Məhkəmə qərarları › İş №2(007)-426/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-426/2024

01.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-426/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2000 manat pulun və 40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehi 2022-ci ildən tanıyır, cavabdeh onu Bakı şəhəri Baş Dövlət Yol Polis İdarəsinə texniki baxış şöbəsinə işə düzəltmək adı ilə ondan 2000 manat pul istəmişdir. O, həmin məbləğdən 1000 manatını qabaqca ondan almışdır,sonra 300 manat sonra isə 700 manat almışdır, cəmi 2000 manat pul almışdır. O, həmin məbləği ona ailə üzvlərinin yanında vermişdir. O, iddiaçını nə işə düzəltmiş, nə də ki, pulunu qaytarmamışdır. O, pulunu ondan qaytarmağı tələb etdikdə müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. O, bununla bağlı polisə şikayət etdi. Polis şöbəsində onun barəsində başlanmış cinayət rədd olunmuşdur. Ona isə aidiyyəti üzrə mülki qaydada iddia qaldırmaq hüququ izah olundu. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəldi. İddiaçı məhkəməyə teleqramla müraciət edərək bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı 200 manat pulu borc müqabilində almışdır. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 27 iyul 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı o, hal-hazırda Qaraxanlı kəndində yaşayır. - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci ilin dekabr ayının sonlarında ona vacib 2000 (iki min) manat pul lazım olmuşdur. Gümanı İsgəndərə gəlmiş və onun işlətdiyi ***-***-**-** mobil nömrəsinə istifadə etdiyi ***-***-**-** nömrədən zəng vurub bir aylıq 2000 manat borca pul istəmişdir. O da onun təklifini qəbul etmiş, daha sonra ona kart nömrəsi göndərmişdir. 2022-ci ilin dekabr ayının sonu onun kartına 100 manat, üstündən bir gün keçmiş 300 manat, iki gündən sonra isə 700 manat pul göndərmişdir. İddiaçı ona ümumilikdə 2000 manat borca pul vermiş, lakin maddi vəziyyəti aşağı olduğu üçün ona olan borcunu dediyi vaxtda qaytara bilməmişdir. İddiaçı müraciəti əsasında Tovuz rayonu Qaraxanlı kəndində yaşayan xx.xx.1992-ci il təvəllüdlü İddiaçı Tovuz RPŞ-nə yazmış olduğu ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - 26.10.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı tərəfindən 40 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2022-ci il tarixdə Cavabdeh yazılı müqavilə bağlamadan 2000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Cavabdeh iddia tələbini qəbul edir və İddiaçı olan borcunu etiraf edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 40 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 40 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar