Məhkəmə qərarları › İş №2(007)-442/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-442/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-442/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh2 İddiaçı vurduqları 16 125,85 ABŞ dolları məbləğində maddi ziyanın cavabdehlərdən məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 19.06.2013-cü il tarixli 114360-1-7347 saylı kredit müqaviləsinə əsasən iddiaçıya “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin satın alınması üçün 60 ay müddətinə, illik 18%-lə 15 91 ABŞ dolları məbləğində kredit verilmiş və alınmış kreditin təminatı kimi həmin minik avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı kredit üzrə öhdəliyini bir müddət vaxtı-vaxtında ödəmiş, sonradan maddi çətinliyi səbəbindən həmin avtomobili satmaq qərarına gəlmişdir. Axtomobil alınmış kreditin təminatı kimi bankda ipotekada olduğundan iddiaçı onu alqısatqı yolu ilə sata bilməmiş, təcrübədə geniş tətbiq edilən avtomaşını idarə etmək və üzərində sərəncam vermək səlahiyyəti etibarnamə vermək yolu ilə 08.02.2014-cü il tarixdə Cavabdeh1 satmışdır. Tərəflər arasında olan alqı-satqı şərtinə görə Cavabdeh1 kredit üzrə ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavahdeh O.X8 filialının əməkdaşları ilə də tanış etmişdir. Cavabdeh1 12 ay avtomobildən istifadə etmiş və bu müddət ərzində banka ödənişlər etməmişdir. Nəticədə bu hesaba iddiaçının adından banka 4 902,7. ABŞ dolları məbləğində borc yaranmışdır. Cavabdeh1 20.02.2015-ci il tarixdə “Chevrolet Avero” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə cavahdeh X1, onu idarə etməyə və üzərində sərəncam verməyə vermişdir. Cavabdeh T.İsayev 19.05.2015-ei il tarixə kimi avtomobildən istifadə etmiş və bu müddət ərzində banka aylıq ödənişləri ödəməmiş, nəticədə onun hesabına iddiaçının banka 1 225,68 ABŞ dolları məbləğində borcu yaranmışdır. 19.05.2015-ci il tarixdə Cavabdeh1 tərəfindən avtomobil etibarnamə ilə cavabdeh X6 idarə etməyə verilmişdir. Cavabdeh Q.İmanov avtomobildən 1 ay müddətində istifadə etdikdən sonra onu Cavabdeh1 qaytarmış və banka istifadə etdiyi bir ayın ödənişini ödəməməklə iddianın adından banka əlavə 408.56 ABŞ dolları məbləğində borc yaranmışdır. Nəticədə, qeyd olunan 3 nəfər Cavabdeh1, T.İsayev və Q.İmanov tərəfindən iddiaçıya 4 902.72+1225.68+408.36= 6 536.96 ABŞ dolları məbləğində maddi ziyan vurulmuşdur. 2015-ci ilin iyun ayında Cavabdeh1 eyin qaydada, yəni etibarnamə ilə avtomobili Cavabdeh2 idarə edilməyə və üzərində sərəncam verməyə verilmişdir. Cavabdeh2 ona verilmiş etibarnaməyə əsasən bankda İddiaçı təmsil edərək bankla 19.10.2015-ci il tarixi 114360-1-7347 nömrəli Kredit müqavilələrinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı Razılaşma imzalamışdır. Həmin Razılaşmaya görə kreditin müddəti 32 ay müəyyən edilməklə 19.06.2018-ci il tarixədək uzadılmış, aylıq faiz məbləği 18% dən 23%-ə qaldırılmış və qalıq kredit məbləği kapitallaşdırılaraq 13 621.00 ABŞ dolları müəyyən edilmişdir. Cavabdeh2 iddiaçının adından bağlanmış kredit müqaviləsinə dəyişiklik etdikdən sonra kreditin ödəniş cədvəlini də dəyişdirmiş və ödəniş müddəti 32 ay olmaqla hər ay 300 manat məbləğində əsas borc və faiz məbləğinin qaytarılmasına dair öhdəlik götürmüşdür. Lakin sonda Cavabdeh2 da bank qarşısındakı öhdəliyə əməl etməmiş, nəticədə iddiaçının bank qarşısında 13 243.83 abş dollar əsas borc, 101.54 abş dolları faiz, 377.17 abş dolları gecikdirilmiş əsas borc, 2321.20 dollar gecikdirilmiş faiz məbləği, 29,81 abş dolları gecikdirilmiş 377.17 dollar borca hesablanmış faiz məbləği, 52.30 abş dolları cərimə məbləği olmaqla, cəmi 16 125,85 ABŞ dolları məbləğində borcu qalmaqla cavabdehlər tərəfindən ona qeyd olunan məbləğdə maddi ziyan vurulmışdur. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 4902,72 ABŞ dolları, Cavabdeh2 9589,04 ABŞ dolları, Cavabdeh3 408,52 ABŞ dolları və cavabdeh X2 1225,68 ABŞ dollarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, hazırda mübahisəli avtomobilin üzərinə borca görə həbs qoyulmuş, həmin avtomobil cavabdehlərində deyildir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdeh X5 iddia tələbini qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, o, avtomobili X2 idarə etmək üçün almışdır. Aralarında alqı-satqı vəya hər hansı pul məsələsi olmamışdır. Bir müddət avtomobili idarə etdikdən sonra qaytarmışdır. Göstərdiklərinin nəzərə alınmsaını və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbələri barədə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron sistemdən çıxarışdan görünür ki, AB961470 nömrəli şəhadətnamə əsasında İddiaçı məxsus olan “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə 08.02.2014-06.01.2021-ci illərdə Cavabdeh1, 20.02.2015- 16.09.2024-cü illərdə X4, 20.02.2015-08.10.2023-cü illərdə X3 və 19.05.2015-07.02.2021ci illərdə Cavabdeh3 verilmişdir. - 114360-1-7347 nömrəli kredit müqaviləsinə dəuişiklik edilməsi barədə 19 oktyabr 2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən, kredit alan kredit məbləğini tərəflər kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada 32 ay müddət ərizndə istifadə etməyi və 19 iyun 2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə Banka illik 23 faiz ödəməyi öhdəsinə götürmüşdür. - 31 may 2013-cü il tarixli 114360-16-0068 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 19 oktyabr 2015-ci il tarixli 01 saylı razılaşmaya əsasən tərəflər 114360-1- 7347 nömrəli kredit müqaviləsi üzrə mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn öhdəliklərin icra edilməsinin təminatı olaraq “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. - Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(060)-14692 nömrəli qətnaməsinin surətindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 114360-1-7347 saylı, 19.06.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə xitam verilməsi, tələbin banka ipoteka qoyulmuş ipoteka premedi olan Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 16125,85 ABŞ dolları pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. Həmçinin yuxarıda qeyd olunan məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən müəyyən olunur ki, İddiaçı ilkin iddiaçı “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh2 qarşı “Cavabdeh2 borclu qismində cəlb edilməsi, avtomobilin açıq hərracda satılması, borcun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi” tələbinin baxılmamış saxlanılması nəticəsinə gəlinmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İddiaçı həmin avtomobili Bankla bağladığı kredit müqviləsi üzrə öhdəliklərin təminatı olaraq ipoteka qoymuşdur. İddiaçı sözügedən avtomobil ipoteka ilə yüklü edildikdən sonra etibarnamə ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və Tapdıqlı Rafael Əhməd oğluna vermişdir. İddiaçının iddia tələbini dəqiqləşdirilməsi nəzərə alınaraq cavabdeh X5, Tapdıqlı Rafael Əhməd oğlu ilə əvəz edilmişdir. Hazırda iddiaçı həmin cavabdehlərə qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının nümayəndəsinin qeyd etdiyinə görə, iddiaçı, “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq qərarına gəlmiş, avtomobil alınmış kreditin təminatı kimi bankda ipotekada olduğundan iddiaçı onu alqı-satqı yolu ilə sata bilməmiş, təcrübədə geniş tətbiq edilən avtomaşını idarə etmək və üzərində sərəncam vermək səlahiyyəti etibarnamə vermək yolu ilə 08.02.2014-cü il tarixdə Cavabdeh1 və digərlərinə vermişdir. Ona görə də cavabdehlər həmin avtomobildən istifadə etdikləri müddətlər üçün iddiaçının həmin avtomobilə görə banka olan borclarını ödəməli idilər. Cavabdehlər tərəfindən həmin məbləğlər ödənilmədiyi üçün önun üzərinə məhkəmə qətnaməsi ilə borc öhdəliyi qoyulmuş və tutma həmin avtomobilə yönəldilmişdir. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, təfərlər arasında belə bir razılşamanın olmasını təsdiq edən heç bir mötəbər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilib məhkəməyə dəvət edilərək iddia tələbinə münasibətləri öyrənilməyə çalışılsa da, cavabdehlər məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə onu da qeyd edir ki, hazırda mübahisəli “Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehlərdən hər hansı birində deyildir. AVTOMOBİL Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş borcun ödənilməsinə yönəldilmək üçün götürülmüşdür. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(060)-14692 nömrəli qətnaməsinin əsasən, ilkin iddia qismən təmin edilmiş, İddiaçı ilə “Bank VTB (Azərbaycan)” ASC arasında bağlanmış 114360-1-7347 saylı, 19.06.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə xitam verilməsi, tələbin banka ipoteka qoyulmuş ipoteka premedi olan Chevrolet Aveo” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 16125,85 ABŞ dolları pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi qət edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh1 4902,72 ABŞ dolları, Cavabdeh2 9589,04 ABŞ dolları, Cavabdeh3 408,52 ABŞ dolları və cavabdeh X2 1225,68 ABŞ dollarının tutulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X7, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “Cavabdeh1 4902,72 ABŞ dolları, Cavabdeh2 9589,04 ABŞ dolları, Cavabdeh3 408,52 ABŞ dolları və cavabdeh X2 1225,68 ABŞ dollarının tutulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30,0 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar