Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-440/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh birgə nikahlarından anadan olan 15 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün təyin olunmuş alimenti artıraraq hər ay 235 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 25 mart 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikaha daxil olan zaman və nikah dövründə nikah müqaviləsi bağlamamışlar. Birgə nikahlarından 15 iyul 2016-cı il təvəllüdlü X5 adlı övladı anadan olmuşdur. Füzuli rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahlarından olan 15 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşağın tələbatını ödəmir. O, dəfələrlə cavabdehdən azyaşlı uşağının saxlanması üçün maddi kömək tələb etsə də, o, bundan boyun qaçırır. Buna görə də cavabdehdən uşaqlarının təlabatını ödəmək üçün təyin olunmuş alimenti artıraraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində aliment məhkəmə qaydasında alınıb ona ödənilməlidir.
İş materialları :
3. Füzuli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-23/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış və 5 saylı Bakı “ASAN Xidmət”in, Qeydiyyat Şöbəsində 1298 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 anası X1 yanında qalması və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat alınaraq, cavabdeh X2 verilməsi qət edilmişdir.
4. Füzuli rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 544 nömrəli arayışından görünür ki, X7 xx.xx.2021-ci ildə Füzuli rayonunun Bakı şəhərində anadan olmuşdur. Bu barədə Füzuli rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə 516 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur.
5. “Mediasiya Şurası” Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli MŞB/16/2024-01446 nömrəli “mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etsə də, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS, 10 manat kargüzarlıq xərci ödənilmişdir.
Tərəflərin mövqeləri :
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram göndərərək himayəsində azyaşlı uşaq olduğu üçün məhkəməyə gələ bilmədiyini bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
8. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin faktiki əsası qismində məhkəməyə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artırılmasını bildirmişdir.
9. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarı:
8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
Tətbiq edilən hüquq :
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə.
Məhkəmənin mövqeyi :
12. Məhkəmə iddia ərizəsini və iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir.
13. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verir.
14. İşin müəyyən edilmiş halı odur ki, Füzuli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-23/2021 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh X3 arasında xx.xx.2016-cı il tarixdə bağlanmış nikahın pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X7 anası X1 yanında saxlanılaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 170 manat alınaraq, cavabdeh X2 verilməsi qət edilmişdir.
15. Hazırda iddiaçı Füzuli rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(064)-23/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə baxış iclası təyin edilmişdir.
16. İş üzrə məhkəmə icraatı dövründə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarına xx.xx.2024-cü il tarixli Qərar ilə dəyişiklik edilmişdir.
17. Həmin dəyişikliyə əsasən “əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”
18. Hazırki işin məhkəmə iclasında müəyyən edilmiş halı ondan ibarətdir ki, iddiaçı tərəfindən “alimentin miqdarının artırılması”na dair iddia tələbinin faktiki əsasını uşağın ehtiyaclarının artması və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması təşkil edir.
19. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbinin faktiki əsasını Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hallar təşkil etmədiyindən, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artmasına əsaslandığından uşağın mənafeyi nəzərə alınmaqla hazırki iş üzrə icraata xitam verilməli və iddiaçıya icra icraatı qaydasında alimentin indeksasiyası üçün ərizə ilə məhkəməyə müraciət etməlidir.
Nəticə :
20. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267-268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı icra icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva