Məhkəmə qərarları › İş №2(007)-425/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-425/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-425/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 Fərmail oğlunun iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh1,Cavabdeh2 Fərmail oğluna və Cavabdeh3 qarşı qarşı borc tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh1,Cavabdeh2 Fərmail oğluna və Cavabdeh3 qarşı qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 06 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10003 manat məbləğində kredit götürüb.Cavabdeh2 və Cavabdeh3 ilə bağlanan 06 iyul 2020-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 kredit borcunun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra elməkdən boyun qaçırır. 2021-ci il noyabrın 12-dək Cavabdeh1 banka 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7575.5 AZN əsas borcu, 661,62 AZN faiz borcu, 97.23 AZN cərimə borcu olmaqla,cəmi 8334.35 AZN borcu vardır. Cavabdeh1 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 97.23 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 48.62 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilmələrinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar.Qeyd olunanlara əsasən Cavabdeh1,Cavabdeh2 Fərmail oğlundan və Cavabdeh3 müştərək qaydadaİddiaçı ASC-nin xeyrinə 06 iyul 2020-ci il tarixli müqaviləsi üzrə 7575.5 əsas borc,661.62 manat faiz borcu və 48.62 manat cərimə olmaqla cəmi 8285.75 manat kredit borcunun və 102.86 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh1 Fərmail oğlu iddianı qismən qəbul etdi və izahat verərək göstərdi ki, həqiqətən də bankdan kredit götürmüşdür. İlk vaxtlar ödənişi qaydasında etsə də, sonradan ödəmə qabiliyyətini itirdiyi üçün ödənişləri edə bilməmişdir.O, həmin vaxt Vətən Müharibəsində iştirak etmişdir, buna görə də, ödəniş edə bilməmişdir.Ona vaxt verilsə borcunu bağlayar. Cərimə və faizin silinməsi mümkün olduğu halda silinməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh2 Fərmail oğlu və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsalar da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şıxslərin izahatlarınl dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh1 Fərmail oğlu arasında bağlanmış 06 iyul 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 Fərmail oğlu İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 10003 manat məbləğində kredit götürüb İddiaçı ASC ilə Cavabdeh2 Fərmail oğlu və Cavabdeh3 arasında bağlanmış 06 iyul 2020-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər həmin kredit müqaviləsi üzrə öz üzərinə zaminlik öhdəlikləri götürmüşlər. xx.xx.2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 Fərmail oğluna 9900 manat kredit nəğd olaraq verilmişdir. xx.xx.2022-ci il tarixili maliyyə arayışından görünür ki,Cavabdeh1 Fərmail oğlunun 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 7053.85 manat əsas, 1134.04 manat faiz,368.18 manat cərimə olmaqla cəmi 8556.07 manat borcu vardır. Ödəniş tapşırığından görünür ki,İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 102.86 manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki borclulara 2021-ci ilin mart ayında pretenziya məktubu göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC iləCavabdeh1 Fərmail oğlu arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmış və iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə nəzərdə tutulan məbləğdə krediti nəğd şəkildə cavabdehə vermişdir. Lakin sonuncu müqavilə üzrə götürdüyü öhdəlikləri tam və layiqincə yerinə yetirməmişdir və xx.xx.2022-ci il tarixinə Cavabdeh1 Fərmail oğlunun 06 iyul 2020ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 7053.85 manat əsas (maliyyə arayışına əsasən),1134.04 manat faiz, 04 manat cərimə (məhkəmə cərimənin azaldılmasını məqsədəuyğun hesab etmişdir.) olmaqla cəmi 8192.25 manat borcu qalmışdır.Digər cavabdehlər Cavabdeh2 Fərmail oğlu və Cavabdeh3 isə müqavilə ilə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişlər. Qeyd olunanlarla əlaqədar məhkəmə iddia tələbini əsaslı hesab edir hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1,Cavabdeh2 Fərmail oğlundan və Cavabdeh3 müştərək qaydadaİddiaçı ASC-nin xeyrinə 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7053.85 manat əsas, 1134.04 manat faiz, 04 manat cərimə olmaqla cəmi 8192.25 manat borc və 48.62 manat cərimə olmaqla cəmi 8285.75 manat kredit borcu və 102.86 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1,Cavabdeh2 Fərmail oğlundan və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 06 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə 7053.85 manat əsas,1134.04 manat faiz,04 manat cərimə (məhkəmə cərimənin azaldılmasını məqsədəuyğun hesab etmişdir.) olmaqla cəmi 8192.25 manat kredit borcu və 102.86 manat dövlət rüsumu tutulsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar