Məhkəmə qərarları › İş №2(007)-42/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-42/2020

08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-42/2020 08.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12100 manat pulun, Cavabdeh2 8000 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə manat ekvivalenti məbləğin, habelə 30,00 manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 arasında 13 yanvar 2014-cü il tarixdə Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, cavabdehə 3 ay müddətinə 5600 (beş min altı yüz) manat məbləğində borc pul vermişdir. Pulun borcluya verilməsi Borc müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 13 yanvar 2014-cü il tarixdə aralarında imzalanmış təhvil-qəbul Aktı ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, Borc Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq cavabdeh borc məbləğini 13 aprel 2014cü il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən “Borc alan borc məbləğini müqavilə şərtlərinə uyğun geri qaytarmağını öhdəsinə götürür.”. Həmin müqavilənin 3.3-cü bəndinə görə borcun “Borc alan tərəfindən tam ödənilməsi üçün son müddət borc məbləğinin Borc verən tərəfindən Borc alana verildiyi gündən 1.3-cü bəndində göstərilnmiş müddətin həmin günü saat 18:00 müəyyən edilir.”. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o borcunu ödəməkdən imtina etmişdir. Cavabdehin bu günə ona həmin müqavilə üzrə 2500 (iki min beş yüz) manat məbləğində borcu vardır. Cavabdeh1 bu öhdəlikləri üçün Cavabdeh2 Zamin qızı 13 yanvar 2014-cü il Zaminlik müqaviləsinə əsasən tamamilə məsuliyyəti öz üzərinə götürmüşdür. Onunla Cavabdeh1 arasında 03 fevral 2014-cü il tarixdə Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, cavabdehə 3 ay müddətinə 5600 (beş min altı yüz) manat məbləğində borc pul vermişdir. Pulun borcluya verilməsi Borc müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 13 yanvar 2014cü il tarixdə aralarında imzalanmış təhvil-qəbul Aktı ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən Borc Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq cavabdeh borc məbləğini 03 may 2014-cü il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən “Borc alan borc məbləğini müqavilə şərtlərinə uyğun geri qaytarmağını öhdəsinə götürür.”. Həmin müqavilənin 3.3-cü bəndinə görə borcun “Borc alan tərəfindən tam ödənilməsi üçün son müddət borc məbləğinin Borc verən tərəfindən Borc alana verildiyi gündən 1.3. bəndində göstərilnmiş müddətin həmin günü saat 18:00 müəyyən edilir.”. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o borcunu ödəməkdən imtina etmişdir. Cavabdehin bu günə ona həmin müqavilə üzrə ümumilikdə 5600 (beş min altı yüz) manat məbləğində borcu vardır. Cavabdeh1 bu öhdəlikləri üçün Cavabdeh2 Zamin qızı 03 fevral 2014-cü il Zaminlik müqaviləsinə əsasən tamamilə məsuliyyəti öz üzərinə götürmüşdür. Onunla Cavabdeh1 arasında 11 mart 2014-cü il tarixdə Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o, cavabdehə 3 ay müddətinə 4000 (dörd min altı yüz) manat məbləğində borc pul vermişdir. Pulun borcluya verilməsi Borc müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 11 mart 2014-cü il tarixdə aralarında imzalanmış təhvil-qəbul Aktı ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən Borc Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq cavabdeh borc məbləğini 11 iyun 2014-cü il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən “Borc alan borc məbləğini müqavilə şərtlərinə uyğun geri qaytarmağını öhdəsinə götürür”. Həmin müqavilənin 3.3-cü bəndinə görə borcun “Borc alan tərəfindən tam ödənilməsi üçün son müddət borc məbləğinin Borc verən tərəfindən Borc alana verildiyi gündən 1.3-cü bəndində göstərilmiş müddətin həmin günü saat 18:00 müəyyən edilir”. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o borcunu ödəməkdən imtina etmişdir. Cavabdehin bu günə ona müqavilə üzrə ümumilikdə 4000 (dörd min) manat məbləğində borcu vardır. Cavabdeh1 bu öhdəlikləri üçün Cavabdeh2 Zamin qızı 11 mart 2014-cü Zaminlik müqaviləsinə əsasən tamamilə məsuliyyəti öz üzərinə götürmüşdür. Onunla Cavabdeh2 arasında 04 may 2015-ci il tarixdə Borc Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən o cavabdehə 18 ay müddətinə 8000 (səkkiz min) ABŞ dolları məbləğində borc pul vermişdir. Pulun borcluya verilməsi Borc müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 04 may 2015-ci il tarixdə aralarında imza almış təhvil-qəbul Aktı ilə rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən Borc Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq cavabdeh borc məbləğini 04 dekabr 2016-cı il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə əsasən “Borc alan borc məbləğini müqavilə şərtlərinə uyğun geri qaytarmağını öhdəsinə götürür”. Həmin müqavilənin 3.3-cü bəndinə görə borcun “Borc alan tərəfindən tam ödənilməsi üçün son müddət borc məbləğinin Borc verən tərəfindən Borc alana verildiyi gündən 1.3-cü bəndində göstərilnmiş müddətin həmin günü saat 18:00 müəyyən edilir”. Cavabdehə edilmiş xəbərdarlıqlara baxmayaraq o borcunu ödəməkdən imtina etmişdir. Cavabdehin bu günə ona müqavilə üzrə ümumilikdə 8000 (iki min beş yüz) ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçının öz ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. O, heç banka da getməmiş, orada iştirak etməmişdir. Müqavilələrə və təhvil-təslim aktına imza etməmişdir. İddiaçı öncə verdiyi 5600 manatdan onun 1000- 1200 manat borcu qalmışdı. Bundan sonra isə 3000 manat vermiş, o da iddiaçıya 3300 manat qaytarmışdır. Hazırda iddiaçının onlara qarşı 12100 manat məbləğində pul tələbi əsassızdır. Müqavilələrdəki və təhvil-təslim aktındakı imzalar ona məxsus deyil. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, iddiaçı onlarla banka getməmiş, onlar bankda müqavilələrin və təhvil-təslim aktının tərtib edildiyi zaman iştirak etməmişlər. İddiaçının ona qarşı əlavə olaraq 8000 ABŞ dolları məbləğində pul tələbinin əsası yoxdur. İddiaçı onlarla kafedə görüşmüş və ona ağ vərəqə imza atdırmışdır. Lakin onların imzaladıqları vərəq boş olmuş, həmin vərəqin üzərində heç bir yazı olmamışdır. Müqavilələr və təhvil-təslim aktı isə blank formasında hazırlanmışdır və onun iştirakı olmadan doldurulmuş, saxta imza ilə adlarından imzalanmışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 5600 manat məbləğində pulu borcalan Cavabdeh1 vermis, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 5600 manat məbləğində pulu borcalan Cavabdeh1 vermis, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 mart 2014-cü il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 4000 manat məbləğində pulu borcalan Cavabdeh1 vermiş, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 may 2015-ci il tarixli borc müqaviləsindən görünür ki, borcverən İddiaçı 4000 manat məbləğində pulu borcalan Cavabdeh2 vermiş, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. - İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı tərəfindən tərtib olunmuş 01 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 13 yanvar 2014-cü il tarixli müqavilə üzrə 2500 manat borcu vardır. - İddiaçı tərəfindən tərtib olunmuş 01 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 03 fevral 2014-cü il tarixli müqavilə üzrə 5600 manat borcu vardır. - İddiaçı tərəfindən tərtib olunmuş 01 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 11 mart 2014-cü il tarixli müqavilə üzrə 4000 manat borcu vardır. - İddiaçı tərəfindən tərtib olunmuş 01 aprel 2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 11 mart 2015-ci il tarixli müqavilə üzrə 8 000 ABŞ dolları borcu vardır. - 17 iyul 2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 08 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, mülki işin 18-ci vərəqində 13 yanvar 2014-cü il tarixli təhvil-qəbul aktında “Təhvil aldı:” qrafasındakı imza, 19-20-ci vərəqlərində 13 yanvar 2014-cü tarixli borc müqaviləsinin 1-ci vərəqin aşağı sağ tərəfindəki və 2-ci vərəqində “8.2 Borc alan” qrafasındakı imzalar, 22-23-cü vərəqlərində 13 yanvar 2014-cü il tarixli zamin müqaviləsində “Borc alan:” hissəsində “İmza:” qrafalarındakı imzalar, 24-cü vərəqində 3 fevral 2014-cü il tarixli təhvil-qəbul aktında “Təhvil aldı:” qrafasındakı imza, 25-26-cı vərəqlərində 3 fevral 2014-cü il tarixli borc müqaviləsinin 1-ci vərəqin aşağı sağ tərəf və 2ci vərəqində “8.2 Borc alan” qrafasındakı imzalar, 27-28-ci vərəqlərində 3 fevral 2014-cü il tarixli zaminlik müqaviləsində “Borc alan:” hissəsində “İmza:” qrafalarındakı imzallar 29-30cu vərəqlərində 11 mart 2014-cü il tarixli borc müqaviləsinin 1-ci vərəqin aşağı sağ tərəfindəki və 2-ci vərəqində “8.2 Borc alan” qrafasındakı imzalar, 31-ci vərəqində 11 mart 2014-cü il tarixli təhvil-qəbul aktında “Təhvil aldı:” qrafasındakı imza, 32-33-cü vərəqlərində 11 mart 2014-cü il tarixli zaminlik müqaviləsində “Borc alan:” hissəsində “İmza:” qrafalarındakı imzalar, 37-38-ci vərəqlərində 4 may 2015-ci il tarixli zaminlik müqaviləsində “Zamin:” hissəsində “İmza:” qrafalarındakı imzalar - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli borc müqaviləsinə əsasən ki, borcverən İddiaçı 5600 manat məbləğində pulu borcalan Cavabdeh1 vermis, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03 fevral 2014-cü il tarixli borc müqaviləsinə əsasən, borcverən İddiaçı 5600 manat məbləğində pulu borcalan Cavabdeh1 vermis, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 03 fevral 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 11 mart 2014-cü il tarixli borc müqaviləsinə əsasən, borcverən İddiaçı 4000 manat məbləğində pulu borcalan Cavabdeh1 vermiş, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 11 mart 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 04 may 2015-ci il tarixli borc müqaviləsinə əsasən, borcverən İddiaçı 4000 manat məbləğində pulu borcalan Cavabdeh2 vermiş, borcalan isə həmin məbləği müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüş və həmin tarixli təhvil-qəbul aktı ilə həmin məbləği təhvil almışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh1 borcalan Cavabdeh2 öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunması üçün tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdehlət həmin borc məbləğini qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülki hüquq münasibətinin əmələ gəlməsinə yönəldilmiş ikitərəfli iradə ifadəsi olan müqavilə şəklində əqd, borc müqaviləsi bağlamışlar, Belə ki , İddiaçı Cavabdeh1 ilə 13 yanvar 2014-cü il tarixli, 03 fevral 2014-cü il tarixli, 11 mart 2014-cü il tarixli borc müqavilələri, digər Cavabdeh2 ilə isə 04 may 2015-ci il tarixli borc müqaviləsi bağlamışdır. Lakin cavabdehlər aldıqları borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarında sözügedən müqavilələrdəki imzaların onlara aid olmadığını bildirmişlər. Məhkəmə cavabdehlərin həmin dəlillərini əsassız hesab edir. Belə ki, bununla bağlı məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, sözügedən müqavilələr üzrə “İmza:” qrafalarındakı imzalar - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0-cı maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, 13 yanvar 2014-cü il tarixli, 03 fevral 2014-cü il tarixli və 11 mart 2014-cü il tarixli müqavilələr üzrə Cavabdeh2 zaminlik müqavilələri bağlamışdır. İddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh1 tutulmalıdır. Bundan başqa, 04 may 2015-ci il tarixli müqavilə üzrə Cavabdeh1 zaminlik müqaviləsi bağlamışdır. İddiaçı zaminliklə təmin edilmiş öhdəliyin icrası müddətinin başa çatmasından 1 ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qanunverici isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsini nəzərdə tutmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, yaranmış borc cavabdehlərdən müştərək qaydada deyil, Cavabdeh2 tutulmalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini ödəməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh1 12.100,00 (on iki min yüz) manat məbləğində borc, Cavabdeh2 isə 8.000,00 (səkkiz min) ABŞ dolları məbləğində borc məbləği qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və hər iki cavabdehdən müştərək qaydada dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 112,00 manat məbləğində xərc cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh1 12.100,00 (on iki min yüz) manat məbləğində borc, Cavabdeh2 isə 8.000,00 (səkkiz min) ABŞ dolları məbləğində borc məbləği qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və hər iki cavabdehdən müştərək qaydada dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 112,00 manat pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar