Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-415/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 002R********** saylı kredit razılaşması üzrə 412940.41 manat kredit borcu, 142923.26 manat faiz borcu və 287389.93 manat cərimə borcu olmaqla, cəmi 843253.60 manat, 002R********** saylı kredit razılaşması üzrə 357470 manat kredit borcu, 593909.3 manat faiz borcu və 679455.75 manat cərimə borcu olmaqla, cəmi 1 630 835.05 manat, hər 2(iki) kredit razılaşması üzrə ümumilikdə cəmi 2 474 088 (iki milyon dörd yüz yetmiş dörd min səksən səkkiz) ABŞ Dolları 65 sentməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25 oktyabr 2010-cu il tarixli 02L000007797 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10 000 000 (on milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18.12.2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 700 000 (yeddi yüz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.02.2016-cı il tarixli 002R**********S saylı, 27.03.2017-ci il tarixli 002R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18.01.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 287059.59 manat ödəmiş, onun 412940.41 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.09.2019-cu il tarixə 592 gün üçün hesablanmış faiz borcu 142923.26 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 02.09.2019cu il tarixə 592 gün üçün hesablanmış cərimə 287389.93 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17 avqust 2016-cı il tarixli 002R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1 157 470 (bir milyon yüz əlli yeddi min dörd yüz yetmiş) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 28.10.2016-cı il tarixli 002R**********S saylı, 29.03.2017-ci il tarixli 002R**********SC saylı, 03.10.2017-ci il tarixli 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 17.09.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 800000 manat ödəmiş, onun 357470 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.09.2019-cu il tarixə 350 gün üçün hesablanmış faiz borcu 593909.30 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 02.09.2019-cu il tarixə 350 gün üçün hesablanmış cərimə 679455.75 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb elmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Firması zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 oğlıı ilo birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 firmasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2010-cu il tarixli 02L000007797 nömrəli kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 10 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq 1.6667 faiz dərəcəsi ilə, 36 ay müddətinə 700 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 22.02.2016-cı il tarixli 002R**********S saylı, 27.03.2017-ci il tarixli 002R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 avqust 2016-cı il tarixli 002R********** nömrəli kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq 1.8333 faiz dərəcəsi ilə, 18 ay müddətinə 1 157 470 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 28.10.2016-cı il tarixli 002R**********S saylı, 29.03.2017-ci il tarixli 002R**********SC saylı, 03.10.2017-ci il tarixli 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 firması arasında bağlanmış 28 oktyabr 2010-cu il tarixli 02S000013191 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 firması həmin tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; - 29 oktyabr 2019-cu il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı QSC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - İddiaçı QSC-nin 29 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 17 avqust 2016-cı il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 357470 manat əsas, 593909.3 manat faiz, 679455.75 manat cərimə olmaqla, cəmi 1630835.05 manat məbləğində borcu vardır. - İddiaçı QSC-nin 29 oktyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 dekabr 2015-ci il tarixli kredit razılaşması üzrə İddiaçı QSC-yə 412940.41 manat əsas, 142923.26 manat faiz, 287389.93 manat cərimə olmaqla, cəmi 843253.6 manat məbləğində borcu vardır. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 21 aprel 2020-ci il tarixli 9/207 nömrəli rəyindən görünür ki, X2 002R********** saylı kredit razılaşması üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, “kreditin statusu” sənədi və 25 oktyabr 2010-cu il tarixli 02L000007797 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 18 dekabr 2015-ci il tarixli 002R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sual üzrə 18 dekabr 2019-cu il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi borcu ümumilikdə 574.707,29manat məbləğində müəyyən edilir,o cümlədən: əsas borc üzrə 411810,22manat, faiz borcu üzrə 162897,08 manat. 002R********** saylı kredit razılaşması üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, “Kreditin statusu” sənədi və 25 oktyabr 2010-cu il tarixli 02L000007797 saylı kredit xətti müqaviləsinin tərkib hissəsi olan 17 avqust 2016-cı il tarixli 002R********** saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 sual üzrə 19 fevral 2019-cu il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi borcu ümumilikdə 1.504.598,31manat məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1157470,00 manat, faiz borcu üzrə 347128,31 manat. Bundan əlavə qeyd edilir ki, iş materiallarında olan sənədlərə əsasən 17 avqust 2016-cı il tarixli 002R**********saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə sualda soruşulan tarixdən sonra da 29.05.2019-cu il tarixdə 800.000,0 manat məbləğində ödənişi olmuş və həmin ödəniş əsas borcun silinməsinə yönəlmişdir.Cavabdeh1 tərəfindən 29.05.2019-cu il tarixdə aparılmış 800.000,0 manat məbləğində ödəniş də nəzərə alınmaqla cavabdehin iddiaçı AccessBank” Qapalı Səhmdar Cəmiyyətinə olan 357470,00 manat məbləğində əsas (1157470,00 – 800000,00) və 347128,31 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə borcu 704.598,31 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2010-cu il tarixli 02L000007797 nömrəli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 10 000 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 dekabr 2015-ci il tarixli 002R********** nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 1.6667 faiz dərəcəsi ilə, 36 ay müddətinə 700 000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 22.02.2016-cı il tarixli 002R**********S saylı, 27.03.2017-ci il tarixli 002R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 avqust 2016-cı il tarixli 002R********** nömrəli kredit razılaşmasına əsasən, bank tərəfindən Cavabdeh1 aylıq 1.8333 faiz dərəcəsi ilə, 18 ay müddətinə 1 157 470 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 28.10.2016-cı il tarixli 002R**********S saylı, 29.03.2017-ci il tarixli 002R**********SC saylı, 03.10.2017-ci il tarixli 002R**********SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh2 firması arasında bağlanmış 28 oktyabr 2010-cu il tarixli 02S000013191 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 firması həmin tarixli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür; Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 25 oktyabr 2010-cu il tarixli kredit xətti müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 firması Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı QSC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərdən 002R********** saylı kredit razılaşması üzrə 412940.41 manat kredit borcu, 142923.26 manat faiz borcu və 002R********** saylı kredit razılaşması üzrə 357470 manat kredit borcu, 593909.3 manat faiz borcu tələb edilsə də, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən, sözügedən kredit üzrə Cavabdeh1 iddiaçı banka 002R********** saylı kredit razılaşması üzrə, əsas borc üzrə 1157470,00 manat, faiz borcu üzrə 347128,31 manat, 002R********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 357470,00 manat, faiz borcu üzrə 347128,31 manat borcunun olduğu müəyyən edilmişdir. Belə olan halda, məhkəmə ekspert rəyini mötəbər sübut növündə qəbul edərək borclulardan rəylə müəyyən edilmiş məbləğlərdə əsas və faiz borcunun tutulmasını məqsədə müvafiq hesab edir. Hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması barədə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, 002R********** saylı kredit razılaşması üzrə ekspertiza rəyi ilə faiz borcu qismində 152897.08 manat borc müəyyən edilsə də, cavabdehdən faiz borcu qismində iddia tələbi həcmində - 142923.26 manat borc tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 02L000007797 nömrəli və 002R********** nömrəli kredit razılaşmaları üzrə cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 Firmasından müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 18.12.2015-ci il tarixli müqavilə üzrə 411810,22 manat əsas borc, 142923,26 manat faiz borcu, 41.000,00 manat cərimə borcu olmaqla 595733,43 manat, 17.08.2016-cı il tarixli müqavilə üzrə 357470 manat əsas borc, 347128,31 manat faiz borcu, 35.000,00 manat cərimə borcu olmaqla 739598,31 manat, ümumilikdə isə 1.335.331,74 manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145,00 manat məbləğində xərc cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və "xxxx" Firmasından müştərək qaydada "xxxx" QSC-nin xeyrinə 18.12.2015-ci il tarixli müqavilə üzrə 411810,22 manat əsas borc, 142923,26 manat faiz borcu, 41.000,00 manat cərimə borcu olmaqla 595733,43 manat, 17.08.2016-cı il tarixli müqavilə üzrə 357470 manat əsas borc, 347128,31 manat faiz borcu, 35.000,00 manat cərimə borcu olmaqla 739598,31 manat, ümumilikdə isə 1.335.331,74 manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145,00 manat pul Cavabdeh1 və "xxxx" Firmasından müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-415/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-415/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver