilənin 5.1.6cı bədinə əsasən Kreditorun müqavilə şərtlərinin borclu tərəfindən pozulduğu hallarda vurulmuş ziyanın əvəzinin və borcun vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. İş materiallarında olan 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsindən görünür ki, həmin müqavilə QSC "xxxx" Kommersiya Bankının “Səkkizinci” filialı ilə Cavabdeh2 qızı və Cavabdeh3 arasında bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “İpoteka saxlayan”la “Borc alan” arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069,14 saylı kredit müqviləsinə müavafiq olaraq “İpoteka saxlayan” “Borc alan” 36 ay müddətinə bağ evin təmiri məqsədi ilə kreditdən istifadəyə görə illik 20 % ödəniş şərti ilə 43 800 manat məbləğində kredit verir və “Borc” alan kreditdən istifadəyə görə faizlər hər təqvim günü üçün hesablanır və hər ay “Borc alan” tərəfindən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı ödəniş cədvəlinə uyğun olaraq “İpoteka saxlayan”na ödəyir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən kredit müqaviləsi üzrə “İpoteka qoyan”ın öhdəliyinin icrasını təmin təmin etmək məqsədilə “İpoteka qoyan” Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.0847 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişndə 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət tam mülkiyyətində olan 3 otaqlı 2 nömrəli mənzili “İpoteka saxlayan” qarşısında ipoteka ilə yüklü edir. Həmin müqavilənin 4.3.1-ci bəndinə əsasən “İpoteka qoyan” kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. Həmin müqavilənin 4.2.8-ci bəndinə əsasən, borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi təqdirdə, ipoteka saxlayanın ipoteka predmetinə ödəniş yönəltməsi üçün zəruri şəraitin təmin edilməsi və bunun icrası ilə bağlı bütün hərəkətlərin həyata keçirilməsi ipoteka qoyanın vəzifəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşımnaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli MN seriya ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.0847 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişndə 1-ci mərtəbəsində yerləşən 54.43 kv.m ümumi, 41.33 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil tam mülkiyyəti hüququ üzrə Cavabdeh2 qızı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Nizami rayon MKTB-nin 76 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş 14 iyun 2014-cü il tarixli 938 saylı arayışdan görünür ki, Cavabdeh2 qızı Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində 11 nömrəli 5 mərtəbəli evin 1 mərtəbəsində 41,33 kv.metr sahəsi olan 3 otaqlı 2 №-li məzildə yaşayır və həmin ünvanda onun ailə üzvüləri – Cavabdeh1 Mirzəşah oğlu, Cavabdeh3, X24, X17, X19, X22, X5, Cavabdeh1 və X23 daimi qeydiyyatdadır. İş materiallarında olan Cavabdeh1 Mirzəşah oğlunun, Cavabdeh3, X10, X11 və X1 notarial qaydada təsdiq olunmuş 17 iyun 2014-cü il tarixli ərizələrindən görünür ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın kredit öhdəliklərinin təminatı olaraq QSC "xxxx" KBda ipoteka ilə yüklü edilməsinə razılıq vermişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixlıi qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Cavabdeh3 ilə iddiaçı QSC "xxxx" Kommersiya Bankının “Səkkizinci” filialı arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqviləsinin 6.2-ci bəndinə əsasən, borc alan bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün kreditora vaxtında qaytarılmayan məbləğin illik 40 % miqdarında cərimə ödəyir. Cərimə kredit məbləğinin qaytarılmalı olduğu gündən faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Borc alan kredit öhdəliklərinin icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi nəticəsində kreditora vurulan zərərə görə tam məsuliyyət daşıyır. Həmin müqavilənin 5.4.10-cu bəndinə əsasən, borc alan bu müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri pozduqda və ya lazımınca icra etmədikdə kreditora bu müqavilənin 6.2-ci bəndində müəyyən edilmiş dəbbə pulu və zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materiallarında olan 02 mart 2016-cı il tarixli məktubdan görünür ki, QSC ”Bank Standard” KB ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqviləsi üzrə 269,68 manat cərimə hesablanmışdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 13 iyun 2018-ci il tarixli 25320 nömrəli rəyindən görünür ki, Cavabdeh3 "xxxx" QSC-nə 02 mart 2016-cı il tarixə (arayışın tarixinə) 31.465,94 manat, əsas borc üzrə 29.860,51 manat, faiz borcu üzrə 1.605,43 manat; 13 iyun 2018-ci il tarixə (ekspertizanın aparıldığı tarixə) 45.085,65 manat, əsas borc üzrə 29,860,51 manat, faiz borcu üzrə 15.225,14 manat müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Cavabdeh3 cavabdeh ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğv edici Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən həmin iş üzrə çıxarılacaq yekun qətnamə qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdeh QSC "xxxx" Kommersiya Bankına qarşı “kredit müqaviləsinin şərtlərinin dəyişdirilməsi” haqqında iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, QSC "xxxx" Kommersiya Bankının “Səkkizinci” filialı ilə Cavabdeh2 qızı və Cavabdeh3 arasında bağlanmış 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsindən görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh3 arasında bağlanmış 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasının təminatı qismində, Cavabdeh2 mülkiyyət hüququ əsasında ona məxsus olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 0.0847 ha torpaq sahəsində yerləşən 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişndə 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət tam mülkiyyətində olan 3 otaqlı 2 nömrəli mənzili “İpoteka saxlayan” qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1 maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə görə isə ipoteka saxlayan həmin Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanununun 36.2-ci maddəsinə uyğun olaraq, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişdən və həmin bildirişin göndərilməsi barədə poçt qəbzindən görünür ki QSC ”Bank Standard” KB tərəfindən tutmanın ipoteka predmeti olan, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilməsi barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qızına bildiriş verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinin xx.xx.2016-cı il tarixli **********98 №-li məktubundan görünür ki, QSC ”Bank Standard” KB-nin 11/4306 saylı xx.xx.2016-cı il tarixli məktubuna əsasən, Cavabdeh2 qızına məxsus Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 2 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə işdə olan sübutlara və qanunvericiliyin tələblərinə əsasən qeyd edir ki, Cavabdeh3 QSC "xxxx" Kommersiya Bankının “Səkkizinci” filialı ilə bağladığı 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə cavabdehin sözügedən kredit müqviləsi üzrə 29592,98 manat məbləğində əsas borcun, 1915,06 manat məbləğində faiz borcun, 269,68 manat məbləğində cərimə borcun, 6518,46 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləğinin və ümumilikdə 38269,18 manat məbləğində borcun yarandığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilərək, qeyd olunan borc məbləği Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borc məbləğinin həddini müəyyən edərkən qeyd edir ki, baxmayaraq ki, məhkəmə mühasibatlıq ekspertizasının rəyində əsas və faiz borcları hazırkı iddia tələbində olan borc məbləğlərinə münasibətdə yuxarı məbləğ təşkil etmişdir, lakin iddiaçının məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə barədə ərizədə həmin məbləğlər daha aşağı həddə müəyyən edilmişdir, buna görə də məhkəmə iddiaçının nümayəndəsinin bununla bağlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməməsini və cavabdehin də mənafeyini nəzərə alaraq hesab edir ki, ekspertizanın rəyi həmin hissədə mötəbər sübut növü qismində qəbul edilə bilməz, cavabdehdən iddia tələbi həcmində əsas və faiz borc məbləğləri tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, Cavabdeh3 tutulmalı olan 29592,98 manat məbləğində əsas borc məbləğinə münasibətdə tələb olunan 269,68 manat məbləğində cərimə borcuna münasibətdə isə qeyd edir ki, tələb olunan cərimə məbləği hissəsində də tələb əsaslıdır, həmin cərimə məbləği əsas borca münasibətdə tənasübsüz surətdə yüksək deyil. Məhkəmə Cavabdeh3 nümayəndəsi və vəkilinin məhkəmə iclasında göstərdikləri ilə bağlı isə qeyd edir ki, iddianın təmin edilməməsinə dair cavabdeh tərəfin irəli sürülən dəlillərinin hüquqi əsası yoxdur və iddianın yuxarıda qeyd olunan qaydada təmin edilməsinə maneə deyil. Məhkəmə hesab edir ki, borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan Cavabdeh2 qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 2 saylı mənzilinə yönəldilməli və həmin əmlak ixitsaslaşdırılmış açıq hərracdan satılmaqla, cavabdehin iddiaçıya olan borcu ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, QSC ”Bank Standard” KB ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınması üçün tələb olunan dövlət rüsmu qismində 10 manat, xidmət haqqı qismində 20 manat məbləğində pul vəsaiti ödəmişdir. İşdə olan 11 mart 2016-cı il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün QSC ”Bank Standard” KB tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Buna görə də məhkəmə hesab edir ki, həmin pul vəsaitləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.2-ci maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 2 saylı mənzili tərəflərin qarşılıqlı razılığı ilə 70.000 manat məbləğində qiymətləndirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 18 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı ipoteka müqaviləsində müəyyən edilmiş məbləğdə - 70 000 manat məbləğində müəyyən edilməlidir. Habelə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bununla yanaşı, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin- müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh3, Cavabdeh2 qızı, Cavabdeh1 Mirzəşah oğlu, X24, X22, X5, onlarla birlikdə yetkinlik yaşına çatmayan uşaqlar X18, X19, Cavabdeh1 və X23 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Məhkəmə habelə qeyd edir ki, borcun ödənilməsi üçün tutma ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 11 saylı evin 2 saylı mənzili ixitsaslaşdırılmış açıq hərracdan satılmaqla cavabdehin iddiaçıya olan borcu ödənildikdən sonra artıq qalan məbləğ Cavabdeh2 qızına qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, 13 iyun 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********) ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. 17 iyun 2014-cü il tarixli 1xx/xx/73069/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 29592,98 manat məbləğində əsas borc, 1915,06 manat məbləğində faiz borcu, 269,68 manat məbləğində cərimə borcu, 6518,46 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 38269,18 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumunun ödənilməsinə xərclənmiş vəsaitin əvəzi qismində 31,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,00 manat məbləğində pul vəsaiti "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ əsasında Cavabdeh2 qızının adına qeydə alınmış Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilə yönəldilsin. Cavabdeh2 qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin ilkin satış qiyməti 70 000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil açıq hərracdan satılsın. Cavabdeh2 qızına məxsus olan Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh3 QSC "xxxx" KB-nə olan borcu ödənilsin. Hərrac yolu ilə əldə edilən pul vəsaitindən iddiaçıya olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh2 qızına ödənilsin. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsində istifadədə olan 11 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 54.43 kvadrat metr ümumi, 41.33 kvadrat metr yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil satıldıqdan sonra 1 (bir) ay müddətində Cavabdeh3, Cavabdeh2 qızı, Cavabdeh1 Mirzəşah oğlu, X24, X22, X5, onlarla birlikdə yetkinlik yaşına çatmayan ailə üzvləri X18, X19, Cavabdeh1 və X23 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh3 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********) ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-4/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver