Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4300/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ”Yelo Bank” ASC-nin xeyrinə 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3018.83 manat əsas borc, 168.9 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3187.73 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12 iyul 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 5000 manat kredit götürmüşdür. 05.01.2021-ci il tarixli sazişə əsasən kreditin qalıq məbləği 3363.32 manat, qaytarılma müddəti 05.07.2023-cü il müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.09.2021-dək X2 banka 12.07.2019-cü il tarixli kredit müqaviləsi üzrə 3018.83 manat əsas borc, 168.9 manat faiz borcu və 0 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3187.73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, müqavilə müddəti 18 aydır ona görə borcun ödənilməsini və 12 iyul 2019-cu il tarixli kredit müqaviləsini ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan “Nikoyl" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli 20-M-1-0-424-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 5000 manat kredit götürmüşdür. İş materiallarında olan 12.07.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 48 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat krediti hər ayın 12-dən gec olmayaraq 335,96 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “NİKOYL" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli, 20-M-1-0-424-19 saylı kredit müqaviləsinin 7.1.1-ci bəndindən görünür ki, borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə kreditor müqavilədən irəli gələn öhdəliklərin vaxtından əvvəl icra edilməsini tələb edə bilər. İş materiallarında olan 12.07.2019-cu il tarixli məxaric qəbzindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 28.04.2019-cu il tarixli, 20-M-1-0-424-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan Sazişə əsasən müqavilə üzrə kreditin müddəti 12.04.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 28.04.2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 11 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3000.09 manat krediti ilk 3 ayı güzəşt olunmaqla sonrakı ayları hər ayın 12-dən gec olmayaraq 369,02 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05.01.2021-ci il tarixli, 20-M-1-0-424-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan Sazişə əsasən müqavilənin 2.4, 2.4.1, 2.4.2 və 2.4.3-cü yarımbəndləri ləğv edilir. Müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 3363.32 manat təşkil edir. Müqavilə üzrə kreditin müddəti 05.07.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan 05.01.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh 30 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3363.32 manat krediti ilk 3 ayı güzəşt olunmaqla sonrakı ayları hər ayın 05-dən gec olmayaraq 164.13 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 20.09.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanan 12.07.2019-cu il tarixli, 20-M-1-0-424-19 saylı kredit müqaviləsinə əsasən borc alana 5000 AZN manatı məbləğində illik 25 % olmaqla 18 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Müqaviləyə əsasən borcalan Bankdan kredit üzrə aldığı vəsaiti tərtib edilmiş ödəniş cədvəlinə əsasən ödəməlidir. Borcalan müqavilənin şərtlərini pozaraq "xxxx" ASC-yə olan əsas və faiz borcunun ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Kredit müqaviləsinin şərtlərinə əsasən bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə Kreditor kredit müqaviləsinə vaxtından əvvəl xitam verə bilər və verdiyi kredit məbləğini bu müddətə qədər hesablanmış faizlərlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Borcludan borcun xəbərdarlıq məktubu alındığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" ASC-yə tam ödənilməsi tələb olunur. Borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görülərək borclunun digər daşınar və daşınmaz əmlaklarına yönəldilərək həmin əmlaklar satılacaqdır. Notariusun icra qeydi qaydasında notariat kontoruna və ya məhkəməyə müraciət olunduğu zaman qeyd olunan məbləğlərlə yanaşı müqavilə öhdəliyinin vaxtında icra olunmaması ilə bağlı kredit müqaviləsinə əsasən, kredit üzrə hesablanmış faizlərin, dəbbə pulunun və kredit müqaviləsinin bitdiyi tarixdən bu günədək gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın ödənilməsi də tələb olunacaqdır. İş materiallarında olan 30.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12.07.2019-cu il tarixli 20-M-1-0-424-19 saylı kredit müqaviləsi üzrə 30.11.2021-ci il tarixə "xxxx" ASC-yə 2768.83 manat əsas borc, 289.5 manat faiz borcu ümumilikdə cəmi 3058.33 manat borcu vardır. İş materiallarında olan 30.09.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən verilmiş çıxarışdan görünür ki, 21.11.2019-cu il tarixdən "xxxx" İKB ASC-nin adı dəyişdirilmiş və "xxxx" ASC adlandırılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh 12.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən ilik 25 faizlə 18 ay müddətinə 5000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 30.11.2021-ci il tarixədək Cavabdeh banka 12.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2768.83 manat əsas borc, 289.5 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 3058.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göründüyü kimi, kredit müqaviləsi üzrə öhdəlik vaxtında icra edilməmiş, iddiaçıya olan borc müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödənilməmiş, bununla da müqavilənin şərtləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğini cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Belə ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.07.2019-cu il tarixli 20-M-1-0-424-19 saylı razılaşmadan görünür ki, cavabdehə aylıq faiz dərəcəsi 25% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun banka 2768.83 manat əsas borc, 289.5 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 3058.33 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2768.83 manat əsas, 168.90 manat faiz, cəmi 2937.73 manat borc və 27.64 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumundan 2.36 manatı iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2768.83 manat əsas, 168.90 manat faiz, cəmi 2937.73 manat borc və ödənilmiş dövlət rüsumundan 27.64 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumundan 2.36 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-4300/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4300/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver