Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-455/2021 18.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-nə qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ddiaçı iddia tələbini onunla əsaslandırdı ki, 20 mart 2020-ci il tarixdə saat 19:00 radələrində özünə məxsus “Mercedes Benz 220” markalı avtomobil ilə aeroport yolunda hərəkətdə olan zaman arxadan yüksək sürətlə gələn vətəndaş Cavabdeh1 idarə etdiyi və “xxxx” şirkətində sığortalanan “Hyundai” markalı avtomobil ilə onun avtomobilini vurub. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə ziyan dəyib və Abıyevanın hadisədə günahlandırılması ilə bağlı müvafiq qərar qəbul olunub. Ona dəyən ziyanın miqdarının müəyyən edilməsi məqsədi ilə qüsur aktı tərtib olunub və o, ziyanı tələb etsə də, bunun heç bir nəticəsi olmayıb. Odur ki, qeyd olunanları nəzərə alıb məhkəmədən xahiş edir ki,vurulmuş maddi ziyana görə 2955 manat, ödənilmiş dövlət rüsumuna görə 30 mannat,bank xidmət haqqına görə 40 qəpik,cəmi 2985.40 manat pulun cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən onun xeyrinə tutulmasına dair qətrnamə çıxarılsın. Məhkəmə iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, baş verən yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği müəyyən edilib, həmin vəsaitin məbləği iddiaçıya açıqlanıb, lakin iddiaçı həmin məbləği götürməkdən imtina edir. Bu səbəbdən ödənişi edə bilməmişlər. Onlar dəyən ziyanı,yəni 450 manatı ödəməyə hazırdırlar. Xahiş edir ki,iddia tələbi təmin olunmasın. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 23.04.2020-ci il tarixli nəqliyyat vasitəsinin zədələnməsinə dair aktın məzmunundan görünür ki, həmin tarixdə aeroport yolunda Cavabdeh1 idarə etdiyi “Hyundai”markalı 99 LX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə İddiaçı idarə etdiyi “Mercedes Benz 220” markalı 99 CE 161 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi zədələnmişdir. “Mercedes Benz” servis mərkəzinin tərtib etdiyi 05.05.2020-ci il tarixli zədə aktından görünür ki, “Mercedes Benz 220” markalı 99 CE 161 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən ziyan 2955 manat təşkil edir. Bakı Şəhəri DYP İdarəsinin əməkdaşı,kapitan Ş.Vahidovun tərtib etdiyi inzibati tənbehvermə haqqında protokoldan görünür ki,hadisədə Cavabdeh1 təqsirli bilinmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mercedes Benz 220” markalı 99 CE 161 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İcbari sığorta haqqında məlumatdan görünür ki, Cavabdeh1 məxsus “Hyundai”markalı 99 LX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” ASC-də 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixnədək sığortalanmışdır. “xxxx” ASC-dən İddiaçı ünvanlanmış 12 iyun 2020-ci il tarixli məktubun məzmunundan görünür ki,ona 450 manat sığorta ödənişi təklif olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspert Mərkəzinin 17 fevral 2021-ci il tarixli rəyindən görünür ki, “Mercedes Benz 220” markalı 99 CE 161 dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa işlərinə 1802 manat vəsait tələb olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, 23.04.2020-ci il tarixdə aeroport yolunda Cavabdeh1 idarə etdiyi “Hyundai”markalı 99 LX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq hissəsi ilə İddiaçı idarə etdiyi “Mercedes Benz 220” markalı 99 CE 161 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsini vuraraq onu zədələmişdir. “Hyundai”markalı 99 LX dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “xxxx” ASC-də 23.07.2019-cu il tarixdən 23.07.2020-ci il tarixinədək sığortalanmışdır.Göründüyü kimi hadisə sığorta müddətində baş vermişdir. Ekspert rəyi ilə dəymiş zərərin miqdarı 1802 manat müəyyən edilmişdir. Beləliklə,məhkəmə işin hallarını tam və hgərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən müştərək qaydada İddiaçı xeyrinə 1802 manat dəymiş ziyan, 30.40 manat məhkəmə xərcləri tutulmalı,iddia qalan hissədə təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh1 və “xxxx” ASC-dən İddiaçı xeyrinə müştərək qaydada 1802 manat dəymiş ziyan, 30.40 manat məhkəmə xərcləri tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-455/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-455/2021
18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver