Məhkəmə qərarları › İş №2(007)-416/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-416/2021

19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-416/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzildə onun tərəfindən aparılan 50000 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən ünvan 1, mənzil 22 18.01.2019-cu ıl tarixdən cavabdeh X7 adına xüsusi mülkiyyəti hüququ ilə qeydiyyatdan keçmişdir. 14 dekabr 2018ci il tarixdə cavabdeh X12 tərəfindən İddiaçı verilmiş AR-İ seriyalı, 707845 nömrəli etibarnamənin məzmununa əsasən, həmin etibarnamə ilə etibar edən etibar edilənə 1 il müddətinə harada olmasından və nədən ibarət olmasında asılı olmayaraq özünə məxsus bütün əmlakını idarə etmək və həmin əmlak üzərində sərəncam vermək səlahiyyətləri vermişdir. 04.06.2019-cu il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, cavabdeh X12 ünvan 5: ünvan 2 ünvanını X2 bağışlamışdır. Həmin müqaviləni hədiyyə verənin adından Cavabdeh əvəzinə İddiaçı, hədiyyə alanın adından isə onun qanuni nümayəndəsi (anası) X8 imzalamışlar. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnın 16.08.2019-cu il tarixli məktubuna əsasən, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleyman küçəsi, ev 137 A, 80 saylı mənzili 6 saylı DNK-nın 4Ə/557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən 13.06.2019-cu ii tarixdən X1 adına qeydiyyatdan keçmişdir. Bundan sonra Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14 dekabr 2018-ci il tarixli İddiaçı verilmiş etibarnamənin verildiyi andan etibarsız hesab edilməsinə, ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilə dair 13 iyun 2019-cu il tarixli X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə və həmin mənzilə dair ******* saylı Çıxarışın hüquqi qüvvəsinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Həmid qızının nümayəndəsi vəkil X10 iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən 6 saylı DNK-da 14 dekabr 2018-ci il tarixdə imzalanmış İddiaçı adına verilmiş 54824 reyestr nömrəli etibarnamənin verildiyi andan etibarsız hesab edilməsi, 6 saylı DNK-nın 4 Ə/557 reyestr nömrəli 04.06.2019- cu il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 A saylı evin 80 saylı mənzilinə dair İ3 iyun 2019-cıı il tarixli X1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2650/2019 saylı işi üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı İsmayil oğluna, X2, Bakı Şəhəri 6 Saylı Xüsusi Notariat Kontoruna qarşı etibarnamənin, bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2650/2019 saylı işi üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi X10 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14917/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2650/2019 saylı işi üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilməklə, Bakı şəhəri 6 saylı notariat ofisi 4Ə-557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsi və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 A saylı evin 80 saylı mənzilinə dair 13 iyun 2019-cu il tarixli X1 adına verilmiş çıxarış (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində aparılmış qeydiyyat) etibarsız hesab edilmiş, qalan hissədə iddia tələbi təmin edilməmişdir. Bundan sonra İddiaçı İsmayil oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-14917/2019 saylı, 25.12.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.08.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məlumat üçün bildirir ki, o, ömrü boyu anası Cavabdeh ilə yaşamışdır. Mübahisəli mənzili də bu səbəbdən oğlu Həmidbəyə bağışlamışdır. O, mənzili oğluna bağışlandığına görə 50000 ABŞ dolları xərc çəkməklə tam təmir etdirmişdir. İçərisinə mebellər və məişət əşyaları doldurmuşdur. Mənzili ələ keçirmək məqsədilə bacısı Mustafayeva Sadə anası öyrədərək onun yanından öz evinə aparmış və onu öyrədərək mənzilin bağışlanma müqaviləsini məhkəmə yolu ilə ləğv etdirməklə ona sahib olmaq istəyir. O və ailə üzvləri mənzilin oğluna bağışlanmasından və oğlunun azyaşlı olmasından belə nəticəyə gəlmişdir ki, bu mənzildə uzun müddət yaşayacaqlar. Bu səbəbdən də ailələrinin büdcəsində olan pulların hamısını onun təmirinə və içərisinin əşyalarına xərcləmişlər. Bir halda ki, mənzili əllərindən alırlar, onun çəkdiyi xərcləri ödəsinlər. Bildirir ki, hazırki iddia tələblərinin əsasları barədə kifayət qədər sübutları və şahidləri mövcuddur və məhkəmə baxışı zamanı tərəfindən təqdim olunacaqdır. Buna görə də hesab edir ki, məhkəmə cavabdehdən çəkdiyi xərclərin əvəzini onun xeyrinə tutmalıdır. İddiaçı ünvanın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək qeyd etmişdir ki, onun təmin tədbiri barədə ərizəsi əsasında Məhkəmənin 2(007)-2394/2020 saylı, 19.08.2020-ci il tarixli qərardadı ilə “ünvan 1 ünvanında yerləşən 22 saylı mənzilin üzərinə həbs qoyulmuşdur. Diqqətə çatdırır ki, iş materiallarından da görünür ki, daha əvvəl cavabdehlə aralarında olan məhkəmə araşdırmalarında mübahisə predmeti olan mənzilin nömrəsində səhv getdiyi üçün tərəfindən hazırki iş üzrə tərtib olunmuş iddia ərizəsində və təmin tədbiri barədə ərizədə texniki səhvə yol verilməklə, mənzilin nömrəsi “80” olduğu halda “22" kimi göstərilmişdir. Lakin sonradan əldə etdiyi 13.06.2019-cu il tarixli mülkiyyət hüququ barədə çıxarışdan görünür ki, onun qeydiyyatda olduğu mübahisə predmeti olan mənzilin tam və dəqiq ünvanı belədir: ünvan 3ydalarla: Bakı səhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137, M5, mənzil 4. Cavabdeh X7 qeydiyyat ünvanı isə ünvan 4ənlərə əsasən gazırki ünvan dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi xüsusatlar işə baxılarkən nəzərə alınması, 2(007)-2394/2020 saylı, 19.08.2020-ci il tarixli qərardadda mübahisə predmeti olan mənzilin nömrəsində müvafiq düzəliş aparılmaqla, ünvan: “ünvan 5: ünvan 2" kimi müəyyən olunmasını xahiş etmişdir. 18 mart 2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, anasının 97 yaşı var və 57 il onunla birlikdə yaşamışdır. Mənzili 2014-cü ilin may anasına prezident vermişdir. O da 2014-cü ilin avqust ayında məzuniyyətə çıxdığı vaxt evinin təmiri ilə məşğul olmuşdur. Daha sonra anası 2 il müddətinə həmin mənzildə yaşamışdır. Evin kiçik oğlu olduğundan anası onunla yaşamışdır, lakin sonra qızı Türkiyəyə getdiyindən o da ailəsi ilə birlikdə Türkiyəyə getmişdir. Anası evi onun oğluna bağışlamışdır, lakin sonradan bundan imtina etmişdir. Hazırda da mənzilə çəkilmiş xərcləri tələb edir və indi də orada yaşayır. Evin təmirinə 40000 dollar pul xərcləmiş, 10000 dolları isə ev əşyalarına vermişdir. 2014-cü ildə rəsmi maaşı 400 manat olmuş, lakin əlavə də paket almışdır. Evin təmiri ilə bağlı halları qardaşı və briqadır də təsdiq edə bilər. Briqadir gəlib evə baxıb, ümumi məbləği ona demişdir. Ustayla ödənişi dollarla danışmışdır. Qardaşına verdiyi pulun dollar yoxsa manatla olduğunu xatırlamır. O, mübahisəli evə köçənə kimi Qara Qarayevdəki mənzildə yaşamışdır ki, həmin evi də rayondakı evi satmaqla almışlar. Qarayevdəki mənzildə bir il yaşamışlar, hazırda orada kirəyəçilər yaşayır. Mübahisəli evi anası istədiyi üçün təmir etdirmişdir. Anası evi onun oğluna bağışlamışdır. Bacıları gəlib evdə narazıçılıq salmışlar. 4 il imişki, bacısı nə onunla, nə də anası ilə danışmırmış. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahat verib bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleyman küçəsi, ev 137 A, mənzil 80 ona məxsusdur. Həmin ev o, X20 veteranı olduğu üçün dövlət başçısı tərəfindən ona hədiyyə edilmişdir. Həmin ev iddiaçı yox, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təmir edilmişdir. İddiaçı ona bir dənə yataq mebeli hədiyyə olaraq almışdır ki, hazırda iddiaçı tərədindən bu hal mübahisələndirilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etməyərək izahat verərək bildirdi ki, mübahisəli mənzili iddiaçı yox, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin həmin dövrdəki başçısı Tahir Budaqov təmir etdirmişdir, hazırda iddiaçının tələbi əsassızdır. İddiaçı 50000 ABŞ dolları məbləğində pulu evin təmirinə və ev əşyalarına xərclədiyini bildirsə də, buna dair sübut təqdim edə bilməmişdir. Sübut kimi ancaq qardaşlarını göstərmiş, onlar da evin təmirində işlədiklərini və buna görə də manatla pul aldıqlarını bildirmişlər, onlara dollarla ödəniş edilməsi halını təkzib etmişlər. Lakin mübahisəli mənzil Cavabdeh X20 veteranı olduğuna görə dövlət başçısı tərəfindən ona hədiyyə edilmişdir. Həmin ev hədiyyə edilən zaman yeni tikili olduğu üçün Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin həmin dövrdəki başçısı Tahir Budaqov təmir etdirmişdir. Yəni Cavabdeh mübahisəli mənzilə köçərkən ev ev təmirli vəziyyətdə olmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, o, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurasının Nizami rayon Veteranlar Təşkilatının sədridir və cavabdehi müharibə veteranı kimi tanıyır. Nizami rayonunda yaşayan veteran kimi onlar cavabdehin yaşayışı, ehtiyacları ilə bağlı maraqlanmışlar. Cavabdeh ona demişdir ki, dövlət başçısı tərəfindən ona hədiyyə edilmiş ev təmirsizdir. Buna görə cavabdehi həmin dövrdəki Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov qəbul etmiş və mənzilin təmirini öz öhdəsinə götürmüşdür. Lakin mənzillə bağlı sonrakı prosesləri, hansı ustalarla razılaşması və s. ona məlum deyil, çünki bu kimi məsələlər barəsində ona məlumat verilmir. Sonradan 2-3 aya ev təmir olunub cavabdehə təhvil verilmişdir. Həmin evin İcra başçısı tərəfindən təmir olunmasını bilir. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadə verərək göstərdi ki, o, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətində hüquqşünas vəzifəsində işləyir və cavabdehi tanıyır. Cavabdeh X20nin iştirakçısıdır. Mübahisəli mənzil ona dövlət başçısı tərəfindən verilmişdir. Qələbə günündə kollektivlə birlikdə cavabdehin evinə getmiş, ehtiyacları ilə maraqlanmışlar. Mübahisəli ev ölkə başçısı tərəfindən cavabdehə verilmiş və mənizlin təmirini də İcra Hakimiyyətinin həmin dövrdəki başçısı Tahir Budaqov öz öhdəsinə götürmüşdür. Tam olaraq mənzili nə qədər vaxta təmir edilməsini, həmçinin icra başçısının hansı ustalarla və ya şirkətlə razılaşdığı haqqında məlumatı yoxdur. Təmir uzun çəkməmişdir. Mənzil təmir olunduqdan sonra orada olmuşdur. Hazırkı vaxta kimi də bayramlarda cavabdehin ehtiyacları ilə maraqlanırlar. Hazırda bildiyi qədəri ilə cavabdeh qızı ilə yaşayır və oraya da gedib cavabdehlə maraqlanmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, o, iddiaçının qardaşı, cavabdehin isə oğludur. Daimi olaraq Rusiya Federasiyasında yaşayır. Mübahisəli ev ölkə başçısı tərəfindən anasına hədiyyə verilmiş və həmin dövrdəki Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təmir etdirilmişdir. Mənzilin təmirində iddiaçı iştirak etməmişdir. 18 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən Əli-zadə Rza İsmayıl oğlu ifadə verərək göstərdi ki, o, iddiaçının qardaşı, cavabdehin isə oğludur. Anası ilə münasinəti yaxşı deyil. Anasına evi Prezident vermişdir, qardaşı isə evi təmir etdirmişdir. Evə 3 manatdan suvaq vurmuşdur, suvaq vurmağa görə iddiaçı ona 200 manat pul vermişdir. Materialları o yox, iddiaçı özü alırmış. Evdə başqa iş gösməmişdir. İşə iddiaçı özü nəzarət edirmiş, digər qardaşı da malyar işini aparırmış. Evdə çox usta işləmişdir. Briqadir də varmış. Evin təmirinin nə vaxt yekunlaşması haqqında məlumatı yoxdur. Evdə 10 gün işləmiş, sonra getmişdir. Bacısı anasını bayram günü gəlib aparmışdır, məqsədi də evi öz adına keçirtməkdir. İddiaçının təmir pulu kimə ödədiyini bilmir. 18 mart 2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilən X14 ifadə verərək göstərdi ki, o, iddiaçının qardaşı, cavabdehin isə oğludur. Evi onlar təmir eləmişlər. O, Rza və Saleh işçilərmiş. Materialı Saleh alırmış, işləri Saleh idarə edirmiş. O, malyar işini kv.metri 10 manata etmişdir. Emusyanın və aboyun hər biri 3 manata etmişdir. Qaradaşı pulu manatla verirmiş. Anası evinin təmirinə bir manatda qoymamışdır. Təxmini 10 min manat pulu manatla almışdır. İddiaçı materialı özü alırmış. Evin təmirinin nə vaxt yekunlaşması haqqında məlumatı yoxdur. İddiaçı 19.04.2021-ci il tarixli məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən gəlməmə barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13.06.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1, mənzil 80, yeni qaydalarla: AZ1118, ünvan 6 ünvanında yerləşən mənzil X1 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2982 nömrəli reyestr kitabının 278420 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - “xxxx” MMC-nin 10.08.2020-ci il tarili 74 saylı arayışından görünür ki, İddiaçı ünvan 7 ünvanındakı binanın A korpus, B girişindəki əvvəlki ünvanla 76 saylı, çıxarış üzrə A korpus, 80 saylı, Yeni qaydalarla: AZ1118, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 137, M5, m4 saylı mənzildə ailə üzvlərilə birlikdə yaşayır və qeydiyyatdadır. Onun ailə tərkibinə həyət yoldaşı Nümayəndə və oğlu X3 aiddir. - 10 iyul 2015-ci il tarixli vəsiyyətnamədən görünür ki, Cavabdeh ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını nəticəsi X2 vəsiyyət edir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3260/2020 saylı 04.08.2020-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qərardan aydın olur ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.10.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı, X2, Bakı şəhəri 6 saylı Xüsusi Notariat Kontoruna qarşı etibarnamənin, bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami RayoN Məhkəməsinin 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Bakı şəhəri 6 saylı notariat ofisi 4Ə-557 reyestr nömrəli 04.06.2019-cu il tarixli bağışlama müqaviləsinin və Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 137 A saylı evin 80 saylı mənzilinə dair 13 iyun 2019-cü il tarixli X1 adına verilmiş çıxarışın (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində aparılmış qeydiyyat) etibarsız hesab edilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Belə ki, iddiaçı iddia tələbində qeyd etmişdir ki, o, ünvan 5: ünvan 2 ünvanında mənzilin yerləşən təmirin təmir xərcləri və ev əşyaları üçün 50000 ABŞ dolları manat məbləğində pul xərləmiş və hazırda həmin təmir xərclərinin iddiaçıdan alınaraq ona verilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı ünvan 5: ünvan 2 ünvanında mənzilin təmirinin kim tərəfindən həyata keçilməsi məsələsinin aydınlaşdırılması üçün şahidlərin iştirakı təmin edilmişdir. Belə ki, iddiaçı bildirmişdir ki, mənzilin təmirinə 40000 ABŞ dolları, ev əşyalarına isə 10000 ABŞ dolları vəsait sərf edilmişdir. Mənzilin təmiri üçün briqadir və usta kimi qardaşları işləmişdir. Məhkəmə iclasında iddiaçının qardaşları Əli-zadə Rza İsmayıl oğlu və X14 ifadə verərək bidirmişlər ki, onlar mənzilin təmirində iştirak etmiş və onlara təmirə görə manatla ödəniş edilmişdir. Lakin məhkəmə iclasında izahat verən zaman iddaçı ödənişi dollarla etdiyini bildirmişdir. Həmçinin Əli-zadə Rza İsmayıl oğlu və X9 edilmiş ödənişlərlə iddia tələbində qeyd edinən təmir xərcləri arasında kəskin fərqlər müəyyən edilmişdir. Belə ki, Əli-zadə Rza İsmayıl oğlu ifadə verəkən mənzildə işlədiyinə görə ona 200 manat, X14 isə hər kvadrat metrə görə 10 manat, cəmi 10000 manat ödəniş edildiyini göstərmişdir. Belə ki, məhkəmə iddiaçı və şahidlər tərəfindən verilmiş izahatlara MPM-nin 88-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verərək bildirir ki, həmin şəxslərin izahatları arasında ziddiyyət aşkar edilmişdir. Cavabdeh tərəf isə mübahisəli mənzilin iddiaçı tərəfindən deyil, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti tərəfindən təmir edildiyini bildirmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin hüquqşünası X19 və Nizami rayon Veteranlar Təşkilatının sədri X13 ifadə verərək bildirmişlər ki, cavabdeh X20nin iştirakçısıdır. Buna görə də prezident tərəfindən hədiyyə olaraq hazırda mübahisə predmeti olan ev verilmiş, o evi də həmin dövrdəki Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov təmir etdirmişdir. Belə ki, cavabdeh müharibə veteranı olduğundan İcra Hakimiyyətinin kollektivi hər il Qələbə günündə cavabdehi ziyarət edir və onun ehtiyacları ilə maraqlanmışlar. Cavabdehin mənzilin təmirə ehtiyacı olduğundan o, İcra Hakimiyyəti başçısı olan Tahir Budaqovun qəbuluna yazılmış və icra başçısı mənzilinin təmirini öz öhdəsinə götürmüşdür. Mənzil 2-3 aya tam şəkildə təmir edilərək cavabdehə təhvil verilmişdir. Beləliklə məhkəmə iclasında ünvan 5: ünvan 2 ünvanında mənzilin iddiaçı tərəfindən təmir edilməsi, həmçinin ev üçün əşyaların alınması halı sübuta yetirilməmiş, iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmiş, mənzilə alınmış əşyalara dair heç bir qəbz, edilmiş ödənişi təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, iddiaçı X6 mənzilin təmir edilməsi və mənzilə əşyaların alınması ilə bağlı iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçıların hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçıların tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. MPM-in: 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildə onun tərəfindən aparılan 50000 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə Cavabdeh alınaraq ona verilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən 80 saylı mənzildə onun tərəfindən aparılan 50000 ABŞ dolları dəyərində təmir xərclərinin və ev əşyalarının əvəzi ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə Cavabdeh alınaraq ona verilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar