Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-428/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh1nə qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2nə qarşı “ödənilmiş təhsil haqqının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı Cavabdeh1 cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü il tarixdə Cavabdeh2, Humanitar və Sosial elmlər fakültəsinin “Tərcümə” ixtisası üzrə əyani şöbəsinə qəbul olunmuşdur. 2018-ci il tarixdə, həmin Universiteti bitirmişdir. Universitetdə təhsil haqqı ödənişli olduğu üçün - bu dövr ərzində dövlət büdcəsinə ümumilikdə 15500 (on beş min beş yüz) manat pul ödəmişdir. Təhsilini başa vurub, hərbi xidmətə çağrılmış, sonradan ona məlum olmuşdur ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqını dövlət büdcəsi vəsaiti hesabına ödənməli idi. Əlavə olaraq bildirir ki, Qanunun bu tələbindən xəbərsiz olmuş, bu səbəbdən təhsil haqqını ödəmişdir. Əslində bu güzəşt ona şamil olunmalıdır, belə ki, atası İddiaçı Misir oğlu 09 dekabr 1996-cı il tarixdə vəfat etmiş, anası X4 isə 1974-cü il tarixdən 2-ci qrup ümumi xəstəlik üzrə əlildir. Bütün bunlarla onu qeyd etmək istəyir ki, "Təhsil haqqından azad edilən şəxslərin" siyahısı ona da şamil olunur, bu öz əksini 19 iyun 2009-cu il tarixdə qəbul olunmuş "Təhsil Haqqında" Azərbaycan Respublikası Qanununun 14.8.1-ci maddələrində qeyd olunmuşdur. Odur ki, təhsil haqqı olaraq, ödədiyi 15500 (on beş min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 175 manat pulun tutularaq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən təhsil haqqı olaraq ödədiyi 15500 (on beş min beş yüz) manat pulun və 135 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 rektoru İ.Xəlilova iddia tələbinə etiraz verərək göstərmişdir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Qanundan göründüyü kimi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər təhsil aldıqları müddətdə və təhsili bitirərkən tam dövlət təminatına götürülürlər. Bu isə o deməkdir ki, İddiaçı Cavabdeh2ndə təhsil aldığı müddətdə təhsil haqqı ödəməsi dövlət büdcəsi, müvafiq olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməli idi. Ancaq İddiaçı təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsindən ödənilməsi üçün müvafiq sənədlərini Universitetə təqdim etmədiyindən və ya bu barədə müraciəti olmadığından onun təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilməmişlər. Hazırda Elm və Təhsil Nazirliyi İddiaçı müvafiq dövr üçün təhsil haqqını Universitetə ödəyəcəyi halda onun tələbi tərəflərindən təmin ediləcəkdir. Bundan başqa sözügedən məktuba əlavə olunmuş “Şikayət”də göstərilən hallara dair, o cümlədən İddiaçı atasının vəfat etməsi, anasının isə 2-ci qrup əlil olmasını və sairi təsdiq edəcək rəsmi sənədlər əlavə edilmədiyindən şikayətçinin təhsil aldığı müddətdə hüquqi vəziyyətinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun təsiri altına düşüb-düşməməsini yoxlamaq imkan xaricindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verdi və iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmədə nümayəndələrinin iştirakını təmin etməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, iddiaçı universitetin tələbəsi olmuşdur. Lakin, ödənilmiş təhsil haqqının qaytarılmasında Cavabdeh2 deyildir. Çünki bu ödənişlər dövlət büdcəsi hesabına edilir. Universitetin büdcəsi isə dövlət büdcəsi deyil. Rizvan, cavabdeh qismində Təhsil Nazirliyini cəlb etməli idi. Rizvan təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsindən ödənilməsi üçün müvafiq sənədlərini universitetə təqdim etmədiyindən və bu barədə müraciəti olmadığından, onun təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilməmişlər. Elm və Təhsil Nazirliyi İddiaçı müvafiq dövr üçün təhsil haqqını universitetə ödəyəcəyi halda, iddiaçının tələbi tərəflərindən təmin ediləcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı 443062 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə doğulmuşdur. X1, anası X2r. - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 109508 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.1996-cı ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci ildə 93 nömrə ilə qeyd aparılmışdır (Ölüm səbəbi: daxili qanaxma). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının SER TSE-01 seriyalı 498216 nömrəli arayışından görünür ki, 1974-cü il təvəllüdlü X4 ikinci qrup əlil olmaqla, ona müddətsiz əlillik müəyyən edilmişdir (Əsas: xx.xx.2015-ci il tarixli 35 nömrəli müayinə aktı). - Cavabdeh2 xx.xx.2018-ci il tarixli 02/T-0044 nömrəli arayışının surətindən görünür ki, 2013-cü il bakalavr tələbəsi İddiaçı həqiqətən Cavabdeh2, Humanitar və Sosial elmlər fakültəsinin “Tərcümə” ixtisası üzrə əyani təhsil alıb. Tələbə 2013-cü ildən 2018-ci ilədək ödənişli əsaslarla təhsil alıb. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2013-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 3500 manat təhsil haqqı ödəmişdir. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2014-cü il tarixli xəzinə mədaxil orderinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 2500 manat təhsil haqqı ödəmişdir. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2015-ci il tarixli xəzinə mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 1200 manat təhsil haqqı ödəmişdir. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2015-ci il tarixli 129889 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 2500 manat təhsil haqqı ödəmişdir. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2016-cı il tarixli 261776 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 1000 manat təhsil haqqı ödəmişdir. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2016-cı il tarixli 405458 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 2000 manat təhsil haqqı ödəmişdir. - Cavabdeh2 mühasibinin (VÖEN: **********) xx.xx.2017-ci il tarixli xəzinə mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 1500 manat təhsil haqqı ödəmişdir. - "xxxx" ASC-nin Neftçilər filialı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ******* nömrəli qəbzdən görünür ki, həmin tarixdə İddiaçı 1800 manat məbləğində təhsil haqqını (Hesab: AZ46HAJCFCRAZN**********6001) ödəmişdir. - Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02/0923 nömrəli məktubdan görünür ki, Elm və Təhsil Nazirliyindən 08 dekabr 2022-ci il tarixli, A-3849/01/10-24 saylı məktubla daxil olmuş məzun İddiaçı Universitetə ödədiyi 15.500 manat təhsil haqqının geri qaytarılması ilə bağlı müraciətinə baxılmışdır. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar vä ayaqqabı, habelə respublika üzrə orta əmək haqq min iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar. Qanundan göründüyü kimi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər təhsil aldıqları müddətdə və təhsili bitirərkən tam dövlət təminatına götürülürlər. Bu isə o deməkdir ki, İddiaçı Cavabdeh2ndə təhsil aldığı müddətdə təhsil haqqı ödəməsi dövlət büdcəsi, müvafiq olaraq Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməli idi. Ancaq İddiaçı təhsil aldığı müddətdə təhsil haqqının dövlət büdcəsindən ödənilməsi üçün müvafiq sənədlərini Universitetə təqdim etmədiyindən və ya bu barədə müraciəti olmadığından onun təhsil haqqının dövlət büdcəsi hesabına ödənilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət edə bilməmişlər. Hazırda Elm və Təhsil Nazirliyi İddiaçı müvafiq dövr üçün təhsil haqqını Universitetə ödəyəcəyi halda onun tələbi tərəflərindən təmin ediləcəkdir. Bundan başqa sözügedən məktuba əlavə olunmuş “Şikayət”də göstərilən hallara dair, o cümlədən İddiaçı atasının vəfat etməsi, anasının isə 2-ci qrup əlil olmasını və sairi təsdiq edəcək rəsmi sənədlər əlavə edilmədiyindən şikayətçinin təhsil aldığı müddətdə hüquqi vəziyyətinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun təsiri altına düşübdüşməməsini yoxlamaq imkanları xaricindədir. - xx.xx.2023-cü il tarixli 5653 nömrəli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 135 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2013-2018-ci illərdə ödənişli əsaslarla Cavabdeh2, Humanitar və Sosial elmlər fakültəsinin “Tərcümə” ixtisası üzrə əyani bakalavr təhsili almışdır. İddiaçının X1 xx.xx.1996-cı ildə vəfat etmişdir, anası X3 isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq komissiyası tərəfindən müddətsiz olaraq ikinci qrup əlillik müəyyən edilmişdir və bu işin mübahisəsiz halıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı təhsil aldığı müddət ərzində ümumilikdə 15500 manat təhsil haqqını Cavabdeh2nə ödəmiş, lakin sonradan ona məlum olmuşdur ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təhsil haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməli olmuşdur. Bu səbəbdən o, Cavabdeh2nə və Elm və Təhsil Nazirliyinə ödənilmiş təhsil haqqının geri qaytarılması ilə bağlı müraciət etmiş, lakin müraciətinə cavab olaraq Cavabdeh2 İddiaçı atasının vəfat etməsi, anasının isə 2-ci qrup əlil olmasını və sairi təsdiq edəcək rəsmi sənədlər əlavə edilmədiyindən şikayətçinin təhsil aldığı müddətdə hüquqi vəziyyətinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun təsiri altına düşüb-düşməməsini yoxlamağın imkanları xaricində olmasını qeyd etmiş, iddiaçı isə müraciətləri nəticə vermədiyindən ödəniş ona qaytarılmadığı üçün məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında vurğulamışdır ki, “Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. 5-ci maddəsinə görə bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təhsil haqqı ödəməkdən azad edilməli olmuş, bununla bağlı aidiyyəti üzrə müraciətlər etsə də, bunun hər hansı nəticəsi olmamış, iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından iddia tələbi təhsil haqqının qaytarılması hissəsində əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təhsil haqqı Cavabdeh2nə ödənilsə də, cavabdehin nümayəndəsi həmin vəsaitin Elm və Təhsil Nazirliyinin büdcəsinə ödənildiyini qeyd etmiş, məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1ndən 15500 (on beş min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 15500 (on beş min beş yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 135 (yüz otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-428/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-428/2024
28.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver