Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-420/2024 26.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikahdan xx.xx.2009cu il təvəllüdlü X11 adlı oğlu vardır. xx.xx.2014-cü il tarixindən etibarən nikahları rəsmi qaydada pozulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-10826/2012 saylı xx.xx.2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə uşağın saxlanması üçün hər ay 150 (yüz əlli) manat alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. Tərəfindən birinci iddia ərizəsində 150 manat məbləğində göstərilən aliment miqdarının müəyyən edilməsi zamanı, məhkəmə doğuşdan serebral iflicdən əziyyət çəkən uşağın sağlamlıq vəziyyətini nəzərə almışdır. Oğlu Məhəmmədin sağalmaz xəstəlikdən əziyyət çəkməsi və onun gələcək saxlanması və müalicə alması üçün maddi ehtiyacın olması ilə əlaqədar olaraq, 2018-ci ildə xəstə övladının saxlanması və müalicə xərclərinin qarşılanması üçün Cavabdeh qarşı iddia ərizəsi ilə yenidən məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-1819/2018 saylı, 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə 15 iyun 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli 2(001)-10826/2012 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilib, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq 15 iyun 2009-cu il təvəllüdlü X7 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulub ona verilmişdir. Eyni zamanda, X7 müalicəsinə çəkilmiş 1342 manat xərc Cavabdeh tutulub, ona verilmişdir. Lakin, Cavabdeh, həm 2012-ci ildə birinci qətnamənin icrası zamanı, həm də 2018-ci ildə ikinci qətnamə çıxarılan zaman alimentlin və oğlu Məhəmmədin müalicəsi üçün tərəfindən çəkilmiş əlavə xərclərin ödənilməsi öhdəliyin icrasından qəsdən yayınmış, aliment üzrə borclarını ödəməmiş, gizlənmiş, uşaqla əlaqə saxlamamışdır. Cavabdeh Ş.K. Ovçiyev onun aliment məbləğinin artırılması və xəstə uşağın müalicəsinə sərf edilmiş əlavə xərclərin tutulması məsələsi ilə bağlı Bakı 1 saylı Mediasiya təşkilatına müraciət etdiyini bildikdə, ümumiyyətlə uşaqla ünsiyyətini kəsmişdir. Uşaq doğuşdan xəstədir və onun bütün həyatı boyunca o tək onun sağlamlığı ilə bağlı məsələləri həll edir, onun müalicəsinə görə xərclərin məbləği ildən ilə artır, lakin aldığı alimentlər əlil olan övladının müalicəsi üçün kifayət etmir. Daimi qulluğa ehtiyacı olan və özünü idarə etmək iqtidarında olmayan uşağı sağlamlıq vəziyyəti səbəbi ilə o işləyə bilmir. Uşağının tam olaraq müalicəsini təmin etmək üçün o, borca pul almaq məcburiyyətində qalır. Oğlu Məhəmməd “Spastik hemiplegik serebral iflic. Simptomatik epileksiya” diaqnozu ilə 19 saylı uşaq poliklinikasında daimi dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komissiyasının rəyinə görə, X10 “Q80.2 hemiplegik spastik serebral iflic, hemiplegik spastik sereblar iflici” diaqnozu ilə orqanizmin funksiyalarının 60% pozulması ilə xx.xx.2022-ci il tarixindən müddətsiz olaraq İİİ dərəcəli əlillik müəyyən edilmişdir. Övladının sağlamlığının təmin edilməsi üçün o, onun müalicəsi, dərman preparatlarının (reseptlər və qəbzlər əlavə olunur), skolioz əleyhinə müalicəvi korsetin (qiyməti 350 manat) alınması üçün böyük xərclər çəkmiş və çəkməyə davam edir - ümumi məbləğ 1.450 manat təşkil edir. O, hələ gücləndirilmiş qida, nəqliyyat xərclərini, sağlamlıq vəziyyətinin pisləşməsi zamanı həkimlərin evə çağırılması və oğlunun saxlanması ilə əlaqədar olan digər gözlənilməz xərcləri hesablamır. Hazırda oğlu Məhəmmədin səhhəti daha da pisləşmiş, onu irəlidə ciddi cərrahiyyə əməliyyatı gözləyir və uşaq poliklinikasının göndərişi ilə uşaq tibb müəssisələrində müayinələrdən keçir (poliklinikanın göndərişi əlavə olunur). Eyni zamanda bildirir ki, cavabdeh Ş.K. Ovçiyev işləyir, yüksək qazanc əldə edir, baxmayaraq ki, öz gəlirlərini gizlədir, o isə işləmir, xəstə uşağın saxlanmasına və müalicəsinə təyin olunmuş aliment məbləği çox azdır və hazırkı şəraitdə uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir. Eyni zamanda, Cavabdeh son illər ərzində oğlunun müalicəsinə tərəfindən çəkilmiş xərclərin məbləği, yəni 1.450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaiti də tutulmalıdır. xx.xx.2023-cü il tarixində mübahisənin qarşılıqlı razılıqla həll edilməsi üçün, o, Bakı şəhər 1 saylı Mediasiya təşkilatına müraciət etmiş (xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00245 nömrəli bildiriş iddia ərizəsinə əlavə edilib), lakin cavabdeh Ş.K. Ovçiyev mediasiya prosesini davam etdirməyi razılıq verməmişdir ki, bu barədə, xx.xx.2023-cü il tarixində, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinə əsasən ona müvafiq arayış verilmişdir (xx.xx.2023-cü il tarixli MŞB/1/2023-00245 nömrəli arayış iddia ərizəsinə əlavə edilib). Göstərilənlərə əsasən, xx.xx.2009-cu il təvəllüdlü oğlu X1 və müalicəsinin davam etdirilməsi üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, eyni zamanda oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1.450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2009-cu il təvəllüdlü oğlu X1 üçün Cavabdeh hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin, eyni zamanda oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, əlavə olaraq bildirdi ki, birgə nikahdan doğulmuş oğlu xx.xx.2009-cu il təvəllüdlü X3 xəstəlikdən əziyyət çəkir, əlildir. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, işləmir. 250 manat məbləğində aliment ödəyə bilər. Oğlu xəstəliyi ilə əlaqədar pensiya alır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İİİ seriyalı, 646516 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 15 iyun 2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4r. - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı, 17 fevral 2018-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasındakı nikah pozulmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-1819/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh 15 iyun 2009-cu il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli 2(007)-10826/2012 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər 200 manat məbləğində alimentin tutulub, İddiaçı ödənilməsi, X6 müalicəsinə çəkilmiş 1342 manat xərc Cavabdeh tutulub, İddiaçı verilməsi qət edilmişdir. - İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-00245 saylı arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər və iddiaçı işsiz kimi qeydiyyatda olduğuna və himayəsində müalicə alan övladı olduğuna görə mediasiya ödənişsiz həyata keçirilmişdir. - xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X9 “G80.2 Hemiplegik spastik serebral iflic, Hemiplegik spastik serebral iflic” diaqnozu verilmişdir. - xx.xx.2023-cü il tarixli, 170 nömrəli Bakı şəhəri 19 nömrəli Uşaq Poliklinikasından verilən arayışdan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X11 həqiqətəndə “Spastik hemiplegik serebral iflic, Simptomatik epilepsiya” diaqnozları ilə dispanser qeydiyyatındadır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 15 iyun 2009-cu il təvəllüdlü X11 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman X2 Gülnarə Fəxrəddin qızının yanında qalmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli, 2(007)-1819/2018 saylı qətnaməsi ilə uşaq yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 200 manat məbləğində alimentin və X6 müalicəsinə çəkilmiş 1342 manat xərc Cavabdeh tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını və X6 müalicəsinə çəkilmiş 1450 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsini xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalı, bu zaman cavabdehin də mənafeyi, o cümlədən sonuncunun 250 manat aliment ödəməyə razı olması nəzərə alınmaqla, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “oğlunun müalicəsinə tərəfindən çəkilmiş 1450 (min dörd yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı məhz qeyd olunan xərclərin çəkilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 15 iyun 2009-cu il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(007)-1819/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 iyun 2009-cu il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad edilmişdir, buna görə də məhkəmə xərcləri Cavabdeh aid edilməli, iddiaçının ödəməkdən azad edildiyi 45,42 manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15 iyun 2009-cu il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli 2(007)-1819/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 iyun 2009-cu il təvəllüdlü X6 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri Cavabdeh aid edilsin, iddiaçının ödəməkdən azad edildiyi 45,42 manat dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-420/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-420/2024
26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver