Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-451/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin bitmə tarixi 09 iyun 2016-ci il tarixidir. Lakin borclular müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edirlər. 10 iyul 2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan banka 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249,32 ABŞ dolları borc olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırırlar. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2- 1(103)- 3194/2017 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz-249,32 ABŞ dolları olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat verəərk, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, ona “İddiaçı“ ASC tərəfindən 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Banka kreditini vaxtında ödəmişdir. Lakin sonradan dolların devalivasiya nəticəsində kredit borcunu ödəyə bilməmişdir. Banka sonuncu dəfə 04 noyabr 2015-ci ildə ödəniş etmişdir. Kredit müqaviləsi isə 09 iyun 2016-cı ildə müddəti başa çatmışdır. Lakin iddiaçı məhkəməyə 08.08.2020-ci ildə iddia ərizəsi ilə müraciət edərək kredit borcunun ödənilməsini tələb edir. Bank iddia müddətini öturmuşdur. Buna görə də bankın vermiş olduğu iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-dən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsindən görünür ki, borcun təminatı olaraq Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün zamin qismində məsuliyyəti öz üzərinə götürmüşdür. Ödəniş cədvəlindən görünür ki, borclu 6300 ABŞ dolları məbləğində pulu 24 ay müddətinə hər ayın 09-dan gec olmayaraq 356 ABŞ dolları olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişlərdən görünür ki borclular bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə xəbərdar edilmişlər. 10.07.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 1647,86 ABŞ dolları əsas, 3281,54 ABŞ dolları faiz, 4485,87 ABŞ dolları cərimə borcu, müqavilənin bitdiyi tarixdən 10.07.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz 249,32 ABŞ dollarıc olmaqla, ümumilikdə 9664,59 ABŞ dolları məbləğində borcu vardır. 07.08.2020-ci il tarixli qəbzdən görünür ki, "xxxx" ASC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 09.12.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ölkə başçısının 28.02.2019-cu il tarixli nömrəli Fərmanın təsiri dairəsinə düşmüşdür. Belə ki, fərmanın qüvvəyə mindiyi günə -yəni 01.03.2019-cu il tarixinə cavabdehin sözügedən müqavilə üzrə 3592.32 AbŞ dolları (6106.94 manat) keçmiş kredit borcu qalmışdır. Bundan başqa, bankla Cavabdeh1 arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə Fərmanın tələblıri çərçivəsində cəmi 3305.59 manat kompensasiya, hesablanmış və məbləğ Fərmanın 2-ci hisssinə əsasən ilk növbədə borclunun həmin kredit müqaviləsi üzrə vaxtı keçmiş kredit borcuna yönəldilmiş və qalıq qalan 2801.35 manat əsas kredit borcunun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşin hallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsinə əsasən illik 31%-lə, 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 09.06.2014-ci il tarixli, ZM-69743240 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir. Zamin isə zaminlik öhdəliyinə əməl etməmişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutub, Azərbaycan Respublikası Mərkəzi Bankının rəyində qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc tutulmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 4485.87 ABŞ dolları məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 4485.87 ABŞ dolları məbləğində dəbbə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 09.06.2014-cü il tarixli, 69743240 №-li kredit müqaviləsi üzrə 2801.35 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-451/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-451/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver