Məhkəmə qərarları › İş №2(103)-2787/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2787/2021

15.03.2021 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2787/2021 15.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası X1 Komitəsinin Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə əmlakın qaytarılması tələbinə dair” ilkin, Cavabdeh Azərbaycan Respublikası X1 Komitəsinə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun bir hissəsinin ödənilmiş hesab edilməsi və ödənilməyən pulun hissə-hissə ödənilməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)-443/2020 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən e t d i: İddiaçı Azərbaycan Respublikası X1 Komitəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 F, Qapı 3 ünvanında yerləşən, sahəsi 322,3 kv.m olan "Mebellərin təmiri emalatxanasının" alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3775 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X1 Komitəsinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 17.000 manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh Azərbaycan Respublikası X1 Komitəsinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Komitəsinin iddia ərizəsinin təmin edilməməsi, X1 Komitəsi ilə aralarında bağlanmış ünvan 2 ev, Qapı 3 ünvanda yerləşən, sahəsi 322,3 kvm olan “Mebellərin təmiri emalatxanasının” alqı-satqısına dair xx.xx.2017ci il tarixli 3775 nömrəli müqaviləsinə əsasən, 23.000 manatın ödənilmiş hesab edilməsi, ödənilməyən 68.000 manatın 4-ay müddətində hissə-hissə hər ay 17.000 manat tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 443/2020 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, X1 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42F, qapı 3 ünvanında yerləşən, sahəsi 322.3 kv.m olan “mebellərin təmiri emalatxanası”nın alqı-satqısına dair xx xxxxxx 2017-ci il tarixli 3775 nömrəli müqavilənin ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X1 Komitəsinə təhvil verilməsi, X1 Komitəsi ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2017-ci il tarixli 3775 nömrəli müqavilə üzrə 5100,00 manat məbləğində pul vəsaitinin X1 Komitəsinə vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, X1 Komitəsi ilə Cavabdeh arasında bağlanmış ünvan 2 ev, Qapı 3 ünvanda yerləşən, sahəsi 322,3 kv.m olan “Mebellərin təmiri emalatxanasının” alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3775 nömrəli müqaviləsi üzrə Cavabdeh tərəfindən 22.000 manatın ödənilmiş hesab edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddiaçının ödəməkdən azad olunduğu 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməsi, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və X1 Komitəsinin iddia ərizəsinin təmin edilməməsi, X1 Komitəsi ilə aralarında bağlanmış ünvan 2 ev, Qapı 3 ünvanda yerləşən, sahəsi 322,3 kvm olan “Mebellərin təmiri emalatxanasının” alqı-satqısına dair xx.xx.2017-ci il tarixli 3775 nömrəli müqaviləsinə əsasən 22.000 manatın ödənilmiş hesab edilməsi, ödənilməyən 68.000 manatın 4-ay müddətində hissə-hissə hər ay 17.000 manat tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X1 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış iddiadan imtina barədə ərizədə bildirilmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 3775 nömrəli alqı-satqı müqaviləsinə əsasən satın aldığı qeyriyaşayış sahəsinin dəyərini tam olaraq ödədiyindən mülki işin məhkəmədə baxılmasına zərurət aradan qalxmışdır, odur ki, Cavabdeh qarşı qaldırılmış iddiadan imtina edərək, mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh ərizə təqdim edərək, xx.xx.2017-ci il tarixli 3775 nömrəli alqı-satqı müqaviləsinə əsasən X1 Komitəsinə, indiki İqtisadiyyat Nazirliyi yanında X1 Xidmətinə emalatxananın 90.000 manat dəyərini tam ödədiyini və borcunun olmadığını bildirərək, qarşılıqlı iddia ərizəsindən imtinasının qəbul edilməsini, qətnamənin ləğv edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçının nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya izahatı dinləyib, ilkin iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının iddiadan imtina barədə ərizələrini və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizələr qəbul edilərək birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiadan imtina qəbul olunmalı, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 391-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş iddiadan imtina qəbul edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(007)- 443/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar