Məhkəmə qərarları › İş №2(007)-402/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-402/2021

01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-402/2021 01.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə Şahin Eldar oğluna qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı borc tələbinə dair məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı onunla əsaslandırdı ki, cavabdehlər BOKT "xxxx" MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular yaratmaq istədiklərini bildiriblər. Onlarla təşkilat arasında 19.10.2015-ci il tarixli L-BK-0039655-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borclulara 18 ay müddətinə, aylıq 2.42%, illik 29% olmaqla 2000 ABŞ dolları məbləğində kredit verilib. Həmin tarixdə kreditin ödənilməsini təminatı olaraq cavabdehlərin zamini Cavabdeh6 ilə BK-00024750 saylı zaminlik müqaviləsi bağlanıb. Tərəflər arasında 13.11.2017-ci il tarixində imzalanan rəsmi razılaşma protokollarına əsasən kreditin faizi 12%-ə endirilərək kredit və zaminlik müqavilələrinin müddəti 16.11.2020-ci il tarixinədək uzadılıb.Kredit müqaviləsinin bağlandığı vaxtdan bu günədək cavabdehlər cəmi 2.528.66 ABŞ dolları məbləğində pul ödəyiblər və nəticədə Cavabdeh1 təşkilata ödənilməyən 944.45 ABŞ dolları məbləğində əsas, 195.90 ABŞ dolları məbləğində faiz borcu və əldən çıxmış faydaya görə isə 60.99 ABŞ dolları məbləğində borcu qalmışdır.Qeyd olunanlara əsasən cavabdehlərdən müştərək qaydada 944.45 ABŞ dolları məbləğində əsas, 195.90 ABŞ dolları məbləğində faiz borcu və əldən çıxmış faydaya görə isə 60.99 ABŞ dolları məbləğində borcun BOKT "xxxx" MMC-nin xeyurinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə qərardad çıxarmışdır. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə, iddiaçınnı nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki,iddiaçı ilə cavabdehlər(birgə borclular) Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 arasında 19.10.2015-ci il tarixli L- BK-0039655-F nömrəli birgə borcluluq müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən borclulara 18 ay müddətinə, aylıq 2.42%, illik 29% olmaqla 2000 ABŞ dolları məbləğində kredit verilib.Lakin borclular müqavilənin şərtlərinə tam və layiqincə əməl etməmişlər. Zamin Cavabdeh6 isə zaminlik öhdəliklərini yerinə yetirməmişdir.Nəticədə cavabdehlərin 944.45 ABŞ dolları məbləğində əsas, 195.90 ABŞ dolları məbləğində faiz borcu və əldən çıxmış faydaya görə isə 60.99 ABŞ dolları məbləğində borcu qalmışdır Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər(birgə borclular) Cavabdeh1, Cavabdeh4 Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin xeyrinə 944.45 ABŞ dolları məbləğində əsas, 195.90 ABŞ dolları məbləğində faiz borcu,əldən çıxmış faydaya görə 60.99 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh4 Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh6 19.10.2015-ci il tarixli L-BK-0039655-F nömrəli birgə borcluluq müqaviləsinə görə Bank Olmayan Kredit Təşkilatı (BOKT) "xxxx" MMC-nin xeyrinə 944.45 ABŞ dolları məbləğində əsas, 195.90 ABŞ dolları məbləğində faiz borcu, əldən çıxmış faydaya görə 60.99 ABŞ dolları məbləğində kredit borcu və 30 manat dövlət rüsumu tutulsun. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar