Məhkəmə qərarları › İş №2(007)-460/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-460/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-460/2021 13.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24.11.2014-cü il tarixli, 632743 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılıb. 24.02.2016-cı il tarixli əlavə sazişə əsasən kreditorun borcalana açdığı 300 manat məbləğində kredit xətti ona hesablanan faiz və cərimələr kapitallaşdırılaraq 243.42 manat məbləğində kreditə çevrilməklə restrukturizasiya edilib və müddəti 24.08.2017-ci il tarixə təyin edilib. Lakin borclu, müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edib. 24.07.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 97.58 manat faiz, 219.71 manat cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixinə kimi gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 10.65 manat faiz borc, ümumilikdə 383.60 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq borclu müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina edib.Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 97.58 manat faiz, 219.71 manat cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixinə kimi gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 10.65 manat faiz borc, ümumilikdə 383.60 manat məbləğində borcun və 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 24.11.2014-cü il tarixli, 1668 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılıb. 24.02.2016-cı il tarixli əlavə sazişdən görünür ki, kreditorun borcalana açdığı 300 manat məbləğində kredit xətti ona hesablanan faiz və cərimələr kapitallaşdırılaraq 243.42 manat məbləğində kreditə çevrilməklə restrukturizasiya edilmiş və müddəti 24.08.2017-ci il tarixə təyin edilmişdir. 24.02.2016-cı il tarixli ödəniş cədvəlindən görünür ki, borclu 18 ay müddətinə hər ayın 24-dən gec olmayaraq 16.6 manat ödəməlidir. 05.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 97.58 manat faiz, 219.71 manat cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixinə kimi gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 10.65 manat faiz borcu, ümumilikdə 383.60 manat məbləğində borcu vardır. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödəmişdir. 24 iyul 2020-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən borclu borcun ödənilməsi barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Mərkəzi Bankından alınmış mütəxəssis rəyindən görünür ki,bankın mübahisələndirdiyi 24.11.2014-cü il tarixli kredit müqaviləsi Fərmanın təsir dairəsinə düşməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 24.11.2014-cü il tarixl kredit müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə 18 ay müddətinə 300 manat məbləğində kredit xətti açılıb. Lakin borclu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmişdir.Cavabdehin həmin kredit müqaviləsi üzrə banka 383.60 manat ödənilməmiş borcu qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə iddia tələbini 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 97.58 manat faiz, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixinə kimi gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 10.65 manat hissədə əsaslı hesab edir. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 24.11.2014-cü il tarixl kredit müqaviləsi üzrə 219.71 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 219.71 manat məbləğində dəbbə pulu azaldılmalı və 20 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Dəmirbank” ASC-nin xeyrinə 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 97.58 manat faiz, 219.71 manat cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixinə kimi gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 10.65 manat faiz borc, ümumilikdə 383.60 manat və 20 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 55.66 manat əsas, müqavilənin bitmə tarixinə hesablanan 97.58 manat faiz, 20 manat cərimə, müqavilənin bitdiyi tarixdən 24.07.2020-ci il tarixinə kimi gecikdirilən vaxt üçün illik beş faiz olmaqla 10.65 manat faiz borc, ümumilikdə 183.89 manat və 20 manat dövlət rüsumu Ləğv Prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar