Məhkəmə qərarları › İş №2(007)-442/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-442/2022

07.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-442/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, 109804-598608/1 nömrəli istehlak kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 26.5% dərəcəsi ilə 5050.00 manat olan kredit verilmişdir. Eyni zamanda, Bank və digər cavabdeh-Cavabdeh2 arasında 18 fevral 2019-cu il tarixli, 109804-598608/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da o, banka olan borcunu ödəməmişdir. 25 noyabr 2021-ci tarixinə cavabdehin banka kredit müqaviləsi üzrə 2414.42 manat əsas borc, 1163.12 manat faiz borcu olmaqla ümumilikdə cəmi 3577.54 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh1 və Cavabdeh2 2414.42 manat əsas borc, 0manat faiz borcu olmaqla ümumilikdə cəmi 3577.54 manat borcun və 56.18 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 109804-598608/1 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya illik 26.5 faizlə 36 ay müddətinə 5050 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müəyyən olunmuş müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı ASC-nin 25.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, 18 fevral 2019-cu il tarixli 109804-598608/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 2414.42 manat əsas borc, 1163.12 manat faiz borcu və olmaqla ümumilikdə cəmi 3577.54 manat borcu vardır. İşə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh1 36 ay müddətinə hər ayın 26-dan gec olmayaraq 206 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 109804-598608/1 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2019-cu il tarixli 109804-598608/1 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsinə dair Cavabdeh2 zamin durmuşdur. İşə əlavə olunmuş kreditin restrukturizasiya haqqında Sərəncamdan görünür ki, Cavabdeh1 verilmiş 18.02.2019-cu il tarixli 109804-598608/1 nömrəli, 5050 manat məbləğində olan kredit restrukturizasiya olunaraq, mövcud müqavilənin müddəti çərçivəsində faiz dərəcəsi 26.5 % olmaqla xidmət haqqı tutulmadan mövcud təminatlar saxlanılmaqla gecikmiş əsas borcun kapitallaşdırılması şərtilə əsas borcun ödənişinə 1 ay güzəşt dövrü verilməli, güzəşt dövrü bitdikdən sonra qalıq məbləğ annuitet ödəniş qaydasında bərabər hissələrə ödənilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 18.02.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 10010 saylı debet krediti əldə etmiş və hesabda 5050 manat balans olmuşdur. İşə əlavə olunmuş 23.09.2021-ci il tarixli cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, "xxxx" ASC ilə borclu arasında bağlanmış 18 fevral 2019-cu il tarixli, 109804-598608/1 nömrəli Kredit xətti müqaviləsinə əsasən cavabdehə 5050 (beş min əlli) manat məbləğində kredit xətti ayrılmışdır. O, ödəməli olduğu 236.35 manat borcunu ödəməyərək imzası ilə təsdiq etdiyi müqavilənin şərtini pozmuşdur. Bu səbəbdən, borclu olduğu 2414.42 manat əsas borc, 247.59 manat faiz borcu və 437.67 manat cərimə olmaqla, cəmi 3099.68 manat məbləğində vəsaiti xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq banka ödəməyi ondan tələb olunur. Bununla əlaqədar Cavabdeh1 xəbərdar edilir ki, 3099.68 manat borcun 28 sentyabr 2021 il tarixinədək ödənilmədiyi təqdirdə onu işi Hüquq Departamentinə təqdim ediləcək və barəsində məhkəmə qaydasında qanunvericiliyə uyğun daha ciddi tədbirlər görüləcəkdir. İşə əlavə olunmuş 26.11.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC məhkəməyə müraciət etmək üçün 56.18 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 18 fevral 2019-cu il tarixli 109804-598608/1 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zamin isə zaminlik müqaviləsi üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınmasının zəruri olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2414.42 manat əsas borc, 1163.12 manat faiz borcu olmaqla ümumilikdə cəmi 3577.54 manat borc və 56.18 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2414.42 manat əsas borc, 1163.12 manat faiz borcu olmaqla ümumilikdə cəmi 3577.54 manat borc və 56.18 manat ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar