Məhkəmə qərarları › İş №2(007)-443/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-443/2020

24.09.2020 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-443/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakı iştirakı ilə, İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə əmlakın qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi və iddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun bir hissəsinin ödənilmiş hesab edilməsi və ödənilməyən pulun hissə-hissə ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əmlak Məsələləri Dövlət Komitəsi Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə əmlakın qaytarılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 322,3 kv.m olan "Mebellərin təmiri emalatxanasının" alqı-satqısına dair 13.12.2017-ci il tarixli, 3775 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 17000 (on yeddi min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının 26.05.2000-ci il tarixli Qanununa, Azərbaycan Respublikası Prezidentinin 10.08.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ünvan 1 ünvanında yerləşən, sahəsi 322,3 kv.m olan “Mebellərin təmiri emalatxanası” satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ilə alıcı Cavabdeh arasında bağlanılmış 13.12.2017-ci il tarixli, 3775 nömrəli alqı-satqı müqaviləsinə əsasən 90000 (doxsan min) manata Cavabdeh satılmışdır. Cavabdeh ona satılmış qeyri-yaşayış sahəsinin müqavilə üzrə müəyyən edilmiş satış qiymətindən 17000 (on yeddi min) manat ödəmiş, digər hissənin, yəni 73000 (yetmiş üç min) manatın ödənilməsini həyata keçirməmişdir. Alıcı bununla alqı- satqı müqaviləsinin şərtlərini, həmçinin bir sıra mülki hüquq normalarını pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsinin 2.2.2-ci bəndinə əsasən alıcı müqavilə imzalandığı andan 30 (otuz) gün müddətində əmlakın tam dəyərini, yəni 90000 (doxsan min) manatı satıcının Azərbaycan Respublikasının Mərkəzi Bankındakı tranzit hesabına köçürməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, alıcı həm müqaviləyə, həm də mülki hüquq normalarına əsasən satın aldığı əmlakın dəyərini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə (30 gün ərzində) ödəməyə borclu olsa da, bu vəzifəsini icra etməmiş, bununla müqavilənin şərtlərini və Mülki Məcəllənin normalarını pozmuşdur. Alıcı əmlakın dəyərini tam ödəmədiyinə görə onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində qalmışdır və cavabdehin həmin əmlak üzərində faktiki sahibliyi qanunsuzdur. Bundan başqa, alıcı müqavilənin şərtlərini icra etməməklə əmlakın mülkiyyətçisinə (dövlətə) maddi ziyan da vurmuşdur. Alıcı müqavilədə nəzərdə tutulmuş əmlakın dəyərini tam ödəməmiş, bununla satıcını dövlət əmlakının satışından dövlət büdcəsinə daxil olmalı olan gəlirdən qismən məhrum etmişdir. İddiaçı Cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun bir hissəsinin ödənilmiş hesab edilməsi və ödənilməyən pulun hissə-hissə ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsinin iddia ərizəsinin təmin edilməməsi, iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış ünvan 2 ünvanda yerləşən, sahəsi 322,3 kvm olan “Mebellərin təmiri emalatxanasının” alqı-satqısına dair 13.12.2017-ci il tarixli, 3775 nömrəli müqaviləsinə əsasən, 23.000 manat ödənilmiş hesab edilməsi, ödənilməyən 68.000 manatın 4-ay müddətindəhissə-hissə hər ay 17.000 manatCavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla iddiaçı arasında alqı-satqı müqaviləsi bağlananda aralarında şifahi razılaşma əldə edilmişdir ki, 90.000 manat hissəhissə ödəniləcəkdir. Ona satıcı tərəfindən alqı-satqı müqaviləsinə imza etdirildi, lakin müqavilənin bir nüsxəsi ona verilmədi, bu günə kimi 13.12.2017-ci il tarixli 3775 nömrəli alqı-satqı müqaviləsi ilə tanış edilməmişdir və müqavilənin şərtlərindən xəbəri yoxdur. O, müqaviləyə imza etmiş, lakin oxumağa imkan verməmişlər, müqavilənin sürətini ünvana göndəriləcəyini bildirmişlər. Lakin bu günə kimi göndərilməmişdir. Hal-hazırda o, 73.000 manat borcdan 5.000 manat ödəmişm, onun iddiaçıya 68.000 manat borcu qalıb. Həmin borcu 4-ay müddətinə hissə-hissə hər ay 17.000 manatödəməyə imkanı olacaqdır. İddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsi qeyri-yaşayış sahəsinin boşaldılması və ödənilən 17.000 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi əsassız və qanunsuzdur. Belə ki, faktiki olaraq onun tərəfindən 322,3 kvm torpaq sahəsi özəlləşdirilmişdir. Özəlləşdirilməyəçıxarılan əmlak olmamış, qeyri-yaşayış sahəsində tikililər və avadanlıqlar onun şəxsi pul vəsaiti hesabına tikilmiş və alınmışdır. Satıcıya heç bir ziyan vurulmamışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh ilkin iddianın təmin olunmaması qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi qismən təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli, 3775 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən “mebellərin təmiri emalatxanası”nı alıcı Cavabdeh satmışdır. Satış qiyməti 90 000 manat müəyyən olunmuşdur. Alıcı alınmış müəssisəsinin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətinə və yaxud 22 yanvar 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Cavabdeh göndərilmiş 31 iyul 2019-cu il tarixli bildirişin surətindən görünür ki, alıcı Cavabdeh 13 dekabr 2017-ci il tarixli müqavilə üzrə satış qiyməti olan 90 000 manatdan 12 000 manatını ödədiyi, qalan məbləği ödəmədiyi və 10 gün müddətində həmin məbləğ ödənilməzsə müqavilənin ləğv olunacağı barədə xəbərdar edilmişdir. İş materiallarında olan 17 yanvar 2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına 5000 manat ödəniş edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli, 3775 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən, satıcı Əmlak Məsələləri Dövlət Komitəsi ünvan 3 ünvanında yerləşən “mebellərin təmiri emalatxanası”nı alıcı Cavabdeh satmışdır. Satış qiyməti 90 000 manat müəyyən olunmuşdur. Alıcı alınmış müəssisəsinin dəyərini müqavilə bağlandığı andan 30 gün müddətinə və yaxud 22 yanvar 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı müqavilə üzrə götürdüyü öhtəliyi vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə ilkin iddia tələbini “Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 1 ünvanında yerləşən, sahəsi 322,3 kv.m olan "Mebellərin təmiri emalatxanasının" alqı-satqısına dair 13.12.2017-ci il tarixli, 3775 nömrəli müqavilənin ləğv edilməsi” hissədə əsaslı sayır. Belə ki, tərəflər arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh satılması və satış qiymətinin 90 000 manat müəyyən olunmsaı işin mübahisəsiz halıdır. İş materiallarında ola sübut növləri ilə, o cümlədən Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiklərindən müəyyən olunmuşdur ki, o sözügedən müqavilə üzrə öhdəliklərini tam icra etməmiş, və beləliklə müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd olunan maddi normalarının tələblərindən çıxış edərək hesab edir ki, 13 dekabr 2017-ci il tarixli müqavilənin ləğv edilməsi üçün əsaslar yaranmışdır. Məhkəmə ilkin iddia tələbinin “müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 17000 (on yeddi min) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi” hissəsini qismən əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh müqavilədə nəzərədə tutulmuş məbləği vaxtında ödəməmiş, və beləliklə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 5100 manat məbləğində pul vəsaiti əldən çıxmış fayda qismində tutulmalı və iddia həmin hissədə qismən təmin edilməldir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “iddiaçı AR Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış ünvan 2 ünvanda yerləşən, sahəsi 322,3 kvm olan “Mebellərin təmiri emalatxanasının” alqı-satqısına dair 13.12.2017-ci il tarixli, 3775 nömrəli müqaviləsinə əsasən, 23.000 manat ödənilmiş hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarında olan 17 yanvar 2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına 5000 manat ödəniş edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki qarşılıqlı iddia həmin hissədə qismən təmin edilməli, ilkin iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra qarşılıqlı iddiaçının ödədiyi 5000 manat məbləğində ödəniş nəzərə alınmalı, sözügedən13.12.2017-ci il tarixli müqavilə üzrə Cavabdeh tərəfindən ödənilmiş ümumi məbləğ 22 000 manat müəyyən edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “ödənilməyən 68.000 manatın 4-ay müddətindəhissə-hissə hər ay 17.000 manatCavabdeh tərəfindən ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qarşılıqlı iddiaçı ərizəsi ilə onun üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir, hansi ki iddiaçının özünün üzərinə öhdəlik qoyulması tələbi nəzərədə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli,Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 3 ünvanında yerləşən, sahəsi 322.3 kv.m olan “mebellərin təmiri emalatxanası”nın alqı-satqısına dair 13 dekabr 2017-ci il tarixli, 3775 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış 13 dekabr 2017-ci il tarixli, 3775 nömrəli müqavilə üzrə 5100 manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinə vurulmuş zərərin əvəzi kimi qəbul edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 2 ünvanda yerləşən, sahəsi 322,3 kvm olan “Mebellərin təmiri emalatxanasının” alqı-satqısına dair 13.12.2017-ci il tarixli, 3775 nömrəli müqaviləsi üzrə Cavabdeh tərəfindən 22.000 manat ödənilmiş hesab edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddiaçının ödəməkdən azad olunduğu dövlət rüsumu qarşılıqlı iddiaçıdan tutlaraq dövlət büdcəsinə köçürülməli, qarşılıqlı iddiaçının ödədiyi dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, ünvan 3 ünvanında yerləşən, sahəsi 322.3 kv.m olan “mebellərin təmiri emalatxanası”nın alqısatqısına dair 13 dekabr 2017-ci il tarixli, 3775 nömrəli müqavilə ləğv edilsin və həmin qeyri yaşayış sahəsi boşaldılaraq Əmlak Məsələləri Dövlət Komitəsinə təhvil verilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanılmış 13 dekabr 2017-ci il tarixli, 3775 nömrəli müqavilə üzrə 5100,00 manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsinə vurulmuş zərərin əvəzi kimi qəbul edilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 2 ünvanda yerləşən, sahəsi 322,3 kvm olan “Mebellərin təmiri emalatxanasının” alqısatqısına dair 13.12.2017-ci il tarixli, 3775 nömrəli müqaviləsi üzrə Cavabdeh tərəfindən 22.000 manat ödənilmiş hesab edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlkin iddiaçının ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar