Məhkəmə qərarları › İş №2(007)-432/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-432/2023

20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-432/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, X2 Qurbanovun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə səmimi münasibətləri olub. Buna görə də cavabdeh ondan 12.000 (on iki min) manat məbləğində borc pul istədi.O, Bakı şəhəri 52 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 04 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 12. 000 (on iki min) manat məbləğində borc verdi. Cavabdeh həmin məbləği 01 aprel 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürdü. O, həmin borcu cavabdehdən dəfələrlə qaytarmağı tələb etsə də, cavabdeh borcu qaytaracağına söz vermiş,lakin müqavilədə göstərilən şərtlərə və öz öhdəliyinə əməl etməmişdir. Buna görə də cavabdehə borc verdiyi 12.000 (on iki min) manat məbləğində pul məhkəmə qərarı əsasında cavabdehdən alınıb ona ödənilməlidir. Odur ki, həmin pulların cavabdehdən alınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Eləcə də, Cavabdeh 2022-cı il 01 aprel ayından başlayaraq pulları qanunsuz olaraq özündə saxlamış və ondan faydalanmışdır. Ondan 12.000 (on iki min) manat məbləğində əsas borcdan əlavə olaraq qanunsuz olaraq pullarını özündə saxlayıb faydalandığına görə 2022-cı il 01 aprel ayından başlayaraq 07 ay üçün əldən çıxmış fayda (qazanc) kimi faizləri də tələb edir.Belə ki, 12.000 (on iki min) manat məbləğində pulu Cavabdeh 01 aprel 2022-ci il tarixindən qanunsuz olaraq özündə saxlayıb,07 ay müddətində ondan faydalandığına görə həmin pul məbləğindən ona hər ay üçün 5 % hesabı ilə 07 ay üçün (12.000: 100 x 5% x 07 ay) cəmi 4.200 manat məbləğində faizə görə pul ödəməlidir.Qeyd olunanlara əsasən Cavabdeh 12.000 (on iki min) manat əsas borcun, 4.200 (dörd min iki yüz) manat,məbləğində əldən çıxmış faydanın,cəmi 16.200 (on altı min iki yüz ) manat məbləğində pulun və ödənilmiş 140 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər. İdddiaçının nümayəndəsi-vəkili Nümayəndə onun iştirakı olmadan işə baxılması və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinin tələblərini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: “Borcverən” İddiaçı ilə “borcalan” Cavabdeh rasında 04 fevral 2022-ci il tarixdə bağlanmış və 52 saylı Notariat ofisində təsdiqlənmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndində qeyd olunur ki, “borcalan” krediti xx.xx.2022-ci il tarixinədək bütöv şəkildə “Borcverənə” qaytarmağı öhdəsinə götürür. Ödəniş qəbzindən görünür ki,iddiaçı 140 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda istinad olunan maddələrinə əsasən: 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 449.1 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; İşin araşdırılan hallarından görünür ki, “Borcverən” İddiaçı ilə “borcalan” Cavabdeh arasında 04 fevral 2022-ci il tarixdə bağlanmış və 52 saylı Notariat ofisində təsdiqlənmiş kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12000 manat borc pul vermişdir. “Borcalan” xx.xx.2022-ci il tarixinədək bütöv şəkildə “Borcverənə” qaytarmağı öhdəsinə götürmüşdür.Buna baxmayaraq həmin müqavilə ilə götürdüyü öhdəliklərə əməl etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə iddianı 12000 manat pulun tələb olunması hissəsində əsaslı hesab edir. Bundan başqa cavabdeh borcu xx.xx.2022-ci il tarixinədək qaytarmalı olduğu halda bunu etməmiş, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmiş,əsassız olaraq varlanmışdır. Ona görə də həmin puldan faydalanmağa görə iddiaçıya borc vəsaitinin məbləğindən faizlər ödəməlidir. Belə ki, iddiaçı cavabdehdən müddət bitdikdən sonrakı 07 ay ərzində pul vəsaitindən faydalandığına görə həmin pul məbləğindən hər ay üçün 5 % hesabı ilə 07 ay üçün (12.000: 100 x 5% x 07 ay) cəmi 4.200 manat məbləğində faiz tələb edir. Məhkəmə hesab edir ki,iddia həmin hissədə də əsaslıdır. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 12.000 (on iki min) manat əsas borc,4.200 (dörd min iki yüz) manat,məbləğində əldən çıxmış fayda,cəmi 16.200 (on altı min iki yüz ) manat məbləğində pul və ödənilmiş 140 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh 12.000 (on iki min) manat əsas borc,4.200 (dörd min iki yüz) manat,məbləğində əldən çıxmış fayda,cəmi 16.200 (on altı min iki yüz ) manat məbləğində pul və ödənilmiş 140 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar