Məhkəmə qərarları › İş №2(007)-4163/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4163/2021

22.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4163/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən "Azəriqaz" İB-yə vurulmuş 3238,86 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənıimiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3268,86 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz" İB ilə abonent Cavabdeh Muxtar oğlu arasında 16.02.2017-cı il tarixində AK-2/29078 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz" İB abonent Cavabdeh Muxtar oğluna məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana "Azəriqaz" İB-nın Bakı Regional Qazın Satışı Departament tərəfindən : **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı1002AQ10100177 715 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və X1 tələblərinə əməl etmək) və X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Biriyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyrı-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdrılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşlar, tərəfindən“Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxanda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 25.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 100,80 manat, 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, 05.04.2020-ci il tarixli ******* saylı akt əsasında 49,20 manat cəmi 2472 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş oduğu müəyyən olunmuşdur. Bunlarla yanaşı, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 119,80 manat, əvvəlki illərədən isə sayğac üzrə 647,06 manat borcu qalmışdır. Cavabdeh 2019- 2020-ci il ərzində təbii qaza pul ödəməmişdir. Bu da ona göstərir ki cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin o yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdehin “Azəriqaz" İB-və ödənilməii borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 3238,86 manat təşkil etməkdədir. “Azəriqaz" İB-nın nümayəndələri tərəfindən cavabdehə 3238,86 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qarunvericıliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməni əvvəlki iclasında iştirak etmiş iddiaçı “Azəriqaz” İB-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 16.02.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olanıq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - 01.02.2018-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun mənzilinə quraşdırılmış qaz sayğacı texniki qaydalara cavab vermiş və sayğac abonent Cavabdeh Muxtar oğluna təhvil verilmişdir. - 25.02.2019-cu il tarixli, ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun sayğacdan qeyri-qanuni istifadə faktı “Azəriqaz” İB tərəfindən aşkarlanmış, ancaq mənzilə baxış keçirilməsinə şərait yaradılmamış, dəymiş ziyan 810 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 25.02.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 29.03.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evin qaz sayğacına baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyan 133,20 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 29.03.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.04.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyan 133,20 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.04.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.05.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar edilmiş, dəymiş ziyan 32,40 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.05.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 28.06.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyan 32,40 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 28.06.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 31.07.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 32,40 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 31.07.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.08.2019-cu il tarixli, ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş dəymiş ziyan 32,40 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.08.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.09.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmış, dəymiş ziyan 32,40 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.09.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.10.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyan 32,40 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.10.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ. Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 29.11.2019-cu il tarixli Aktdan görünür ki, Cavabdeh Muxtar oğlu sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi üçün təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. - 29.11.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyan 100,80 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 29.11.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.12.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuş, dəymiş ziyan 252 manat hesablanmışdır. - 30.12.2019-cu il tarixli Aktdan görünür ki, Cavabdeh Muxtar oğlu sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi üçün təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.12.2019-cu il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.01.2020-ci il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacında qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyan 252 manat hesablanmışdır. - 30.01.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh Muxtar oğlu sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi üçün qaynaq vaitəsi ilə təbii qaz təchizatı dayandırılmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.01.2020-ci il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 28.02.2020-ci il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmış, dəymiş ziyan 252 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 28.02.2020-ci il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ. Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 28.02.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh Muxtar oğlu sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi üçün təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. - 30.03.2020-ci il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində qaz sayğacından qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmış, dəymiş ziyan 295,20 manat hesablanmışdır. - 30.04.2020-ci il tarixli ******* saylı Aktdan görünür ki, Cavabdeh Muxtar oğlunun Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evində sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi üçün təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmış, dəymiş ziyan 49,20 manat hesablanmışdır. - “Azəriqaz” İB tərəfindən verilmiş 30.04.2020-ci il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - “Azəriqaz” İB tərəfindən verilmiş 05.04.2020-ci il tarixli X2 dair Tələbnamədən görünür ki, Cavabdeh Muxtar oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı fərdi evdə “Qazdan istifadə qaydaları”nın tələbərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. - 30.04.2020-ci il tarixli Aktdan görünür ki, Cavabdeh Muxtar oğlu sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi üçün təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. - Abonent Cavabdeh Muxtar oğlunun saldosu üzrə “Azəriqaz" İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda üzrə ümumi 3238,86 manat təşkil etməkdədir. Məhkəmə iclasında müəyyən olundu ki, “Azəriqaz" İB ilə abonent Cavabdeh Muxtar oğlu arasında 16.02.2017-cı il tarixli, AK-2/29078 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz" İB abonent Cavabdeh Muxtar oğluna məxsus evi təbii qazla təchiz etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İ.Həsənov küçəsi, 378 saylı mənzilə "Azəriqaz" İB-nın Bakı Regional Qazın Satışı Departament tərəfindən: **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı1002AQ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Muxtar oğlu müqavilənin və X1 6 5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Biriyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyrı-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdrılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar “Azəriqaz" İB-nin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşlar, tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmiş, cavabdehin yuxanda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 25.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 810 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.10.2019cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 100,80 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 252 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 49,20 manat, cəmi 2472 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş oduğu müəyyən olunmuşdur. Həmçinin, cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 119,80 manat, əvvəlki illərədən isə sayğac üzrə 647,06 manat borcu qalmışdır. Cavabdeh 2019-2020-ci il ərzində təbii qaza pul ödəməmişdir. Bu da ona göstərir ki cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə Cavabdeh Muxtar oğlunun qaz təminatı dayandırılıb, bu barədə kəsim aktlar tərtib olunub. Cavabdehin “Azəriqaz" İB-və ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 3238,86 manat təşkil etməkdədir. “Azəriqaz" İB-nın nümayəndələri tərəfindən cavabdehə 3238,86 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qarunvericıliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz" İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qərarın 6.7-ci maddəsinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi Azəriqaz" İB ilə Cavabdeh Muxtar oğlu arasında 16.02.2017-cı il tarixində «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “Azəriqaz" İB abonent Cavabdeh Muxtar oğluna məxsus evi təbii qazla təchiz etmişdir. Daha sonra “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Biriyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, qeyrı-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdrılmaqla rəsmiləşdirilmiş, foto çəkilişlərlə lentə alınmışdır. Həmin aktlar nəticəsində cəmi 2472 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş oduğu müəyyən olunmuşdur. Tərtib olunmuş aktlardan da görünür ki, dəfələrlə qaz təminatı dayandırılmışdır. İşin materiallarında olan saldo üzrə Cavabdeh Muxtar oğlunun “Azəriqaz" İB-yə itirilmiş təbii qazın dəyəri üzrə ödənilməli borc məbləği hazırda ümumi 3238,86 manat təşkil etməkdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh "Azəriqaz" İB-yə vurulmuş 3238,86 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3268,86 manat məbləğində pul tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN ********** M/H AZ03NABZ013501 0000**********, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Azəriqaz" İB-yə vurulmuş 3238,86 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3268,86 manat məbləğində pul tutularaq iddiaçı “Azəriqaz” İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN ********** M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar