Məhkəmə qərarları › İş №2(007)-4242/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4242/2021

08.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4242/2021 08.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 15.08.2019-cu iltarixli kredit müqaviləsinə əsasən TBC Kredit Bank olmayan krtedit təşkilatından illik 22 faizlə 33 ay müddətinə 1361.64 manat kredit götürmüşdür. TBC Kredit Bank olmayan krtedit təşkilatı ilə "xxxx" ASC bağlanmış tələbin güzəşti barədə müqaviləyə əsasən Cavabdeh ilə TBC Kredit Bank olmayan krtedit təşkilatı arasında bağlanmış 15.08.2019-cu iltarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ Yelo Bank" ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 28.09.2021-ci il tarixinə olan maliyyə arayışına görə Cavabdeh qıznın banka 606.75.AZN əsas,45.6 AZN faiz olmaqla cəmi 652.35 manat borcu vardır.Qeyd olunanlara əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 652.35 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş Cavabdeh ilə TBC Kredit Bank olmayan krtedit təşkilatı arasında bağlanmış 15.08.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki cavabdehə illik 22 faizlə 33 ay müddətinə 1361.64 manat kredit verilmişdir. TBC Kredit Bank olmayan krtedit təşkilatı ilə "xxxx" ASC bağlanmış tələbin güzəşti barədə müqavilədən görünür ki, Cavabdeh ilə TBC Kredit Bank olmayan krtedit təşkilatı arasında bağlanmış 15.08.2019-cu iltarixli kredit müqaviləsinə əsasən borcun tələb etmək hüququ Yelo Bank" ASC-yə ötürülmüşdür. İşə əlavə olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh 606.75.AZN əsas,45.6 AZN faiz olmaqla cəmi 652.35 manat borcu vardır. İş materiallarında olan kassa məxaric orderindən görünür ki, "xxxx" İKB ASC tərəfindən 500 manat məbləğində pul Cavabdehya təhvil verilmişdir. İşə əlavə olunmuş 30.03.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə 9TBC Kredit Bank olmayan krtedit təşkilatıilə bağladığı 15.08.2019-cu iltarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 15.08.2019-cu iltarixli kredit müqaviləsi üzrə 606.75.AZN əsas,45.6 AZN faiz olmaqla cəmi 652.35 manat 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar