Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4164/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, X1 Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 23.10.2020-ci il tarixində kredit sazişi bağlanmış və həmin sazişə əsasən bank tərəfindən borcalana illik 23 faiz ödənilməsi şərtilə 36 ay müddətinə 8050 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 7418.82 manat əsas borcu, 603.55 manat faiz borcu, cəmi 8022.37 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən Cavabdeh ilə bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 8022.37 manat kredit borcunun 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdi və izahat verərək göstərdi ki, həqiqətən də bankdan 8050 manat kredit götürmüşdür. İlk vaxtlar ödəniş etsəm də, sonradan anası vəfat etdi, daha sonra isə oğlu vəfat etdi, bu səbəbdən borcu ödəmək imkanı olmadı. Lakin son zamanlar borcumu ödəməyə başlamışdır. Borcu tam şəkildə ödəyə bilməsə də, hissə-hissə ödəməyə razıdır. İddianın təmin olunmasına etiraz etmir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 23.10.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana faiz ödənilməsi şərtilə 36 ay müddətinə 8050 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, cavabdeh hər ayın 23-dən gec olmayaraq 36 ay müddətinə hər ay 311.61 manat banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan bildirişdən görünür ki, Bank tərəfindən cavabdehlər kredit borcunun ödənilməsi üçün müvafiq qaydada məlumatlandırılmış,əks halda Azərbaycan Respublikasının müvafiq məhkəmə orqanına müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 02.12.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 23.10.2020-ci il tarixli kredit sazişi üzrə İddiaçı ASC-yə cavabdehin 7418.82 manat əsas, 365.75 manat faiz borcu qalmışdır. Göründüyü kimi son məlumata görə faiz borcu 365.75 manat olmasına baxmayaraq iddiaçı cavabdehdən 603.55 faiz borcu tələb edir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından göründüyü kimi tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış, iddiaçı müqavilənin şərtlərinə əməl edərək razılaşdırılmış məbləğdə krediti cavabdehə vermiş, Cavabdeh isə üzərinə götürdüyü öhdəlikləri pozaraq yerinə yetirməmişdir. Nəticədə Cavabdeh banka cəmi 7784.57 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7418.82 manat əsas, 365.75 manat faiz borcu, cəmi 7784.57 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC-i ilə Cavabdeh arasənda bağlanılmış 23.10.2020-ci il tarixli müqavilə ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 7418.82 manat əsas, 365.75 manat faiz borcu, cəmi 7784.57 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-4164/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4164/2021
03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver