Məhkəmə qərarları › İş №2(007)-4473/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-4473/2021

02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-4473/2021 02.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, ərizə verilərkən iddiaçı pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 150.0.5-ci maddəsinə əsasən, iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2(007)-4312/2021 saylı qərardadının surətindən görünür ki, iddiaçı cavabdehin ünvan 1 ünvanında yaşadığını təsdiq edən sənədi- yəni, cavabdehin şəxsiyyət vəsiqəsinin surətini və MAPS arayışını əlavə etmədiyindən, o cümlədən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə cavabdehin rəsmi qeydə alındığı yeri müəyyənləşdirmək mümkün olmadığından məhkəmə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almış, o cümlədən ərizədə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ərazi aidiyyəti üzrə müvafiq rayon məhkəməsinə müraciət etməsi iddiaçıya izah edilmişdir. Hazırkı iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə nəzər yetirdikdə isə müəyyən olunur ki, iddiaçı yuxarıda qeyd olunan qərardadda göstərilən nöqsanları aradan qaldırmadan eyni iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmiş, hazırkı iddia ərizəsinə cavabdehin ünvan 1 ünvanında yaşadığını qeyd edərək, bunu təsdiq edən sübut qismində sadəcə 26 saylı MKİS arayışını təqdim etmiş, cavabdehin şəxsiyyət vəsiqəsinin surətini və ya MAPS Şöbəsinin arayışını ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı, “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə yoxlama zamanı cavabdehin “şəxsiyyət vəsiqəsi məlumatları” barədə heç bir məlumat aşkar edilməmişdir, hansı ki, göstərilən hal məhkəmə icraatının mümkünlüyünün yoxlanılmasına imkan vermir. Cavabdeh şəxsiyyətini təsdiq edən məlumatlar mövcud olmadığına görə, onun rəsmi qeydə alındığı yeri müəyyən etmək mümkün olmadığından, məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi arayış cavabdehin qeydə alındığı yeri təsdiq edən sübut qismində qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi və kanalizasiya xətlərinin təmiri” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ İddiaçı izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar