Məhkəmə qərarları › İş №2(102)-2400/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2400/2021

24.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2400/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının Cavabdeh qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi və əmlakın qaytarılması” tələbinə dair iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiadan imtina edilməsi, icraat xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3985/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayə ti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları və birinci, apellyasiya və kassasiya instansiya məhkəməsində icraat İddiaçı qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 16 iyun 2016-cı il tarixdə 10 saylı notariat kontorunda 4Ə-71 nömrəli reyestrlə qeydə alınmış bağışlanma müqaviləsinin ləğv edilməsi və cavabdehə verdiyi 10110 manat dəyərində qızıl ziynət və ev əşyalarının və 600 manat pulun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, aşağıda adları göstərilən əmlaklar - ev və mətbəx əşyaları olan Piano “S moleks”, qədimi qoz ağacından güzgülü termo, ingilis servisi, alman servisi 2 ədəd, qədimi çəngəl gümüş 6 ədəd, qədimi bıçaq gümüş 6 ədəd, qədimi qaşıq gümüş 6 ədəd, bahalı qazanlar 3 ədəd, xrustal çexiya konyak pribor, gül qabı, konfet qabları 4 ədəd, xrustal Çexiya meyvə qabı 1 ədəd, çexiya külqabı, qu tükündən yorğan 1 ədəd, atasının Birinci Dünya müharibəsindən qalan medalları, qədim padnos ikili dəstə, nikelli padnos - 1 ədəd, qədim mis qablar, Hindistan bardaqı - 1 ədəd, qədim fiqurlar - 5 ədəd, kompüter, şifoner, servant, taxta çarpayı, termos Hindistan, termos Almaniya mallarının Cavabdeh alınaraq İddiaçı qızına qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 667.1, 668.1- 668.1.5, 670.1, 670.3, 673-cü maddələrinə əsaslanaraq qeyd etmişdir ki, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə, hədiyyə vəd verildikdən sonra hədiyyə verənin son dərəcə ağır yükə çevrilə biləcəyi dərəcədə dəyişdikdə və ya hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəliklərin yaranması bağışlama barəsində verdiyi vədin ləğv edilməsi və onun icrasından imtina etdikdə bağışlamaqdan imtina edilə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunanların mövcud olması ilə b ağlı iddiaçı İddiaçı qızı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olumamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə rədd olunmalıdır. İddiaçı qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10167/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə, İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsinin verilmiş apellyasiya şikayətinə münasibətdə və mübahisələndirilən hissədə dəyişdirilmədən sax lanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. İddiaçı qızı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(102)-302/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10167/2019 saylı 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsaslığını müəyyən etmək üçün iddia çı ilə cavabdeh arasında olan mübahisəli hüquq münasibətlərində Azərbaycan Respublikası MM-in 673.1-ci maddəsinin şərtlərin mövcud olub-olmamasının yoxlanılması əhəmiyyət kəsb etdiyi halda həmin hallar tam araşdırılmamış və həmin hallara müvafiq hüquqi qiymət verilməmişdir Həmçinin işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilə bağlandıqdan bir müddət sonra iddiaçıya qulluq göstərmədiyini və onun qayğısına qalmadığını etiraf edir, lakin bunu iddiaçının ona qarşı törətdiyi maneəçiliklə əlaqələndirir. Ona görə məhkəmə kollegiyası hesab etmişdir ki, bu halların aydınlaşdırılması üçün iddiaçı ilə cavabdeh arasındakı bağışlama müqaviləsindən əvvəl və sonrakı münasibətlərin xarakteri və məzmunu araşdırılmalı, bağışlamadan əvvəl cavabdehin iddiaçıya qulluq edib-etməməsi və əgər qullu q edibsə bağışlamadan sonra cavabdehin iddiaçıya qarşı münasibətinin dəyişib-dəyişməməsi, dəyişdiyi halda bunun səbəbləri araşdırılmalı, araşdırılmış hallara uyğun mübahisəyə hüquqi qiymət verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı qızının apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(010)-1300/2019 saylı qətnaməsi bağışlama müqaviləsinin ləğv olunmasının rədd edilməsi hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilmiş, İddiaçı qızı ilə Cavabdeh arasında x ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış və 16 iyun 2016-cı il tarixdə 10 saylı notariat kontorunda təsdiq edilmiş bağışlanma müqaviləsi ləğv edilmiş, qətnamə, iddiaçının apelly asiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında qeyd olunduğu kimi qanunverici bağışlama müqaviləsinin öhdəliklə şərtləndirilməsini, yəni bağışlamanı müəyyən şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilməsini istisna etməmişdir. Bu cür öhdəlikdən biri hədiyyə alan üçün Mülki Məcəllənin 673.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Demək həmin maddənin tələbinə əsasən cavabdehin iddiaçı qarşısında bir öhdəliyi, həmdə mənəvi borcu olmuşdur. Əks halda iddiaçının da xüsusi mülkiy yətində olan mənzili cavabdehə bağışlamasının başqa motivi olmalıydı. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh üzərinə qanunda nəzərdə tutulan, yəni iddiaçı olan xalasına qulluq edib qayğı göstərəcəyi barədə öhdəlik götürmüşdür. Lakin bağışlama müqaviləsi bağlandıqdan və mənzil xüsusi mülkiyyətinə keçdikdən sonra bu öhdəlikləri yerinə yetirməkdən imtina etməyə başlamışdır. Məhz buna görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Bağışlama müqaviləsinin əvəzsiz olması həmişə hədiyyə alanı öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, bu cür öhdəliklər açıq-aşkar bilavasitə müqavilənin şərtlərində nəzərdə tutulmasa da müqavilə bağlananadək tərəflər bunu öz aralarında danışaraq razılaşdırırlar. Yəni, ağlabatan mühakimə də hansısa şəxsin öz əmlakını heç bir səbəb o lmadan başqasına, özü də bilavasitə yaxın qohumu olmayan şəxslərə bağışlanmasının mümkünsüz olduğunu labüd edir. Bununla yanaşı, iddiaçı mənzili bacısı qızına bağışlamaqla hansısa bəhrələnmək məqsədi güdməmişdir. Bunu cavabdeh də inkar etmir. İddiaçı sadəcə hədiyyə alan cavabdehin ona qayğı və qulluq göstərməsini istəmişdir. Bu cür öhdəlik bağışlamanın əvəzsizliyinə zidd deyil, iddiaçının zəngilləşdirmir və ya onun hansısa maddi təminat alması ilə bağlı deyil. Cavabdeh bağışlanan mənzildən zənginləşsə də iddiaçı qarşısında daha çox əxlaqla bağlı olan hüquqi öhdəliklərini də yetirməlidir. Bunun yerinə yetirilməməsi də iddiaçıya pozulmuş hüquqlarının bərpa edilməsini tələb etmək hüququ verir. Buna görə də cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Əks halda iddiaçının bağışlama müqa viləsindən imtina etməsi cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi iddia tələblərinin digər hissələri, yəni qızıl-zinət və pul tələbi hissələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış. Çünki, iddiaçı həqiqətən tələbin bu hissələri üzrə məhkəməyə mötəbər sübut təqdim etməmiş və istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Kassasiya instansiya məhkəməsi də apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam ləğv etsə də qərarında tələbin bu hissələri ilə bağlı hansısa maddi və prosessual hüquq normalarının pozulmasını göstərməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673-cü maddəsinə istinadən əsaslandırmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsinin 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tam və hərtərəfli araşdırma aparılmayaraq maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. İddiaçı qızı tərəfindən imzalanmış, notarial qaydada təsdiq edilmiş və 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olmuş ərizədə qeyd edilmişdir ki, İddiaçı qızının Cavabdeh qarşı “bağışlanma müqaviləsinin ləğv edilməsi və əmlak” tələbi nə dair mülki iş üzrə iddiaçı cavabdehlə barışmış, aralarında heç bir narazılıq qalmamışdır. Ona görə də Cavabdeh qarşı hazırki iddia tələbindən imtina edir. İddiaçı cavabdehlə barışmasının nəzərə alınaraq müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Cavabdehin vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qərar qəbul edilərkən iddiaçının iddiadan imtina etməsi barədə ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri b arədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Maddə 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina et məsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0 və 261.0.4-cü maddələrinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Maddə 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 417.1.5-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddiaçı tərəfindən iddiadan imtina edildiyindən məhkəmə kollegiyası cavabdehin kasasiya şikayəti üzrə hər han sı bir araşdırma aparmır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası qanunvericiliyin normalarına görə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtinasının qəbul olunmaması üçün əsaslar yoxdur, iddiadan imtina iddiaçının iradəsinə uyğundur, ərizə notarial qaydada təsdiq edilmişdir. Məhkəmə kollegiyası İddiaçı qızının iddiadan imtina edilməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı şəxsin hüquq və mənafelərini pozmadığından qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3985/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 261, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qızının iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3985/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar