Məhkəmə qərarları › İş №2(007)-41/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-41/2025

06.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-41/2025 06.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili X1, Cavabdeh, onun vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasına son qoyulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasına son qoyulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 2383-cü məhəllə, 57 nömrəli evin 4-cü mərtəbəsində 12 nömrəli iddiaçının mənzilinə, həmin evin iddiaçının mənzilinin üstündə 5-ci mərtəbəsində yerləşən və cavabdehə məxsus olan 16 nömrəli mənzilindən su axıdılmasına son qoyulması, suyun axıdılmasının qarşısının alınması üçün tədbir görülməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, habelə cavabdehin iddiaçıya vurduğu zərərə görə 1500 manat tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İşdə iştirak edən şəxslər:

2. Məhkəmə iclasında iddiaçı ərizə verərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir.

3. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Vəkil1 mülki işin baxılmamış saxlanmasına etiraz etmədilər.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

6. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

7. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

8. İş materiallarına əlavə edilmiş 6493 nömrəli mədaxil ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 6493, əməliyyat İD: 232269441, terminal nömrəsi: K0114011, büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat 14:00) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 35 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

9. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasına son qoyulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığından ödənilmiş 35 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.

10. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “mənzilə su axıdılmasına son qoyulması və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 35 manat ("xxxx" ASC, VÖEN: **********, qəbz nömrəsi: 6493, əməliyyat İD: 232269441, terminal nömrəsi: K0114011, büdcə səviyyə kodu: 142211; GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat 14:00) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar