Məhkəmə qərarları › İş №2(007)-443/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-443/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-443/2022 14.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 10120,25 manat məbləğində əsas borc və 2705,69 manat faiz borcu olmaqla, ümumilikdə 12825,94 manat borcun və 128,88 manat məbləğində dövlət rüsumunun tutularaq “Expressbank" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2020 il tarixli, 106840-516752/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 10450 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər Cavabdeh3 arasında 28 dekabr 2020 il tarixli, 106840-516752/5 nömrəli və Cavabdeh2 arasında 28 dekabr 2020 il tarixli, 106840-516752/5/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan torofindən 20 dekabr 2020-ci tarixli, 106840-516752/5 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin vo cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da. onlar Banka olan borclarını ödəməmişlər. 25 noyabr 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 10120,25 manat məbləğində əsas borcu və 2705,69 manat faiz borcu olmaqla, ümumilikdə 12825,94 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Beləliklə, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə gorə yaranmış borc cavabdehlərdən tutulmalıdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, izahat verərək bildirmişdir ki, kredit müqaviləsi üzrə hesablanmış əsas borc məbləği ilə razıdır, lakin faiz borcu ilə razı deyil. Birlikdə iş gördüyü şəriki onu aldatmışdır. Belə ki, onda edilmiş ödənişlərə qəbzlər var. Hesab edir ki, iş üzrə hesablanmış kredit borcu düzgün deyil. İddiaçının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Həmçinin, məlumat üçün bildirir ki, borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmamışdır. Qeyd edilənlərə əsasən işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 106840- 516752/5 saylı kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10450 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 oğlu 24 ay müddətində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə pul vəsaitini həmin tarixdə İddiaçı ASC-dən almışdır; - xx.xx.2020-ci il tarixli 106840-516752/5 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 xx.xx.2020-ci tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; - xx.xx.2020-ci il tarixli 106840-516752/5/2 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 xx.xx.2020-ci tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh1 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır; - İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun xx.xx.2020-ci il tarixli 106840-516752/5 saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 10120,25 manat əsas, 2705,69 manat faiz borc, cəmi 12825,94 manat məbləğində borcu vardır; - İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli xəvərdarlığından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 04 aprel 2021-ci il tairixnədək borcunu ödəmədiyi təqdirdə barələrində məhkəmə qaydasında iddia qaldırılacağı barədə xəbərdar olunmuşlar; - xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 128,48 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/2686 saylı rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən borcalan Cavabdeh1 tərəfindən İddiaçı ASC-dən alınmış xx.xx.2020-ci il tarixli, 106840-516752/5 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə (iddia ərizsində tələb olunan tarixədək) 10118,83 manat əsas borcu və 2337,45 manat faiz borcu olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 28 dekabr 2020 il tarixli, 106840-516752/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 28% dərəcəsi ilə 10450 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər Cavabdeh3 arasında 28 dekabr 2020 il tarixli, 106840-516752/5 nömrəli və Cavabdeh2 arasında 28 dekabr 2020 il tarixli, 106840-516752/5/2 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan torofindən 20 dekabr 2020-ci tarixli, 106840-516752/5 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin vo cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da. onlar Banka olan borclarını ödəməmişlər. 25 noyabr 2021-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 10120,25 manat məbləğində əsas borcu və 2705,69 manat faiz borcu olmaqla, ümumilikdə 12825,94 manat məbləğində kredit borcu yaranmışdır. Lakin Cavabdeh1 kredit borcunun ödənilməsi ilə bağlı üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2020-ci tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 xx.xx.2020-ci il tarixli 011CASA193170002 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşlər. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh1 iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixli 106840-516752/5 saylı kredit müqaviləsi üzrə 10120,25 manat əsas, 2705,69 manat faiz borc, cəmi 12825,94 manat borcu mövcuddur. Məhkəmə araşdırması zamanı cavabdehin vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli 9/2686 saylı rəydən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2021-ci il tarixə İddiaçı ASC olan əsas borcu 10118,83 manat və faiz borcu 2337,45 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə işin faktiki halları ilə qarşılıqlı tədqiq edib rəyi qəbul edərək hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10118,83 manat məbləğində əsas borc və 2337,45 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10118,83 manat əsas borc və 2337,45 manat faiz borcu olmaqla, cəmi 12456,28 manat borc tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan İddiaçı ASC tərəfindən 128,88 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2022-ci il tarixli 9/2686 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 128,88 manat dövlət rüsumunun 4,1 manatı iddiaçıya, 124,78 manatı cavabdehlərə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 145 manatın 4,18 manatı iddiaçıdan, 140,82 manatı cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 10118,83 manat əsas borc və 2337,45 manat faiz borcu olmaqla, cəmi 12456,28 manat borc və ödənilmiş 124,78 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 4,1 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pulun 4,18 manatı Expressbank” ASC-dən və 140,82 manatı isə Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar