Məhkəmə qərarları › İş №2(007)-4092/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4092/2021

01.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4092/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsi Cavabdeh oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu Bakı Apellyasiya MəhkəməsininCinayət Kollegiyasının 1(103)-734/2021 saylı,17.06 2021-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin 17.06.2021-ci il tarixli göstərişi 116.07.2021-ci il il tarixdə Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində şöbəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra 30.07.2021-ci il tarixdə şöbənin icra məmuru X1 məhkumun iştirakı ilə ona məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilməklə bu barədə müvafiq protokol tərtib edilmiş və 1 ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd elektron qolbaq üçün enerji bankı və enerji toplayıcı kabeli, üç ədəd ev siqnal ötürücüsü hazırki iş üzrə cavabdeh məhkum Cavabdeh oğluna quraşdırılaraq işlək vəziyyətdə təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 03.08.01.2021-ci il tarixli izahatında məhkum Cavabdeh mobil qurğununbinanın blokunda əlindən düşərək sındığını bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat İdarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277.40 manat hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh oğluna dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum hal-hazırda maddi vəziyyətinin yaxşı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu itmiş və onlara maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq Cavabdeh oğlundan elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 manat məbləğində pulun ondan alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə göndərdiyi 01.12.2021-ci il tarixli ərizə ilə iddiaçı onun iştirakı olmadan işə baxılmasını və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh oğlu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir Məhkəmə iş materiallarını tədqiq edib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-734/2021 saylı,17.06 2021-ci il tarixli hökmü ilə Cavabdeh oğlu AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. 30 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə məhkum Cavabdeh oğluna 1 ədəd “ATTENTİ”markalı 35628401(51676)seriya nomrəli elektron nəzarət qurğusu komplekti təhvil verilmiş və istifadə qaytdaları ona izah olunmuşdur. 03.08. 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə məhkum Cavabdeh oğlu ona elektron nəzarət qurğusu komplektinin binanın blokunda düşüb sınması barədə icra məmuruna məlumat vermiş ondan bununla bağlı izahat alınmışdır. İşdə olan sənədlərdən görünür ki, məhkum Cavabdeh oğluna təqdim edilmiş “ATTENTİ”markalı elektron nəzarət qurğusu komplektinin dəyəri 2277.40 manat təşkil edir. 04.08.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh oğlu ona təhvil verilmiş mobil qurğunu itirdiyinə görə 1346 manat 03 qəpik dəymiş ziyanın ödənilməsi tələb olunmuş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin halları ilə müəyyən olundu ki, Cavabdeh oğlu ona Bakı şəhər Probasiya İdarəsi tərəfindən təhvil verilmiş elektron nəzarət qurğusunu sındıraraq yararsız hala salmış və bununla da Bakı şəhər Probasiya İdarəsinə 2277.40 manat ziyan dəymişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh oğlundan 2277.40 manat Bakı şəhər Probasiya İdarəsinin xeyrinə tutulmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar