Məhkəmə qərarları › İş №2(007)-4480/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-4480/2021

28.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-4480/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron mobil nəzarət qurğusunun yararsız vəziyyət düşməsi ilə bağlı maddi ziyan qismində vurulmuş 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat dəyərində vəsaitin alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-55/2021 saylı, 02.02.2021-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 15.04.2021-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək 01 ədəd mobil qurğu (Attenti markalı, 35622545 №-li), 01 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 01 ədəd sadə elektron qolbaq (078CE05513 №-li) iş üzrə cavabdeh olan Cavabdeh təhkim olunaraq təhvil verilmişdir. Elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 14.10.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı binanın 5-ci mərtəbəsində təmir işləri aparan zaman əynindəki gödəkçəni çıxardan vaxtı ona təhkim olunmuş üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi olan mobil qurğu gödəkçənin cibindən 5-ci mərtəbədən 3-cü mərtəbəyə düşdüyünü bildirmişdir. Belə olan halda hesab edirlər ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu yararsız vəziyyətə düşmüş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. İddiaçı Bakı Şəhər Probasiya idarəsinin nümayəndəsi böyük icra məmuru X2 məhkəməyə ərizə ünvanlayaraq, iddiaya 28.12.2021-ci il tarixdə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi böyük icra məmuru X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq o, cavabdehin elektron mobil nəzarət qurğusunu yararsız vəziyyətə saldığını, qurğunun qiymətinin 2277,40 manat olduğunu, cavabdehin dəymiş ziyanı könüllü ödəmədiyi üçün məhkəməyə müraciət etdiklərini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-55/2021 saylı, 02.02.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. - Cavabdeh tərəfindən Bakı Şəhər Probasiya idarəsinə ünvanlanmış 14.10.2021-ci il tarixli İzahatdan görünür ki, 15.04.2021-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsinin icra məmuru Nicat Bayramov tərəfindən elektron nəzarət vasitəsi olan mobil qurğunu işlək vəziyyətdə təhvil almış, bu hal onun diqqətsizliyi və ehtiyatsızlığı ucbatından baş vermişdir. Elektron mobil qurğunu yararsız vəziyyətə salmaqla bağlı məsuliyyətini dərk edir və diqqəlı olacağına və belə halın bir daha təkrar olmayacağına söz vermişdir. - 15.04.2021-ci il tarixli “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə Prortokoldan görünür ki, məhkum Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhkim olunmuş və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - 15.04.2021-ci il tarixli İzahatdan görünür ki, məhkum Cavabdeh bu iltizamı Bakı Şəhər Probasiya idarəsinə ondan otrü vermişdir ki, Attenti markalı elektron nəzarət vasitələrini zədələdikdə, itirildiyi və ya digər üsulla yararsız vəziyyətə salındıqda dəyərinin ondan tutulacağı barədə icra məmuru tərəfindən izah edilmişdir. - 14.10.2021-ci il tarixli, “Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi” barədə Prortokoldan görünür ki, məhkum Cavabdeh idarəyə çağırılmış, məhkəmə təərfindən ona təhkim olunmuş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, yoxlama zamanı məhkumun üzərində gəzdirdiyi mobil qurğunun kənarlarında cızıq izlərinin və arxa hissədə korpusun kənarlarında vint açan alətlə müdaxilə olunması izləri aşkar olunmuş, həmçinin, mobil qurğunun enerji yığımı işlək vəziyyətdə olmamışdır. 14.10.2021-ci il tarixli İzahatdan görünür ki, Cavabdeh Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı binanın 5-ci mərtəbəsində təmir işləri aparan zaman əynindəki gödəkçəni çıxardan vaxtı ona təhkim olunmuş üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi olan mobil qurğu gödəkçənin cibindən 5-ci mərtəbədən 3-cü mərtəbəyə düşdüyünü, 15.04.2021-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsinin icra məmuru Nicat Bayramov tərəfindən elektron nəzarət vasitəsi olan mobil qurğunu işlək vəziyyətdə təhvil aldığını, bu halın onun diqqətsizliyi və ehtiyatsızlığı ucbatından baş verdiyini, elektron mobil qurğunu yararsız vəziyyətə salmaqla bağlı məsuliyyəti dərk etdiyini bildirmişdir. - Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh ünvanladığı14.10.2021-ci il tarixli bildirişdən görünür ki, elektron mobil qurğunu yararsız hala saldığı üçün onun dəyəri olan 2277,40 manat pulu ödəməsi tələb olunmuş, mobil qurğunun dəyəri Cavabdeh tərəfindən könüllü olaraq ödənilmədiyi halda həmin pulun ondan məcburi tutulması üçün məhkəməyə müraciət olunması bildirilmişdir. - "xxxx" QSC tərəfindən ünvanlanmış məktubdan görünür ki, elektron mobil qurğunun və avadanlıqlarının dəyəri 2277,40 manatdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-55/2021 saylı, 02.02.2021-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 15.04.2021-ci il tarixdə idarənin böyük icra məmuru Nicat Bayramov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 14.10.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı binanın 5-ci mərtəbəsində təmir işləri aparan zaman əynindəki gödəkçəni çıxardan vaxtı ona təhkim olunmuş üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi olan mobil qurğu gödəkçənin cibindən 5-ci mərtəbədən 3-cü mərtəbəyə düşdüyünü bildirmişdir. Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 2277,40 manat təşkil etməsi göstərilmişdir. Cavabdeh bildiriş təqdim olunmuş, dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, Cavabdeh AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-55/2021 saylı, 02.02.2021-ci il tarixli hökmü ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 14.10.2021-ci il tarixli İzahatdan görünür ki, Cavabdeh Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 115 saylı binanın 5ci mərtəbəsində təmir işləri aparan zaman əynindəki gödəkçəni çıxardan vaxtı ona təhkim olunmuş üzərində gəzdirdiyi elektron nəzarət vasitəsi olan mobil qurğu gödəkçənin cibindən 5-ci mərtəbədən 3-cü mərtəbəyə düşdüyünü, 15.04.2021-ci il tarixdə Bakı Şəhər Probasiya idarəsinin icra məmuru Nicat Bayramov tərəfindən elektron nəzarət vasitəsi olan mobil qurğunu işlək vəziyyətdə təhvil aldığını, bu halın onun diqqətsizliyi və ehtiyatsızlığı ucbatından baş verdiyini, elektron mobil qurğunu yararsız vəziyyətə salmaqla bağlı məsuliyyəti dərk etdiyini bildirmişdir. 15.04.2021-ci il tarixli Prortokol tərtib edilmiş,məhkum Cavabdeh Attenti markalı elektron nəzarət vasitəsi təhkim olunduğu və hökmün tələbləri, cəzanın icra qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş, Cavabdeh 15.04.2021-ci il tarixli İltizamla bu halların ona izah edilməsini qəbul etmişdir. 14.10.2021ci il tarixli Prortokolda qeyd olunmuşdur ki, məhkum Cavabdeh idarəyə çağırılmış, məhkəmə təərfindən ona təhkim olunmuş elektron nəzarət vasitələrinə baxış keçirilmiş, yoxlama zamanı məhkumun üzərində gəzdirdiyi mobil qurğunun kənarlarında cızıq izlərinin və arxa hissədə korpusun kənarlarında vint açan alətlə müdaxilə olunması izləri aşkar olunmuş, həmçinin, mobil qurğunun enerji yığımı işlək vəziyyətdə olmamışdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh vurduğu maddi ziyanı etiraf etdiyindən, həmin borc məbləğini ödəməlidir. Beləliklə, işin materiallarına əlavə olunmuş sənədlər və sübutlardan da görünür ki, cavabdehin iddiaçıya 2277,40 manat məbləğində maddi ziyan vurduğu bilavasitə Cavabdeh tərəfindən verilmiş yazılı iltizam və protokollarla təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, elektron mobil nəzarət qurğusunun 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat dəyərində vəsaiti Cavabdeh alınıb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına keçirilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı Bakı Şəhər Probasiya İdarəsi dövlət rüsumundan azad olduğu üçün 42,80 manat dövlət rüsumu Cavabdeh tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xeyrinə 2277,40 manat məbləğində vəsait tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh elektron mobil nəzarət qurğusunun yararsız vəziyyət düşməsi ilə bağlı maddi ziyan qismində vurulmuş 2277,40 (iki min iki yüz yetmiş yeddi, qırx qəpik) manat məbləğində vəsait tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin hesabına (Dövlət Xəzinədarlıq Agentliyi, müxbir hesab AZ41NABZ********************, VÖEN: **********, Kod 210005, SWİFT: CTREAZ22, Bakı şəhəri maliyyə idarəsi, Hesab nömrəsi AZ66CTRE********************, Səviyyə kodu: 1, Təsnifat kodu 142330 VÖEN: **********) köçürülsün. Nağıyev Nazı̇ m Vahı̇ d oğlundan 42,80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar