Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4352/2021 10.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə 11.03.2020-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 9 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29.01.2021-ci il tarixli 001A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 335.69 manat ödəniş etmiş və onun iddiaçıya 2664.31 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirmişdir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.09.2021-ci il tarixə 211 gün üçün hesablanmış faiz borcu 499.97 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 23.09.2021-ci il tarixə 211 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 562.16 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanlara əsasən İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2664.31 manat məbləğində kredit borcu, 499.97 manat məbləğində faiz borcu və 562.16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3726 (üç min yeddi yüz iyirmi altı) manat 44 ( qırx dörd) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, icraatda olan 2(007)-4352/2021 saylı mülki iş üzrə məhkəməyə müraciət edilən zaman "Dövlət rüsumu haqqında" Qanunun tələbinə əsasən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 01.10.2021-ci il tarixindən qanunvericilikdə dəyişiklik edildiyindən hazırki iddia tələbi üzrə dövlət rüsumunun məbləği 57.27 manat məbləğində müəyyən edilmişdir. 30 manatlıq rüsum məhkəməyə müraciət edilən zaman ödənildiyindən hazırda 27.27 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz də ərizəyə əlavə edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin dəqiqləşdirərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinin ləğv edilməsi Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 2664.31 manat məbləğində kredit bоrcu, 499.97 manat məbləğində faiz bоrcu və 562.16 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 3726 (üç min yeddi yüz iyirmi altı) manat 44 ( qırx dörd) qəpik məbləğində bоrcun və tərəfindən ödənilmiş 57.27 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianı təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qismən qəbul edərək izahatında bildirdi ki, o, öz vəziyyəti barədə banka məlumat vermişdir. O, borcun ödənilməsi barədə banka 2 dəfə təklif etmişdir ki, əsas borcu ödəyə bilər, əsas borcu da hər ay hissə-hissə ödəyə bilər. Lakin bank bununla razı olmamışdır. Bank hər ay 200-300 manat ödənilməsi lazım olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya aylıq faiz dərəcəsi 2.25% olmaqla 9 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinin 4.1.2-ci bəndinin a) yarımbəndindən görünür ki, kredit alan krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək və qalan kredit məbləğini, faizi və bank tərəfindən hesablanmış başqa ödənişləri kredit alandan tələb etmək hüququna malikdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, cavabdeh 9 ay müddətinə 3000 manat krediti hər ayın 24-dən gec olmayaraq 376 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 03.11.2020-ci il tarixli kreditin verilməsi üzrə köçürmə qəbzindən görünür ki, bank tərəfindən Cavabdeh2 hesabına 3000 manat köçürülmüşdür. İş materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında 001G**********01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən Borclunun Kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan 29.01.2021-ci il tarixli 001A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişdən görünür ki, o, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 335.69 manat ödəniş etmiş və onun iddiaçıya 2664.31 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29.01.2021ci il tarixli 001A********** saylı kredit müqaviləsinin ödəniş cədvəlindən görünür ki, cavabdeh 14 ay müddətinə 2496,14 manat krediti hər ayın 24-dən gec olmayaraq 233.43 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, "xxxx" QSC ilə bağlanılan 11.03.2020 tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 9 ay müddətinə aylıq ödəmək şərti ilə 3000 manat məbləğində kredit götürülmüşdür. Borcluya kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, hazırki vaxtadək kredit borcunu ödəməkdən yayınılmışdır. 18.08.2021 tarixinə gecikdirilmiş ödəniş məbləğiniz 1869,49 manat, əsas məbləğ 1 043,65 manat, faiz ödənişi 356,93 manat, cərimə məbləği 468,91 manat təşkil edir. 29.08.2021-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləği banka qaytarılmalıdır, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəkdir və borclunun banka borclu olduğu 3594,89 manat məbləğin (2664,31 AZN təşkil edən əsas məbləğ, 461,67 AZN faiz məbləği və 468,91 AZN cərimə məbləği), həmçinin 18.08.2021 tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda borclu təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəkdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin zaminə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, "xxxx" QSC ilə Cavabdeh2 oglu arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 9 ay müddətinə aylıq ödəmək şərti ilə 3 000,00 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 öhdəliklərinə zamin durmuş və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşıyır və borcu ödəmək barədə öz üzərinizə öhdəlik götürmüşdür. Hazırda Cavabdeh2 oglu kredit müqaviləsinin şərtlərini pozmuş və krediti ödəməkdən yayınır. 18.08.2021-ci il tarixinə gecikdirilmiş ödəniş məbləği 1869,49 AZN (əsas məbləğ 1 043,65 AZN, faiz ödənişi 356,93 AZN, cərimə məbləği 468,91 AZN ) təşkil edir. 29.08.2021-ci il tarixinədək gecikdirilmiş ödəniş məbləği banka qaytarılmalıdır, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəkdir və banka borclu olunan 3594.89 AZN məbləğin (2 664,31 AZN təşkil edən əsas məbləğ, 461,67 AZN faiz məbləği və 468,91 AZN cərimə məbləği), həmçinin 18.08.2021-ci il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Bu halda borclu təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəksiniz. İş materiallarında olan 30.09.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 23.09.2021-ci il tarixədək banka 2664.31 manat əsas borc, 499.97 manat faiz borcu və 562.16 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3726.44 manat borcu vardır. İş materiallarında olan 01.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. 14.10.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etmək üçün əlavə olartaq 27.27 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 İddiaçı QSC ilə 11.03.2020-ci il tarixdə bağladığı 001A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25% olmaqla 9 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. 29.01.2021-ci il tarixli 001A**********SA saylı sazişlə 11.03.2020-ci il tarixli müqaviləyə və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanmışdır. Cavabdeh2 oglu kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 24.02.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 335.69 manat ödəniş etmiş və onun iddiaçıya 2664.31 manat məbləğində kredit borcu qalmışdır. Qeyd olunanlara əsasən, cavabdehin kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 23.09.2021-ci il tarixə 211 gün üçün hesablanmış faiz borcu 499,97 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxanda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi və zaminlik müqviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də cavabdeh və zamin öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdirlər. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi üzrə 562.16 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 562.16 manat məbləğində dəbbə pulu azaldılmalı və 50 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi ləğv edilməli, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2664.31 manat məbləğində əsas borc, 499.97 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3214.28 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 49.40 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun 7.87 manatı iddiaçıya aid edilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 11.03.2020-ci il tarixli 001A********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 2664.31 manat məbləğində əsas borc, 499.97 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3214.28 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş 49.40 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 7.87 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-4352/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4352/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver