Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1811/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xx/xx/0043 saylı, xx xxxxxx 2018-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə borcun ödənilməsi və lizinq obyektinin zəruri sənəd və ləvazimatları ilə birlikdə mülkiyyətçiyə qaytarılması tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx/xx/0043 saylı, xx xxxxxx 2018-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 732,45 manat, cərimə üzrə 300 manat olmaqla, cəmi 1032,45 manat məbləğində borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və lizinq obyekti sayılan, dəyəri 2400 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışı olan, İtaltermik 24 kVt markalı divardan asılan məişət qazanı, 1 ədəd divardan asılan məişat qazanı asqı seti, 1ədəd stabilizator, 1ədəd qaz requlyatoru, 2 ədəd pol oborot vintil 25 mm, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 60 ədəd boru 25 mm, 30 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 25 mm, 14 ədəd troynik 25-20, 5 ədəd rekor 90*20 mm, 50 ədəd xamut 25 mm cüt, propka və şurup, 30 ədəd xamut 20mm cüt, propka və şurup, zəruri sənədlər və ləvazimatları ilə birlikə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, xx/xx/0043 saylı, xx xxxxxx 2018-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə liznq obyekti sayılan, lizinq obyekti sayılan, dəyəri 2400 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışı olan, İtaltermik 24 kVt markalı divardan asılan məişət qazanı, 1 ədəd divardan asılan məişat qazanı asqı seti, 1ədəd stabilizator, 1ədəd qaz requlyatoru, 2 ədəd pol oborot vintil 25 mm, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 60 ədəd boru 25 mm, 30 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 25 mm, 14 ədəd troynik 25-20, 5 ədəd rekor 90*20 mm, 50 ədəd xamut 25 mm cüt, propka və şurup, 30 ədəd xamut 20mm cüt, propka və şurup, zəruri sənədlər və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması və dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx/xx/0043 saylı, xx xxxxxx 2018-ci Daxili maliyyə lizinq müqaviləsi bağlanmışdır. lizinq müqaviləsinə əsasən, iddiaçı dəyəri 2400 manat olan iddiaçıya məxsus 1 ədəd 2017-ci il buraxılışı olan, İtaltermik 24 kVt markalı divardan asılan məişət qazanı, 1 ədəd divardan asılan məişat qazanı asqı seti, 1ədəd stabilizator, 1ədəd qaz requlyatoru, 2 ədəd pol oborot vintil 25 mm, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 60 ədəd boru 25 mm, 30 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 25 mm, 14 ədəd troynik 25-20, 5 ədəd rekor 90*20 mm, 50 ədəd xamut 25 mm cüt, propka və şurup, 30 ədəd xamut 20mm cüt, propka və şurup cavabdehin istifadəsinə və sahibliyinə vermişdr. İddiaçı lizinq oyekti olan kombi ilə onun avadanlıqlarının tələb edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, İddiaçı MMC-dən kombi götürmüş və aybaay ödəmişdir. 6-7 ay sonra uşağı xəstələlənmiş və uşağı müalicə üçün İrana aparmışdır. O, 1,5 ay müddətində İranda qalmışdır. O, Bakıya gəldikdən sonra İddiaçı MMC tərəfindən ona yeni qrafik açmaqları təklif olunmuşdur. Lakin sonra iddiaçı şirkət onu məhkəməyə verəcəyini bildirmişdir. Ödəniş çekləri evdə olduğuna görə o, indiyənədək nə qədər ödəniş etdiyini dəqiq bilmir. Onun 734 manat borcu qalmışdır. İddiaçı MMC ona 2020-ci ilin iyun ayında zəng etmiş və o, 200 manat ödəmək istədiyini bildirmişdir. Lakin iddiaçı şirkət ona ödəniş etməməsini və artıq onu məhkəməyə verdiklərini bildirmişdir. 7 ildir ki, o, “Araz Supermarket” də işləyir. Evin tək oğludur və atası bu yaxınlarda dünyasını dəyişmişdir. Borcunu aybaay ödəyəcəkdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, xx/xx/0043 saylı lizinq müqaviləsindən görünür ki, Cavabdeh həqiqətən də İddiaçı MMC ilə lizinq müqaviləsi bağlamışdır. İş materiallarında olan Maliyyə arayışında görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx/xx/0043 saylı, xx xxxxxx 2018-ci il tarixli lizinq müqaviləsinə əsasən ödənilməmiş lizinq ödənişləri üzrə 732,45 manat, cərimə üzrə 300 manat olmaqla, cəmi 1032,45 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında xx xxxxxx 2018-ci il tarixli xx/xx/0043 saylı lizinq müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx xxxxxx 2018-ci il tarixli xx/xx/0043 saylı lizinq müqaviləsi üzrə cavabdeh (borcalan) Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə ( lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə kredit müqaviləsini əhəmiyyətli dərəcədə pozublar. Ona görə də xx xxxxxx 2018-ci il tarixli xx/xx/0043 saylı lizinq müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi də təmin olunmalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli xx/xx/0043 saylı lizinq müqaviləsinə əsasən, lizinq obyekti olan dəyəri 2400 manat olan iddiaçıya məxsus 1 ədəd 2017ci il buraxılışı olan, İtaltermik 24kVt markalı divardan asılan məişət qazanı avadanlığına dair mötəbər sübutları iddiaçı məhkəməyə təqdim etmədiyindən, iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbi tərəflər arasında bağlanmış xx/xx/0043 saylı, xx xxxxxx 2018-ci il tarixli lizinq müqaviləsinin ləğv edilməsi və lizinq obyekti olan 1 ədəd divardan asılan məişat qazanı asqı seti, 1ədəd stabilizator, 1ədəd qaz requlyatoru, 2 ədəd pol oborot vintil 25 mm, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 60 ədəd boru 25 mm, 30 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 25 mm, 14 ədəd troynik 25-20, 5 ədəd rekor 90*20 mm, 50 ədəd xamut 25 mm cüt, propka və şurup, 30 ədəd xamut 20mm cüt, propka və şurup, zəruri sənədlər və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli xx/xx/0043 saylı lizinq müqaviləsi ləğv edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli xx/xx/0043 saylı lizinq müqaviləsinə əsasən, lizinq obyekti olan 1 ədəd divardan asılan məişat qazanı asqı seti, 1ədəd stabilizator, 1ədəd qaz requlyatoru, 2 ədəd pol oborot vintil 25 mm, 50 ədəd radiator, 5 ədəd radiator asqı seti, 10 ədəd radiator vintili köşə, 1 ədəd tangit ip 80 sm, 1 ədəd suşilka 80, 2 ədəd suşilka vintili, 40 ədəd boru 20 mm, 60 ədəd boru 25 mm, 30 ədəd dirsək 90*20 mm, 30 ədəd dirsək 90*25 mm, 6 ədəd keçid 25*20, 10 ədəd mufta 25 mm, 14 ədəd troynik 25-20, 5 ədəd rekor 90*20 mm, 50 ədəd xamut 25 mm cüt, propka və şurup, 30 ədəd xamut 20mm cüt, propka və şurup, zəruri sənədlər və ləvazimatları ilə birlikdə Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1811/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1811/2020
06.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver